Saytda pul hədiyyəsi-8 iyul

Saytda pul mükafatı davam edir. Kayzen.az saytında hər ay gah ən çox maraqlı yazılar yazmış,gah da ən çox reytinq yağmış topik müəllifləri və s. mükafatlandırılır. Keçən ay ərzində bir çox istifadəçilər aktivliyi ilə fərqləndilər.

18:30 üçün ən çox reytinq yığmış topiklər olan

Tibbə aid müxtəlif yazıları ilə daha çox adamın xoşuna gəlmiş Siqareti tərgitmək istəyən insanlara məsləhət yazısının müəllifi olan Zeyneb_Ehmedova qalib olur və 50 AZN həvəsləndirici mükafata sahib olur. Yarış davam edir və növbəti bir ay üçün ən çox reytinq yığmış topik müəllifi mükafatlandırılır.

Təbiidir ki,mükafat həvəsləndirici xarakter daşıyır və istifadəçilərimizin çoxu kayzenə heç də mükafata görə girmir. Dostlarımızın müxtəlif sahələrdə maraqlı yazıları həqiqətən də insanlara zövq verir:

Saytın ən populyar bloqu isə Dahi şəxsiyyətlərməşhur rəssamlar qeydə alınıb.

Yay müddətində çoxları məşğuldur: hərbi xidmətə gedən kim, dincəlməyə gedən kim, Azərbaycan təhsili üçün proqramlar yazan kim....Amma ən vacib iş təbii ki, intellektualların sevimli məkanı olan kayzenə daxil olmaqdır. Hamıya uğurlar!

 

15 şərh

Zeyneb_Ehmedova
çox sağ olun Allah razı olsun və çox sevinirəmki mənim bu yazimla faydalanıblar
ORIGINAL

Əvvala qalibi ürəkdən təbrik edirəm :)


Və burda səsvermədə baş verənlərə aid bir-iki söz demək istərdim!


Cavid adlı üzvümüzün Yalan danışmaq adlı topikinə özüm də səs verdiyimdən onun reytinqini görürdüm.Bu gün bu topik yayımlana qədər həmin topikin 11 səslə +19 səsi varıydı və birdən-birə müəmmalı şəkildə həmin topik 14 səslə +16 oldu...(görəsən niyə görə?..çox topiklərdən fərqli olaraq mənbə qeyd olunduğuna görə?!)


Və özmün Qınayıram! topiki bu gün bu topik yayınlanana qədər 15 səslə +21 yığmışdı və bu topik də müəmmalı şəkildə 19 səslə +19 oldu...(görəsən niyə görə?..copy-paste olmadığına görə və əksər yazıları beynimin təfəkkürü olduğuna görə?!)



Və sonda sayt rəhbərliyinin özü yazdığı Minuslama topikindəki bir hissəni nəzərnizə çatdırmaq istərdim...


Başqa saytlardan kortəbii şəkildə copy-paste edilən məqalələr silinəcək və sahiblərinin reytinqinə minus verilsin.


Bu hissəyə bir şey əlavə etmək istərdim.Məncə,copy-paste olunan yazıda,heç olmasa müəllifi yaxud mənbəsi qeyd olunmalıdır.Belə olarsa,məncə qəbahət heç nə olmaz...


Amma heç hiss olunmur ay kayzen,Bu hissəyə nəzarət etməməyiz bir yana,üstəlik az qala burda mənbəsi,müəllifi qeyd olunanan yaxud ümumiyətlə internet aləmində ilk dəfə burda yayımlanan yazılar siləsiz...Sizin bu “fəaliyyənizdə” uğurlar...

