Saytda pul makafatlandırılması-8 Aprel

Yenə də bu ay ən fəal istifadəçiyə 50 AZN pul mükafatı və BLBS kursunda 20% endirim kuponu hədiyyə verilir. 8 martdan bu günə qədər ən çox reytinqini artırmış və düşündürücü hekayələri ilə bizi sevindirən elshad bu ayın qalibi olur. Bu ay ərzində reytinqini ən çox artırıb pul qazanmaq istəyən digərləri də 8 aprel üçün cədvələ baxsa yaxşı olar.
Mart ayı həm də Nevroz Novruz bayramı ilə yadımızda qaldı. Novruzda bir istifadəçimizi təbrik etmək istəyirdik. Amma Novruzda onsuz da hamı bayram əhval-ruhiyyəsindədir.Ona görə də o vaxt vermədiyimiz Novruzun hədiyyəsini bu ay ərzində çox maraqlı, milli xüsusiyyətlərimizə uyğun yazılar yazmış (məsələn belə) ayxansevda qazanır. Türkəlin istədiyi kitab da yoldadır,aprelin axırına çatacaq.
Özünüzə yaxşı baxın, maraqlı postlar yerləşdirin,maraqlı yazılar oxuyun.
Həmçinin bax: Mükafatlandırma-8 Mart

7 şərh

Zahid_GDMLI
Bütün qalibləri təbrik edirəm =)
Nailə_Qasarayeva
Nə gözəl! Təbrik edirəm.
sirius
Tebrikleer...daha, daha,daha boyuk ugurlar gozleyirik…
girl_moon
Təbriklər və uğurlar!
MaksiMuS
Duzdu men burda yeni uzv olsamda, uzvleri tanimasamda layiqli qalibi tebrik edirem. NEce bele yox, bundan daha gozel neticeli ugurlara imza atsin
elshad
Təbrik edən və təbrik etmək istəyən hər kəsə təşəkkürlər. 
İnşAllah saytın bütün istifadəçiləri mükafatlandırılar...
ilham
Kayzen ən maraqlı saytdır. Belə şeylər lap həvəsləndirir adamı.