Rəsmi anons-25 yanvar

Hər ayın sonuna yaxın saytımızda anons vermək ənənəsinə yenə də sadiq qalırıq.
Son ay ərzində aşağıdakı məqalələr qalib kimi saytın ideyası ilə uyğun olan və insanı ruhlandıran İstək, inam — əngəl tanımır məqaləsinin qalibi olan pascal seçilir. O, 50 AZN dəyərində Sizin MArketdə alış-veriş etmək imkanı qazanır.
İkinci yerin sahibi kimi həvəsləndirici mükafatı (BLBS kursunda 100 AZN dəyərində xarici dil kursu) isə İncəsənət nümunəsi olan dəhlizlər fotopostunun qalibi olan BaRLeLiTa qazanır.
Bu ay ərzində saytda ən çox maraqla qarşılanan topiklər arasında bunları da qeyd edə bilərik:
Səttar Bəhlulzadə
Çeburaşka
Vacib qərar

Gələn ay qalib olanlara isə daha maraqlı hədiyyə gözləyir stilim.az-dan (www.fb.com/stilim.az) dəyəri 50 AZN olan kişi yaxud qadın çantası (ayaqqabı) ilk 2 yerin sahibinə veriləcək. Xatırladaq ki, stilim.az sizə qadın çantalarının və ayaqqabılarının online satışı ilə məşğuldur, həmçinin kişi çantaları da təklif olunur, sifariş olunan istənilən model sizə 1 gün ərzində ünvanınıza pulsuz olaraq çatdırılır, bütün təklif olunan çanta və ayaqqabılara tam zəmanət verilir, qaliblər (hər biri) 50 AZN dəyərində hədiyyəni seçə biləcəklər.  Onu da qeyd edək ki, stilim.az kayzen istifadəçilərinə 10%-ə qədər endirim təklif edir, safariş zamanı bunu qeyd etməyiniz kifayətdir.

Bu ay saytda mikrobloqda yazmaq üçün maksimum simvol sayı istifadəçilərin təşəbbüsü ilə 250 simvola çatdırıldı.
Bu ay sayt tam normal fəaliyyətdə oldu və heç bir texniki problem müşahidə olunmadı:)
 

30 şərh

ctrlA
Qalibləri təbrik edirəm :)
Ramil
Təbrikə mən də qoşuluram.
HeRa_Queen
mən də təbrik edirəm qalib istifadəçini… uğurların  davamı olsun :)
asel
hər 2 qalibimizi mən də təbrik edirəm
Ramil
«Vacib qərar»-a yazılan şərhlərə və səslərə görə əməyi olanlara minnətdaram.
asel
sizin topik də maraqla qarşılananlar arasındadır. təbriklər. uğurlarınızın davamı olsun
Ramil
Çox sağ olun, minnətdaram.
mehbeliyeva
Təbriklər...Bütün qalib istifadəçiləri mən də təbrik edirəm...Uğurlarınız həmişə davam etsin…
BaRLeLiTa
Həqiqətəndə birinci yerə çıxmalı məqaləydi Pascalın məqaləsi.Ürəkdən təbrik edirəm pascalı.İnşAllah axırıncı yox axarıncı olar.Sayt rəhbərliyinə qayğısına görə təşəkkürlərimi bildirirəm.
pascal
Bütün təbrik edənlərə və etməyənlərə ;) minnətdarlığımı bildirirəm. Mənim topikimi bu mükafata layiq gördüyünə görə də administrasiyaya ayrıca təşəkkür edirəm. Fəallığımızın davamı üçün Allah hamımıza, o cümlədən də mənə can sağləğə versin. :)
_BUMERANQ_
Təbriklər. Neçə bundan da gözəl uğurlara.   Pascal, arzularınıza qoşuluram.

Heç bir texniki problem olmadı, sadəcə olaraq mikrobloqda yüngülvari «zəlzələ» oldu:)

 
elshad
qalibləri təbrik edirəm .davamlı olsun  .
 
pascal
Təşəkkür edirəm, elshad. İstəyənlərə qismət. 
Cavid
Qalibləri birdaha təbrik edirəm və uğurlar arzulayiram, qaliblərin hər birinə mükafatlarınız almaq üçün şəxsi mesaj yazılıb, mükafatı almaq üçün sizı uyğun vaxtda yazıb bizə bildirə və öz mükafatınızı əldə edə bilərsiniz, yeni sponsorumuz olan stilim.az isə növbəti ayın qaliblərini sevindirəcək, hesab edirəm ki təklif olunan ən gözəl hədiyyələrdən olacaq, hər kəsə təşəkkür edirə və yeni yeni uğurlar arzulayiram, kayzen.az gənclərin maariflənməsi və savadlanması üçün bundan sonrada əlindən gələni edəcək
asel
yeni hədiyyəniz də superdi. bu ayın qalibi olmaq istərdim:(((((
BaRLeLiTa
inşAllah sizədə qismət olar..Bügün yazdığınız topiki çox bəyəndim.,demək hərşəy istəydən istəyi əldə etməyə calışan zəhmət və çalışqanlığdan asıllıdı:))
asel
pis anlaşılmasın yazdığım. çanta düşkünü olduğum üçün elə yazdım
pascal

asel, «nazar etmə noolur, çalış sənin də olur» ;) :)

İnanıram ki, burda hər kəsə layiq olduğu qiyməti verirlər. Bizə isə bir iş qalır: bu dəyəri, türklər demişkən, «hak etmək»

asel
aşk olsun, mən nazar etdim:(((((((((
pascal
:)) Zarafat etdim asel. Görmürsən smaylikləri? :)
asel
gördüm-gördüm
Someone
yeni hədiyyənin bir şeyi daha yaxşıdır ki çoxlu seçim imkani var, men birin göz altı etmişəm) qalib ola bilsem elbetdeki:)
asel
buyurun, yeni məqalə yerləşdirin. qalib olun. 
Samir012
ən çox sevdiyim həmdə burda insanların səmimi olmağıdır, təbriklər və uğurlar, gec də olsa
pascal

Samir012, razıyam sizinlə. :)

Təbrikə görə də öz adımdan minnətdarlığımı bildirirəm. 

pascal
Dünən, işlərimin çoxluğundan alınmayan alış-verişi, nəhayət ki, «Sizin market»dən etdim. :) Bunun üçün, Kayzen.az saytının adminisatrasiyasına və xüsusilə Cavid bəyə, qöstərdiyi qayğı və diqqətə görə təşəkkür edirəm. Kayzeni necə tanıyırdımsa, bu inamımın bir daha təsdiqini əyani şəkildə gördüm. Çox sağ olun, Cavid bəy.
Cavid
mən təşəkkür edirəm, buyurun
heyatin-ellerinde
Çox gec oldu amma mən də qalibləri təbrik edirəm.Daha böyük uğurlara
pascal
heyatin-ellerinde və seyidova, öz adımdan mən də təşəkkür edirəm. :)