Aylıq nəticə

Artıq saytımız 3 aydır ki fəaliyyət göstərir. Əvvəlcə onu deyim ki, bu ayın reytinq yarışının nəticələrinə görə saytımızın çox aktiv üzvü mr13 qalib seçilir və 250 USD mükafatlandırılır. Mr13 saytda olduğu müddətdə qalereyada aktiv olmuş, masonluq haqqında və s. mövzularda maraqlı postlar yerləşdirmiş, astronomiya bloqunu yaradıb inkişaf etdirməyə başlamışdır. Ona saytda uğurlar arzulayırıq.
Fəaliyyət göstərdiyi dövrdə sayt bir çox uğurlara nail olub: təsəvvür etmək olmur ki, cəmi 3 ayda sayt nə qədər inkişaf edib. Amma o da təbiidir ki, sayt hamının tələblərinə cavab verə bilməz. Çoxları saytın təməl daşı olan reytinq sistemini ya başa düşmür, ya da başqa məqsədlər üçün istifadə edir. Bu barədə çox qeyd edilib, bir daha təkrar olunur. Çalışın səsvermə zamanı obyektiv olun. Postlara səs verərkən müəllifin əməyinə qiymət vermək lazımdır. Ola bilər kimsə Cennifer Lopez haqqında maraqlı mətn yerləşdirsin. Başqası isə öz sözləri ilə hansısa bir hadisəyə münasibətini bildirsin. Lap ikinci müəllifin yazısı maraqsız olsa da,ona məhz müəllif əməyinə görə qiymət verin. Saytda dostlara yox, layiq olanlara səs verin. Sayt istifadəçilərinin çoxu(xüsusilə təcrübəli istifadəçilərin çoxu) ilə tanışlığım var. Amma şərh yaxud posta səs verəndə mənimlə tanışlığına görə yox, yazdığının faydalı, maraqlı və yumorlu olmasına görə səs verirəm.
Bu saytda administrasiyanı yalnız köməkçi orqan kimi etmək nəzərdə tutulub. Çalışıb elə şərait yaradın ki,sayt administrasiyasına yalnız texniki problemlər və s. ilə müraciət edəsiniz. Bu isə sizin əlinizdədir. Əgər reytinq səsverməsində obyektiv olsanız, bu hamıya faydalı olar. Hazırda müxtəlif işlərin çoxluğu, ailə məsələləri ilə əlaqədar sayt administrasiyası öz aktivliyini azaldır. Çalışıb saytda yaxşı ab-havanı özünüz qurun. Sayt özünüidarə edə bilən bir mexanizmə çevrilsin.
Təcrübəli istifadəçilərin boynuna daha böyük yük düşür. Yeni gələn istifadəçinin haqqı var ki, təcrübəli istifadəçidən hər şeyi soruşsun. Admin ola-ola məndən niyə soruşursan cümləsi bir də  təkrarlanmasın. Hər bir istifadəçinin borcudur ki, saytdakı həmkarlarına əlindən gələn köməyi etsin. Kiminsə nəyisə səhv yazdığını görəndə yaxud məsləhət vermək istəyəndə tənbəllik etməsin: şəxsi mesaj yazmaqla xəncərin qaşı düşməyəcək.
Reytinq məsələsi üçün bir şey də deyim ki,fərdi bloqlara az fikir verilir. Öz şəxsi həyat təcrübələrinə əsaslanan maraqlı bloqlara böyük diqqət verilsin.
Digər məsələ fikir münasibəti ilə bağlıdır. Hələ ki müharibə vəziyyətinə gəlib çatmış mübahisələr yoxdur. Amma bəzi həssas mövzularda (başa hicab bağlamaq, gənclər arasında səviyyəsizlik, ateizm və din)  istifadəçilərin dözümlü olması, fikirlərə hörmətlə yanaşması tövsiyə olunur.

