Ən çox reytinq yığan mükafatlanacaq

kayzen.az administrasiyası saytın inkişafı və istifadəçilərə daha rahat şəraitin yaradılması üçün müzakirədən sonra yeni bir qərara gəlib. fidanın təklifi və digər istifadəçilərlə razılaşmadan sonra qərara alındı ki, saytın ən yüksək reytinq qazanmış istifadəçiləri mükafatlandırılsın. Mart ayının 15-dən sonra saytda ən çox aktiv olmuş,ən çox reytinq yığmış şəxs istifadəçilərin təklifi ilə başlanğıc üçün 250 USD mükafatlandırılsın.
Sayt administrasiyasından admin, 2ral və fidan reytinq yarışmasında iştirak etmir. Reytinq sistemi ilə bağlı https://kayzen.az/page/faq/reytinq oxumaq məsləhət görülür.

Mükafat hər aybaşı ayın sonunda veriləcək. Bilənlərin təkrarlaması,bilməyənlərin isə bilməsi üçün bir daha təkrar olunur:
1. ən çox xalı istifadəçinin profilində veriləns səs gətirir.
2. sonrakı yerdə yaxşı postlara verilən müsbət xallar durur.
3. əgər istifadəçinin yaratdığı bloq da maraqlı olsa,reytinqinə müəyən qədər əlavə olunur.
4. Ən az isə şərhlər verir. Amma saytda olan anliz göstərir ki, bəzi istifadəçilər məhz maraqlı şərhlərin hesabına reytinq yığa bilirlər.

Reytinq üçün süni şişirtmədən(nakrutkadan) istifadəyə cəhd etməyin, effekti olmayacaq:-)
Kimin reytinq məsələsi ilə bağlı sualı olsa burada bildirsin, hər dəfə mənə şəxsi ismarıc yazmağa ehtiyac yoxdur.