Pul mükafatı-8 sentyabr

Hamınızı xoş gördük!

Kayzen.az saytında artıq uzun müddətdir ki, hər ay ən maraqlı yazı müəlliflərinə həvəsləndirici mükafatlar verilir. Həmişəki kimi ayın 8-i tarixində ən yaxşı topik müəllifinə 50 AZN məbləğində mükafat verilir.

Keçən ay ərzində bir çox maraqlı məqalələr yazıldı.Məsələn:

Lakin ən çox reytinq yığan isə Yaxşılıq itmir adlı maraqlı hekayə oldu +31 səslə. Bu yazı həm də Facebookda da çoxlarının xoşuna gəldi. Yazının müəllifi Xrizoberil qalib olur.

Saytda ən çox reytinq müəllifi isə bir gün ərzində gözlənilmədən çox səs almış Cavid oldu. Saytda son vaxtlar reytinq üstündə çox söz-söhbətlər olur. Əsas qaydaları bir daha təkrar edirik:

  • Pis, şəkili yaxşı olmayan, tərtibatı pis topikləri və mənasız şərhləri həvəslə minuslayın.
  • Reytinqə görə narazı olanları da minuslayın.Nə qədər çox narazı olsalar o qədər də çox minuslayın.
  • Maraqlı,faydalı, qrafik tərtibatı gözəl,yumoru da yerində olan yazıları isə plyuslayın.

Saytımızın maraqlı yazıları ilə bizi sevindirən yeni istifadəçilərinə də xoşgəldin deyirik.

Özünüzə yaxşı baxın!

Həmçinin bax:
8avqust üçün pul hədiyyəsi
8 iyulda qalibə pul mükafatı

 

25 şərh

Old_Baku_
salam aleykum.Öncəliklə mükafat sahibini təbrik edirəm.Sözsüz ki,bu mükafat həvəsləndiri rol oynayır.İnanın saytda bir neçə vaxtdı gərginlik var.Orginal və mənim narazılığımız (söhbət minus səslərdən gedir) görürəm kayzen rəhbərliyi tərəfindən sözün əsil mənasında qınanılır.Təəssüflər olsun.Biz burda kəmiyyət (reyting) davası etmirik.sadəcə bu əsassız səsləri kim və nə üçün verdiyini anlamağa çalışırıq.Mənim istifadəçilər arasında heç kəslə şəxsi problemim yoxdur.Məni yanlış anlamayın lütfən.Məncə mükafat öz sahibini tapmayıb.Bu sözlərimə görə çox xaiş edirəm Xrizoberil məndən inciməsin.Mənim onla heç bir problemim yoxdur.Sadəcə bu mənim subyektiv fikrimdir.təşəkkürlər.
Xrizoberil
))) mənə mükafat lazım deyil al sənin olsun okmi??? mənə veriblərsə, mən də verdim sənə.Halla xoşun olsun.
ORIGINAL
Qalibi təbrik edirəm!
Kayzen,Old Baku qeyd etdiyi kimi söhbət reytinq söhbəti getmir,səbəb soruşulub aydınlaşdırılır.Hər dəfə müəmmalı şəkildə olan minus haqqda həmin verən adamdan xahiş etmişəm ki,şəxsi mesaj yazsın həll eliyək niyə belədi,harda səhvəm.Haqqı tələb etmək nə vaxtdan günah olub?

Reytinqə görə narazı olanları da minuslayın.Nə qədər çox narazı olsalar o qədər də çox minuslayın.