22 şərh

niqulya
Uğurlar arzulayıram.
Düzünü desəm reytinq sistemi çox mürəkkəbdir. Adi istifadəçi onu başa düşməkdə çətinlik çəkir.
Saytda qaynar xətt kimi bir şey olsa yaxşı olardı.İstənilən zaman istifadəçi öz sualını online versin və cavabını alsın.chat kimi bir şey ola bilər.
ramzes
Yaxşı istifadəçilər arzulayıram. Bilirəm ki, chat olsa səviyyəsizlik, düşüklük baş alıb gedəcək, ona görə də etməyin, buranı qız tutmaq meydanına çevirməyin!
HTML
Söhbət düşük Azərbaycan çatlarından getmir.Böyük saytlarda,texpodderjka göstərən saytlarda çat olur.Orda istifadəçilər söhbət etmir.Ancaq sayt administrasiyası sualları cavablandırır.Tutaq ki nəsə soruşmaq istəyirsən,o dəqiqə müraciət edirsən. MSN kimi sayt administrasiyasıyla danışırsan.
ramzes
Burda sayt adminstrasiyasıyla tanışlıq məqsədilə danışacaqlar. Yalvaracaqlar ki, tanış olaq, sayt adminstrasiyası qara günlər gözləyir səni (((
bloqçu
mr13 təbriklər və daha-daha uğurlar.
Eləcə də sayta uğurlar, bol şans. Sükanı belə saxlayın, daha doğrusu saxlayaq)) - bundan da yaxşı.
papatürk

Saytda dostlara yox, layiq olanlara səs verin.


Bu bir yana.Əsas odur ki,başqasına minus verməsinlər.


mr13 isə təbrik edirəm. Yazdığı postlarda hər şey yaxşıdır.Şəkillər,videolar necə lazımdır verilir. Amma yenə də təklif edirəm ki,mükafat bundan sonra bir nəfərə yox, ilk 3 yaxud 5 nəfərə verilsin.

Nailə_Rzayeva
mr13, təbrikləəəəəəəər.
girl_moon
Uğurlar, maraqlı mövzular daha çox olsun İnşallah.
Dior
mr13,təbriklər,salamat xarcləyəsiniz.Sağ əliniz mənim başıma.Çünki əlim yaman aşağıdı.))))
Elsamir

Nadiri təbrik edirəm


o,kayzen üçün çox iş görüb

mr13
Hamıya təşəkkürlər.
mr13
Bu qələbədə məndən çox hər birinizin rolu loub çünki postlara verilən qiymətlərsiz buna nail olmaq olmazdı. Hamınıza çox sağol və hamınızı sevirəm.
Sceptic
Həyəcandan hərfləri də səhv salıb mənim qaqam))
Westsider

Məncə, reytinq sistemində reytinqin nəyə görə dəyişdiyini görmək mümkün olsa, yaxşı olar. Məsələn, mənə bu posta görə + və ya — versələr, mən öz profilimdə bunu görüm. Kimin bunu etməsini görmək o qədər də vacib deyil.

mr13
Dünən pulu aldım. Çəkdiyin əziyyətə görə qiymət almaq insana çox gözəl təsir edir və stimul verir. Dayanmaq fikrim yoxdu daha yaxşı postlar gözləyin.
Kanti
növbəti qalib nə vaxt bilinəcək?
şərh silinmişdir
tenqo
Mən həmişəki kimi sonda xəbər tuturam hər şeydən :) Həqiqətən, layiqli qalibdir. Təbrik edirəm mr13. Buranın sakini olandan bəri ən çox aktivlik göstərən istifadəçi kimi özünü göstərdi. Özü də elə-belə aktiv yox, səmərəli aktiv istifadəçidir. Bloqçu ləqəbli istifadəçi də çox aktivdir. Təklif edirəm onun da zəhmətini qiymətləndirərdiniz. Hamınıza uğurlar
Sufi
bloqçunun yazılarında həmişə vacib mövzulara toxunulur. Onun postlarını oxumaq ləzzət verir.
Fortuna
Həqiqətən bloqçunun məqalələri çox maraqlıdı. Qalib olsa layiqli qalib olacaq
tenqo
Fikrimi dəqiqləşdirmək istəyirəm: «Mən buranın sakini olandan bəri...»
bloqçu
Hamınız çox sağ olun ki, yazılarımı qiymətləndirisiniz. Buna görə çox sevinirəm və minnətdaram.