Hamının diqqətinə

Saytda decentralization(mərkəzləşmənin əksi) istiqamətində bəzi yeni tədbirlər görmək zamanıdır.
Hazırda sayt administrasiyasında bəzi yazılar var. Onları qəbirə aparmaq istəmirik kayzen ideyasına uyğun olaraq bölüşmək istəyirik. Kim onları yaxşı şəkildə hazırlayıb təqdim etsə ona həmin yazılar veriləcək. Yazıların mövzusu:
Keçmiş bir istifadəçinin tibbə aid yarımçıq yazıları
filosofların həyat və yaradıcılığı
18+ mövzularda bəzi yazılar
alman dili
Mister Hemferin xatirələri adlı yazı (yazını təqdim etdiyinə görə səlahəddin qardaşımıza təşəkkürlər edirik)
Bu yazılar sadə şəkildədir və əziyyət tələb etmir.Qrafik proqramlarda işləməyi və çox çoooox reytinq qazanmaq istəyənlər üçün fizikaya aid yazılar da var. Seçim zamanı bu sahəni yaxşı bilənlərə üstünlük veriləcək. Alman dilindən yazını qoyan gərək bu sahədə məlumatlı olsun ki,başqalarının suallarına cavab verə bilsin. İstəyənlər [email protected] müraciət etsin.

İstifadəçilər,çalışın qiymətləndirmə zamanı obyektiv olun.Reytinqdə kimsə məni keçməsin deyə başqasını minuslamaq və s. metodları işlətməyin.Əgər sadəcə reytinq istəyirsinizsə lap 100 edək.Amma bunun mənası nədir? Çalışın bloq yazmaq xoş bir vərdişə çevrilsin,reytinq yığmaqdan ötrü zir-zibil yerləşdirmək adətinə yox.
Xahiş olunur qalereyada şəkil qoyarkən şəkillərə təsvir yazın. Məsələn dinozavr şəklini qoydunuzsa,tədvirdə yazın ki,bu dinozavrdır,elmi adı nədir və s. Demək olar ki,qalereyadakı şəkillərin hamısına yəviri mən yazmışam. Çalışın özünüz təsvir qoyun. Eyni söz topikin özündəki şəkillərə aiddir.
Kim özünü xeyirxah insan sayırsa xeyirxah da iş görsün:yeni gələn istifadəçi səhv yazarsa bu barədə şəxsi mesajda xəbər etsin,saytın qayda-qanunlarını izah etsin.
Mikrobloqda iki cümlə yazmağa görə adamın başını kəsmirlər. Çalışın orda da aktiv olun.
Saytda problem olduğu tədqirdə,kiməsə sual ünvanlamaq istədikdə bu ardıcıllıqla istifadəçilərə müraciət edə bilərsiniz:
2ral,papatürk,təpəgöz,mr13,Dior,
Adminə hər xırda şeydən ötrü məktub göndərmiyin,yalnız texniki problem və əhəmiyyətli şey olanda müraciət edin.
Qiymət verməkdən çəkinməyin. Şərh xoşunuza gəlməsə minus verməkdən çəkinməyin,heç kim bu barədə bilməyəcək(təbii ki,əgəs əsas varsa). Yadınızdan çıxarmayın ki,saytda ab-havanı siz müəyyənləşdirisiniz.
Axır vaxtlar saytda çoxları qeydiyyatdan keçir,amma aktivlik göstərmir. elə bilirlər sadəcə qeydiyyatdan keçmişlərə qarşı tədbir görülməycək. Bir ay vaxtları var. Bir aydan sonra lazımsız və heç bir işə yaramayan istifadəçilərin hamısının hesabı aktiv olmayacaq. elə bilməsinlər ki,sonra yenidən qeydiyyatdan keçə biləcəklərGöz vururSaytda qeydiyyat mexanizmi çətinləşəcək.
Bir xoşagəlməz hal da yaranıb ki,qalereyada şəkillərə qiymət və şərh verilmir. Şəkilə baxdınız,xoşunuza gəldi? Onda bir düyməni basmaqla yaxşı şəkili seçin.

Oxşar məqalələr

 

16 şərh

Əliyev

Sayt bəzən gec işləyir. Düyməni basıb bir saat gözləmək adamı əsəbiləşdirir.


Rus dilində yazılar niyə qoymaq olmaz?