Elə bu gülüş doğuran,bəzilərinin keyfnən minus vermə hərəkətinə dəstək olan fikrə mən də bu gündən qatılmaq qərarına gəldim.Bundan sonra heç bir şey eliməyəcəm,sadəcə keyfimin istəyi ilə minus plyus verəcəm.Sayt rəhbərliyi bunu tələb edir...
Təşəkkürlər.
Old_Baku_
Orginal o cümlə mənidə çox narahat etdi.Belə çıxır ki,biz öz haqlarımızı müdafiə edə bilmərik??? o hüquq bizə verilmir??? əziyyət çəkib məqalə yerləşdir kimsə keyfinə görə minuslasın.hm çox maraqlıdı.
Gülnar
Tamamilə razıyam..Həmin cümlə mənim də xoşuma gəlmədi..haqsızlıqdı..«Nə qədər narazı olsalar o qədər minuslayın» — bu nə fikirdi? Mən bu fikrə etiraz edirəm, deməli narazıyam, nəticədə belə çıxır ki, bu rəyə minus veriləcək… Yaxşı bəs nəzərə alınmırmı ki, minus vermək şəxsin öz fikri olduğu kimi hansısa etirazın özü də bir fikirdir..
Neytral fikirlərə də gözlənilməz halda minus verilir..Sayta girəndə adam sərbəst hərəkət edə bilmir (sərbəst deyəndə ağlına gələni yazmağı nəzərdə tutmuram)..Elə bil burdakılar tələbəni kəsmək istəyən müəllim kimidirlər..Ağzınla quş tutsan da bəyənməyəcək..Bir ucdan hamı qınanır..Bir az rahat nəfəs almağa imkan verin, saytın aorası dəhşətdi..İstifadəçiləri uşaq-muşaq yerinə qoymayın..Kiminsə səmimi yazılmış sual və ya fikrini minuslamaq kamillik və ya ağıl əlaməti deyil…
2ral
Bu qədər də qəlbiqara olmaq olar?
Old Baku, kimin qalib olmağa layiq olduğuna istifadəçilər səsi ilə qərar verib. Sizin molla hekayətləriniz səs yığa bilmirsə o sizin probleminizdir.
Original, pisə minus verirlər,yaxşıya da plyus. hər dəfə minus verməyin səbəbi açıqlansa onda kim minus verəcək? elə saytın gözəlliyi də ondadır ki, insan bəyənmədiyinə anonim şəkildə minus verir.
Əgər çox anonimlikdən narazısınızsa kimin hansı səs verdiyini açıq şəkildə edən sistem qurulsun. Hamının bütün zibilləri açılacaq onda:)Görən ona razı olacaqsınızmı?
Əgər çox reytinqdən narazısınızsa qalibi müəyyən etməni sayt administrasiyası etsin.

P.S. Faydalı iş görəsən,milləti maarifləndirəsən,yaxşıları da qiymətləndirsəsən,amma axırda hamının günahlandırdığı da olasan.hələ qalib də şəxsi məktubla adamı günahlandırır. Düz deyiblər ki,bu millət düzəlməyəcək.
fistaşka
Molla hekayəti nə deməkdir?islami bilgilərə ehtiyac var.
İnsan gərək etdiyi yaxşılığı da deməsin
Qalibi təbrik edirəm.yaxşı hekayələrdən yenə də olsun.
Perishan
molla hekayetleri???eger sizin kimi savadli birileri de dini movzulara bele yanasirsa onda 1 daha emin oldum ki, bu millet heqiqeten duzelmeyecek(((…
Aynur
Təbrik edirəm.Yaxşılıq məqaləsi maraqlı məqalə idi.
Mən sizin bəzi yazilari Facebookda like etmişəm.
Old_Baku_

xrizoberil sənin mənə mükafatını verməyə ehtiyac yoxdu.Halal xoşun olsun birde bu mözvzunun üstünə gəlmə.2ral qaldı ki sənə:


«Old Baku, kimin qalib olmağa layiq olduğuna istifadəçilər səsi ilə qərar verib. Sizin molla hekayətləriniz səs yığa bilmirsə o sizin probleminizdir.»


