Video yükləmək

Son günlər mənə ünvanlanan çoxsaylı müraciətləri nəzərə alaraq sizlərlə yazdığınız məqaləyə video və şəkil yükləmək haqqında ümumi məlumat vermək istədim. Əvvəlcə onu qeyd edim ki, bütün proseslər şəkillər və işarələr vasitəsi ilə qeyd olunacaq.
Video yükləmək
Yazdığınız yazıya video yükləmək üşün Şəkil 1- də qeyd olunduğu kimi soldan 8-ci düyməni (mediya-obyekti əlavə/redaktə et) basmaq kifayətdir. Həmin işarəyə (mediya-obyekti əlavə/redaktə et) basdıqdan sonra yeni pəncərə açılacaq.

Şəkil 1.


Yeni açılacaq pəncərəyə linki (məsələn, youtube götürdüyünüz istənilən videonun linkini əlavə edə bilərsiniz). Şəkil 2-də daha aydın görə bilərsiniz. Şəkildə də qeyd olunduğu kimi linki Fayl/ünvan yazılan sətrə əlavə etmək lazımdır. 

Şəkil 2.  


Linkin əlavə edildikdən sonrakı vəziyyəti Şəkil 3-də qeyd olunub, bu prosesi tamamladıqdan sonra Əlavə et düyməsinə basmaqla video nu yazdığınız mətnə əlavə etmiş olursunuz. Artıq video eləvə edilmiş olur. İlkin baxış yazılan hissədə isə videonu əlavə etməzdən qabaq baxa bilərsiniz. 

Şəkil 3.


Yüklədiyiniz video nəşrdən qabaq yəni mətnin içində Şəkil 4-dəki kimi görünəcək ancaq nəşr etdikdən sonra video tam olaraq baxıla biləcək. Öncəbaxış düyməsini basaraq bunu yoxlaya bilərsiniz.

Şəkil 4.



Sonda isə yüklənmiş video nümunəsinə baxa bilərsiniz. 


P.S. Bu yazıdan sonra əgər hələdə video yükləyə bilmədinizsə qeyd edəcəyim nömrədən Farida xanımla (itirilmiş yaxud zədələnmiş beynin fəaliyyətinin bərpası üzrə baş həkim -0706077010) əlaqə saxlaya bilərsiniz :)
 
 

8 şərh

Cavid
Heç kim məndən inciməsin)
Cavid
Birdə onu qeyd edim ki, İnternet Explorer brauzeri istifadə edənlər video yüklənməsində və onun mətnin içində görünməsində problemlərlə qarşılaşa bilərlər. Daha yaxşı olar ki, Mozilla (Firefox), Google Chrome, Opera və digət brauzerlərdən istifadə edəsiniz.
Silen_ce
qəşəng! :) bircə şeyi başa düşə bilmədim ki, itirilmiş beyni hardan tapıb bərpa edirlər )))) (Cavid, ümid edirəm ki, suala cavab tapmaq üçün Farida xanıma zəng vurmağı məsləhət görməyəcəksən ;))
Cavid
lol, qorxuram ki, ele onu məsləhət görəcəm çünki bu mənim sahəm deyil və bu bir mütəxəssis işidir))
Silen_ce
bir sözlə, nəticə etibarilə bütün sualların cavabı ondadır))))
music_and_love
``P.S.`` sora yazilan super idi=)))