2ral
Onu süni intellektdən soruşun. Texniki problemlər hostinq serverdən asılı olur.
Çünki olmaz.
Leyla

Deyəsən proqnozlarım düz çıxır=)


Başqalarının problemini deyəndə özünüzü də qeyd edin. Saytın mobil versiyası neçə vaxtdır ki işləmir.

2ral
Düzələcək.
P.S. Gələcəyi proqnoz etmək çox çətin işdir.
videofan
Niyə görə «keçmiş istifadəçi»?
Təklif edirəm ki,bu reytinq aradan çıxsın.Sadəcə hər yazının altından 5 ulduz qoyulsun.Ən yaxşı yazıya 5 verilsin,bir az ortaya isə 4 ulduz. Belə osla reytinqə görə saxtakarlıq olmaz.
bankir
Dediyin Mersedesi satıb Zapı almağa oxşayır bu. Bu saytın ən əsas fərqi elə bu reytinq sistemidir.Əgər durub ulduzlar qoysaq onda başqa Aznet saytlarından nə fərqi olacaq? Düşük saytlar istəyirlər ki,belə reytinq sisteminə keçsinlər,sən isə deyirsən durub 5 ulduz qoyaq. Darvin səhv deyirmiş,təkamül prosesi əks istiqamətdə gedir:-)
Westsider
Saytda rusca язмаг олмаз məgər?
Tomris
Filosoflar haqqında yazılar maraqlı olardı.Onları siz verəcəksiniz?Mən nə etməliyəm?
telebe
Problem həmişə olur amma onu aradan qaldirmaq üçün hamı çalışmalıdır. Sayt açılandan deyilir ki, rusca yazmaq olmaz yenə də yazırlar. Onda gərək ingilis dilində də yazı olsun. Bu da qaydalara ziddir.
P.S. Bələkə  gələcəkdə xüsusi ilə rus və ingilis bloqlari fəaliyyətə başlayar.
2ral
Rus dilində post yazılmır. Əgər ingilis və rus dilində yazılar olsa onda sayt pis hala düşəcək. Sayt əvvəldən Azərbaycan üçün nəzərdə tutulub.
tenqo

Mən bu saytda yeni istifadəçiyəm və heç bir fəallığım da yoxdu. Təsadüfən «google»-da bir şeyi axtaranda bu sayt qarşıma çıxdı və xoşuma gəldi. Qeydiyyatdan keçəndən bəri də çox vaxt ancaq seyrçi qismində çıxış etmişəm və cəmi 1-2 dəfə yalnız şərh yazmışam. Deyirsiniz ki, yeni istifadəçilər fəallıq göstərməsə, onları deaktiv edəcəksəniz. Mən şəxsən ancaq məni maraqlandıran və fikrimi söyləmək istədiyim mövzuya şərh yaza, onu qiymətləndirə bilərəm. Yoxsa məni şəkil və yaxud digər məlumatlar maraqlandırmırsa, qiymət vermək istəmirəmsə, nəyə görə bu cür tələblər qoyursunuz? Hər kəsin özünün azad seçimi və istəyi var. Kimisə nəyəsə məcbur etmək olmaz. Qaydalara zidd hərəkətlərə görə cəzalandırmaq olar, amma hərəkətsizliyə görə bu cür sərt davranmaq, məncə, düzgün deyil

2ral
Sizi heç kim məcbur etmir ki,vərəm xəstəliyinin müalicəsinə aid mövzuda şərh yazasınız. Amma ola bilməz ki,bu saytda sizin maraq dairənizə aid olan mövzu olmasın. elə mövzularda niyə şərh yazılmasın?
Əgər istifadəçi heç bir şeyə münasibətini bildirmirsə onda niyə qeydiyyatdan keçsin?elə adi şəkildə oxusun da.Əgər qeydiyyatdan keçibsə xoşuna gələn yazılara plyus vermək,pis şeyə minus vermək və şərh yazmaq təbii ki olmalıdır.
tenqo

Maraqlı mövzular, həqiqətən, çoxdu bu saytda, lakin çox vaxt əlavə şərhə ehtiyac duymuram. Sadəcə aktivlik xətrinə hər yerdə şərh yazmağı xoşlamıram. Məni maraqlandıran mövzularda şərhim olsa, qeyd edəcəm mütləq və aktivliyimi əsirgəməyəcəm

şərh silinmişdir