1-cisi mən mükafat  davası etmirəm mənədə bu saytın 50 az- lazım deyil.2-cisi molla hekayətlər?? mən burda islam bilgisi az olanları bilgiləndirirəm.Mənim missiyam bundan ibarətdir.Molla-falan deyiləm.3-cüsü


«Düz deyiblər ki,bu millət düzəlməyəcək.» problem bu millətdə deyil.Sənin kimi səhv düşüncəli insanlardadı.Ömür boyu hamı İslamı ikinci yerdə görüb.Nəyə görə?? Hər kəs dünyaya gəlməyini,bu həyata vəsiqə almağını ALLAHA borcludur.Halbuki biz hər şeydə Allahı ikinci planda görürük.Başımız sıxışdığında ALlahı yada salırıq.Xöşbəxt vaxtlarımızda isə unuduruq.Söhbət bundan getmir.Yəni bu millətdə problem yoxdur.Bİdə unutmadan mən indən belədə bütün mükafatlardan imtina edirəm.Heç kəsin qəpik quruşuna ehtiyacım yoxdur çox şükür.Maariflənməyə inkişaf etməyə və bilgisizləri bilgiəndirməyə gəlirəm buraya.Vaxtımı boş-boş saytlarda sərf etməkdənsə burda nəyisə öyrənmək üçün gəlirəm buraya.bu qədər net və konkret.

Cavid
Old Bakı sizin yazdığınızı indi gördüm, sözlərinin həqiqətən ağırdır, çünki söhbət kiminsə pula ehtiyacı olub olmamaqdan getmir bu sadəcə həvəsləndirici mükafatdır və onu hər ay hansısa istifadıçi alır, incimək yaxud acıqlanmaq sizindı gözəl bildiyiniz kimi dinimizdə bəyənilmir səhv etmirəmsə, ona görə 2ralı bu işdə günahlandırmaq düzgün olmazdı, onun nələr etdiyini hansı əziyyətlər çəkdiyini bir mən birdə Allah bilir, əgər kimsə əsəblərinə hakim olmursa onu anlayışla qarşılayıb problemin nədə olduğunu aydınlaşdırmaq lazımdır,
Old_Baku_

Əgər mənim sözlərim ağırdısa o zaman 2ralın sözlərini ifadə edəcək söz məncə Azərbaycan lüğətində yoxdur!!Sadəcə məni yanlış anladılar mən Xrezirobeli təbrik etmişəm.Kimin mükafata layiq kimin olmamasını mən təyin etmirəm.sadəcə öz subyektiv fikrimi bildirdim.Bunun ardınca


"))) mənə mükafat lazım deyil al sənin olsun okmi??? mənə veriblərsə, mən də verdim sənə.Halla xoşun olsun"


mənə bu sözlərin ünvanlanması mənim biraz səbr kəsamın daşmasına səbəb oldu.Şərhlərimdə məhz buna görə qeyd etmişəm ki,mənə mükafat lazım deyil.Nədə mən özümü namizədlər arasında görmürdüm.Uzun sözün qısası 2ralında sözləri üstünə....yəni cavid mən öz missiyamı qeyd eləmişəm.

Cavid
Old Bakı əgər kimsə mənə də mənə verilən hər hansı bir şeyin mənim haqq etmədiyimi düşündüyünü yazsa bəlkə mən də bu reaksiyanı verərdim, kiminsə dini mövzulara maraq göstərməməsi həmin adamin subyektiv fikridir amma bizim sinirlərimizə toxuna bilər, adi bir misal keçən dəfə someone bir məqalə qoydu və -13 aldi amma səini çixarmadi çünki anladı ki daha diqqətli olmalıdr və buna da gələcəkdə əməl edəcək, inaniram ki dediklərimi tam səmimi qəbul edəcəksiniz.
Old_Baku_
Əlbəttəki tam səmimi qəbul edirəm.Mənim burda heç bir istifadəçilərlə şəxsi problemim yoxdur.İslamda kaşki demək olmaz.Bugün isə mən deyəcəm kaşki öz fikrimi deməmiş olardım.
ElcinHesenov
Belə çıxır ki,dini mövzularda yazmaq səhvdir və istifadəçi səhvini anlayıb daha bu mövzulara toxunmamalıdır?Old bakunun nəşrlərinə göz gəzdirdim hamısı bir birindən maraqlı və plusa layiqdir sadəcə ardbaard pluslamadımki sonra deyecekler niyə ardbaard plusladınız?ancaq ardbaard minus verənlərə heçkim heçnə demir.Maraqlıdır.
ElcinHesenov
Halal olsun brat sənə!!!
Cavid