P.S.Şərhimə kimsə cavab yazmaq istəsə,mesaj vasitəsilə yazsın,please.Qarşılıqlı cavab gəlmə ehtimalını nəzərə alaraq dedim.Diqqətnizə görə təşəkkürlər...

bankir
Kor kora kor deməsə bağrı çatlayar.
bankir
Sayt xəstəxana+yasa dönüb. Ancaq dinə və tibbə aid yazılar var.Ba. səhifədə eyni adamların yazısı çıxır.Yeri yoxdur.
Cavid
Mən də «hərbi xidmətə gedən» olaraq her kese teshekkur edirem, ve verilen qerarlara hormetle yanasiram. Dusunurem ki bu cur narazichiliq hemise olur, amma gerek anlayisla qarsilayaq. Qalibi tebrik edirem, ugurlar herkese.
ORIGINAL
Cavid,sağ-salamat İNŞALLAH…
Cavid
Təşəkkürlər Azər, InsAllah bizlerden incimemisen)
ORIGINAL
Cavid,yox,hər şey qaydasındadı)
ayxansevda
zəhmət həmişə qiymətləndirilir. ORİGİNAL adınız kimi yazılarınız orijinaldır. Şəxsən mən mütləq yazılarınızı oxuyur, səs verirəm. qoy camaat nə eləyir eləsin. Özünüzü yormayın. yenə yazılarınızı, beyninizin təfəkkürünü kayzendə yazın getsin özünüz inkişaf edirsiniz, vəssalam. Bir vaxt mən də «Haqsız minuslar» bayrağı altında üsyan qaldırmışdım. Sonra gördüm ki, başımı salım aşağı yazılarımı yazsam yaxşıdı, dünyanı düzəltmək nəyimə gərək,onsuz da haqq öz yerini tapır. Hərənin öz qisməti. Siz copy-paste eləməyin, öz üzərinizdə işləyin inkişaf edin, camaat da istəyirlər (öz işləridi) yerlərində saysınlar. İnanın copy-paste insanı inkişafdan qoyur, tənbəlləşdirir. Maraqlı topiklər onsuzda qiymətləndirilir.
ORIGINAL
ayxansevda,Oldu)Sözlərnizə görə təşəkkürlər.Çox sağolun,həqiqətən böyük stimul verdiz…
Old_Baku_
Bankir.Bura xəstəxana və yasa dönməsi məncə sayt rəhbərliyindən başqa heç kəsi maraqlandıra bilməz.Tibbi və dini yazılar həmişə olacaqdır.Çünki,hal-hazırda bu mövzular insanlar tərəfindən öyrənilməsi lazım olan mövzulardır.Yaşadığımız Azərbaycanda gənclərimizin çox təəssüfki nə dindən xəbəri var nədə tibbdən.Bilgisizliyin xəstəliklərin yayılması məs bundan qaynaqlanır.Küçəyə çıxdığımızda çox insanların geyim tərzindən artıq onların xarici görünüşlərindən bu insanın dini hansı səviyyədə bildiyi açıq-aşkar başa düşülməkdədir.Dövlətimizin rəsmi dini İslam olmasına baxmayaraq,bizim əhalimizin demək olar ki,75% İslam haqqında bilgisi yoxdur.Bunun da səbəbi İslama çox yer verilməməsidir.Bankir kimi qardaşlarımızın belə saytlarda din mövzusu gördüyü zaman  " Bu sayt yasa dönüb,yalnız dini mövzular var " deyə şərh bildirirlər.Halbuki bizim borcumuz Dinimizi yüksək bir şəkildə öyrənməli və ona təslim olmaqdır.Bunu qeyd edəndə bəzi insanlar dərhal ağıllı bir sual fikirləşdiyini zənn edib dərhal sual verirlər: " Molla olacayıq " necəyəni molla olacayıq.Təkcə din mollalara lazımdı məyər.Sözü çox uzatmaq istəmirəm.Saytımızda kim hansı mövzuya toxunmaq istəyirsə qeyd etsin.Təki maraqlı və faydalı mövzu olsun.Əgər İslam dinini faydasız mövzu oluğunu fikirləşənlər mənə desin.Söz verirəm ki,bidə yazmaram.