Yeni il-2013

Dostlar!
Daha bir ili arxada qoyuruq.
Yəqin ki,bu il hamı üçün uğurlu olub. Uğurlu olmayıbsa da, gələn ildə yaxşı olacağı diləyi ilə sizin görüşünüzə gəlirik:

  • 2012-ci ildə saytda 2799 yeni məqalə nəşr olundu.
  • 2012-ci ildə saytı ümumilikdə 1,361,552 insan ziyarət etdi.
  • 2012-ci ildə sayta orta hesabla hər ay 136000 insan daxil oldu, son dekabr ayı ərzində isə bu 215000 insan oldu.
  • 2012-ci ildə sayt 5 dəfə işləmədi:) Hətta bir dəfə qeyri-işlək müddət 2 gün çəkdi.
  • 2012-ci ildə saytda ilk dəfə böyük texniki yenilənmə oldu, yeni funksiyalar əlavə olundu və bir sıra özünü doğrultmayan funskiyalar saytdan yığışdırıldı.
  • 2012-ci ildə bir çox istifadəçiləri itirdik və eyni zamanda 2012-ci ildə bir sıra istifadəçiləri qazandıq.
  • 2012-ci ildə saytda Əlaqə formu vasitəsilə təşəkkür,şikayət,təklif və əməkdaşlıq istəkləri aldıq. Qızla tanış olmaq istəyən oğlanlar, Mehriban Əliyevaya şikayət yollayanlar,Afrikadan spam göndərənlər,əri ilə sevişməkdə problemi olan və tibbi məsləhət istəyən qadınlar, saytda məqalələrini görmək istəyən müəlliflər bizi bu il darıxmağa qoymadı.
Ümid edirik ki, saytımızın uğurları gələn 2013-cü ildə daha parlaq olacaq.

2013-cü iliniz mübarək

 

5 şərh

asel
İNŞALLAH 2013 HƏR BİRİMİZƏ DÜŞƏRLİ OLSUN
HANDSOME
İnşallah.

yeni-yeni uğurlara :) 
Samir012
hər kəsi təbrik edirəm və yeni ildə çoxlu uğurlar və ən əsası uzun ömür can sağlığı arzulayıram.
_BUMERANQ_
Yeni il hər kəs üçün uğurlu olsun, Kayzen və kayzençilər üçün xüsusilə :)
SHATENKA407
nece bele illeree....tebii ki Kayzenle birlikde