Əziz dostlar, əvvəlcə onu diqqətinizə çatdırım ki, sağlamlığımla əlaqədar problem olduğundan 1-2 gündür sayta normal girə bilmirəm.
Amma bugün yazılanlar məni həqiqətəndə məyus etdi, xüsusilə Old Baku və bizim hər zəman fikirlərinə hörmətlə yanaşdığımız ORİGİNAl.
Əlbətdə sizin kayzen və eləcədə cəmiyyətimiz üçün etdiyiniz müsbət işlər diqqətdən kənarda qalmır, ORİGİNAL -ın özünəməxsus olan orijinal məqalələri və Old Baku nun bizlər üçün dayim faydalı və dini mövzuları hər kəs üçün faydalıdır.

Amma kiminsə qalib olması və onun bu qalibiyyətə layiq olmamasını demək düşünürəm ki, Azər demişkən halallıq olmazdı, qalib olan Xrizoberil mu mükafata tam layiqdir və oda sizin kimi təmənnasız kayzen və insanlarımız üçün əlindən gələni edir, onun bu ay ərzində yazdığı mövzular buna əyani misaldır,

Old Bakı qardaşımız yaxşı bilirki, baxmayaraq biz müsəlman ölkəsində yaşayırıq amma dini mövzular hamı tərəfində eyni cür yanaşılmır və hamı dini yazılara + vermir amma onu qeyd edim ki, sizin 400 dən çox + almaqın sizin və sizin mövzulara istifadəçilər tərəfindən müsbət qiymət verilməsidir, hər halda bunu siz özünüz özünüzə deyil əlbətdə ki, sizin oxuyuxular yəni istifadəçilər verir, ona görə Elviranın yaxud da başqa birinin qalib olması (digər vaxtlarda) ona bu qalibiyyətin düşmədiyini demək ən azından insafsızlıq olardı və halallıq məsələsi var, bəlkə siz başqa cür demisiniz amma məna belə alınıb.

Azər qardaşımız isə hər zaman haqq-ədalət prinsipinə riayyət edəndir və yazdıqlarınız sonunda hallalıq məsələsinin qeyd edilməsi buna nümunədir və inanıram ki, qalibi təbrik edəcək və hər şeyin hallıqla yerinə yetirildiyi təsdqi olunacaq.

Mən Cavid olaraq hər birinizin fikrinə hörmətlə yanaşır və sizin irad və təkliflərinizi eşitməyə hazıram. Təşəkkür edirəm

ORIGINAL
Cavid,fikirlərinə görə təşəkkür.Əlbəttəki qalibi təbrik edirəm,yuxarıda da qeyd etmişəm.Halaldı....

2ral,pisəminus verirlər,yaxşıya da plyus.


Çox gözəl,təki siz dediyiniz kimi olaydı.Onda kim nə haqqla danışa bilərdi?Amma iş ondadı ki,müəmmalı şəkildə olan minuslar anlaşılmazdı.Sanki keyflə verilib.Məsəlçün:Kiçik bir dərs adlı topikimə 16 nəfər səs verib,15 nəfər plyus ,1 “nəfər” isə minus .Həmin bu 1 “nəfər” necə əsaslandıra bilər bu hərəkətini?..Siz dediyinizdən anlamadım,bilmədim 15 nəfər səhvdi,yoxsa 1 “nəfər”.
Onsuzda çox danışmaq fikrimdə deyiləm. Mən burda səsvermədə olan anonimlikdən heç də narazı deyiləm,bunun fərqi yoxdu,əsas ədadlətli səsvermə olsun,müəmmalı minuslar da anladılsın. Özünüz öz sözünüzü sonra onsuzda təkzib etdiz.Amma bu müəmmalı minusları edənin də özünün zibil işə əl vurduğunu deyəsən siz bizdən yaxşı bilirsiz :)

