"Ən yaxşı məqalə" müsabiqəsinin qalibləri

Hörmətli kayzençilər

Elan etdiyimiz kimi "Ən yaxşı məqalə" müsabiqəsi 10.01.2015 tarixində tamamlandı. Müsabiqə 1 ay ərzində davam etdi və qaliblərə alsevin.az və stilim.az öz hediyyə kuponlarını təqdim edir.

Zəhmət çəkərək yazdığınız orijinal və tərcümə olunanan yazıların içərisindən ən yaxşıları seçmək çətin olsa da, bu işin öhdəsindən gələ bildik ;)

Əvvəla hər kəsə, məqalə nəşr edənlərə də, şərh və mikrotopik müəlliflərinə də, sayta daxil olub və yaxud kenardan izləyən, bu yazılara səs verən bütün istifadəçilərə fəallığından ötrü təşəkkür edir və bu fəallığınızı müsabiqəsiz günlərdə də görmək istəyimizi ürəkdən arzulayırıq. Müsabiqəmiz sonuncu deyil davamli olacaqdir.

Məqalə və yazılar maraqlı olduqları qədər onları seçmək də çox çətin idi. Bir ay ərzində diqqətlə izlədiyimiz bu yazıların qalibilərini elan edirik.

1-ci yerin və alsevin.az-dan 100 AZN dəyərindəki kuponun sahibi Don_Elnur "Frida Kahlo: Öz gerçəkliyinin rəssamı" məqaləsiylə tutur.

2-ci yerə isə stilim.az-dan 50 AZN dəyərindəki kupona 2 fəal istifadəçinin postların layiq bildik: Pascalın «Müəllim» və MuSHviGin «Bütün zamanların ən maraqlı Yeni il filmləri | Fotolar və Videolar» adlı məqalələridir. Hər iki istifadəçi 50 Azn dəyərində kupon qazanır, Müsabiqəmizdə 2-ci yer üçün 1 qalib nəzərdə tutulsa da iki nəfər mükafatlandırıldı. 

"Ən yaxşı mikrobloq"a Ferbaranın müasirləşmək və Gülnarın isə bu mikrotopiki layiq görülmüşdür.

"Ən yaxşı şərh"ə isə Murad_Seyfullayevin bu məqaləyə yazdığı şərhi uyğun gördük.

Qalibləri bir daha ürəkdən təbrik edir, kayzendə və şəxsi həaytlarında uğurlarının davamlı olmasını diləyirik. 

Hədiyyə kuponların almaq üçün qaliblərimiz, zəhmət olmasa, Yanvar ayının 15-dən etibarən mənimləəlaqə saxlasınlar. Bütün suallar və hədiyyələri əldə etmək üçün şəxsi mesaj bölməsinə yaza bilərsiniz.  Hörmətləkayzen.az komandası P.S. alsevin.az və stilim.az-a öz təşəkkürümüzü bildiririk

16 şərh

Cavid
Qaliblər zəhmət olmasa  yanvarin 15-dən oz hədiyyələrini ala bilərlər, detallar üçün mesaj bölməsində yazın zəhmət olmasa, hamıya uğurlar dostlar
Shabnam_Ilham
Təbriklər! Əllərinizə, beyninizə sağlıq qaliblər! ^_^ :) 
BaRLeLiTa
  Bütün qalibləri təbrik edirəm, qalibiyyətinizin axırıncı yox axarıncı olsun. Saytın adminstrasiyasına ayrıca təşəkkür edirəm belə gözəl müsabiqələr keçirərək istifadəçilərin zəhmətlərinə dəyər verdikləriyçün.
Qaliblər təbriklər (:  
MURAD_SEYFULLAYEV
Qalib istifadəçilərimizi təbrik edirəm və bütün adminlərə, istifadəçilərə sağlamlıq, uğur və Kayzendə tükənməz öyrənib-öyrətmək həvəsi arzulayıram.
asel
Bütün qalibləri təbrik edirəm.
Gülnar
Qalbiləri mən də təbrik edirəm. Digər istifadəçiləri də fəallığa dəvət edirəm ki, gələn ayın ən yaxşılar topikində başqa adlar görək. Adminlərə təşşəkür. Sayt cana gəlir:)
pascal
Qalibləri təbrik, adminlərə təşəkkür edirəm.
Don_Elnur
Bu saytda qaliblər arasında olmaq həqiqətən çox gözəl və qürurvericidir, təşəkkürlər. Bütün qalibləri təbrik edirəm.
beautiful
Qalibləri təbrik edirəm.Uğurlarınız bol olsun!
Ferbara
Təşəkkürlər, təşəkkürlər, bir daha təşəkkürlər. :)
Kayzenə bir rəng qatdınız, adminlər. :)
Qalibləri təbrik eliyirəm. :) 
MuSHviG
Mən də öz adımdan qalibləri təbrik edirəm və bu ailənin yeni üzvü olaraq bütün kayzen istifadəçilərinə öz minnətdarlığımı bildirirəm:)
name
Buna həqiqətən də layiq olan qalib istifadəçilər, sizləri ürəkdən təbrik edirəm. Hər yaxşı şeydə qaliblərdən olasınız. Qalib sifəti həmişə yanaşma əlaqəsi ilə sizə tabe olsun.:) 
pascal
Dünən hədiyyəmi aldım. Əziyyəti keçən hər kəsə, xüsusilə, Cavid bəyə təşəkkürümü bildirirəm. Bir daha çox sağ olun. :)
_BUMERANQ_
Bütün qalibləri təbrik edir, diqqətinə görə adminlərə təşəkkür edirəm :)
kurdamir
Qalibləri gec də olsa təbrik edirəm.