Əgər çox anonimlikdən narazısınızsa kimin hansı səs verdiyini açıq şəkildəedən sistem qurulsun. Hamının bütün zibilləri açılacaq onda:)

Cavid
Azər Allah köməyin olsun 15 nəfər + verib, bir nəfər — verməsi sizi niyə əsəbləşdiri bax onu anlamıram, saytda gündə orta hesabla 4-5 nəfər qeydiyyatdan keçir, ve yeni gələnlər heç bir istifadəçini tanımır, əgər yeni gələn sizə yaxud məsə minus verirsə bunda kimisə (2ralı)) günahlandırmaq düşünürəm ki ədalətli deyil, hem de senin kimi orjinal meqaleler yazib sonda isə özünəməxsus bir imza atan istifadəçi gərək 1-2 minusa görə ruhdan düşməyə)
ORIGINAL
Düz qeyd elədiz,amma iş ondadı ki,həmin bir nəfər elə belə nəfər olmayıb.Reytinqi 100-dən çox olub (çünki -4 çıxılıb)
Mən heç kimi günahlandırmıram müəmmalı minus verənləri və buna dəstək olanları günahlandırıram.
Amma hər nəysə…
Mikola-Mikola
men ancag YAP a ses verecem incimiyin mennen,Azerbaycanda muxalifet yoxdu!
elshad
Allahin dininə lağ edən nə gündəsən .
qalibləri təbrik edirəm .
adminlərin səhvləri coxdur. yaxşi olar
cahandar
Əlbəttəki bura çox intelektual saytdır.Şəxsən mən çox bəyənirəm.İslami məqalələrin olması heçdə ziyan deyil.Tibbi məqalələrin olması səhhətimiz üçün xeyrlidir.Maraqlı hekayətlər,düşündürücü mövzular məntiqimizin inkişafı üçün faydalıdır.Qısacası mükafatın sahibini təbrik edirəm.Məncə bu qədər söh-söhbətə eytiyac yox idi.Çünki,ortada elədə böyük problem yoxdur.Bir istifadəçinin fikrini bu qədər böyüdülməsi məntiqə sıxışmır.Bütün kayzen istifadəçilərinə uğurlar arzulayıram..)
MaksiMuS
SAlam..Burdakı kayzençilərin əksəriyyətini yaxından tanımasamda burda baş verən xoşagəlməz söhbətə mən də öz münasibətimi bildirmək istərdim.Məsəl var: Görünən kəndə bələdçi lazım deyil.Ağla qaranı ayıra bilən hərkəs görür ki, bura kim nə amalla gəlir,kimin məqsədi öyrənib öyrətmək,kiminin ki, isə qeyri-ədalətli və saxtakarlıqla pul qazanmaqdır.Əslində burdakı həvəsləndirici pul mükafatı həqiqətən də həvəsləndiri məbləğdədi.Bu pula göz dikənin gözünü ancaq torpaq doydura bilər.
Digər tərəfdən mən heç inanmıramki sayt adminstrasiyasi, cavabdeh şəxslər bu Reytinqin formalaşması mexanizmindən xəbərdar olmayalar.Hər haıda onlar qərəzli istifadəçiləri tapıb qınamalı,haqlı rəqabətçün zəmin,mühit yaratmalıdır.Bu öhdəliyə lütfən riayət edilsin.Əgər belə bir mexanizm yoxdursa dərhal yaradılması sayt və onun istifadəçiləri üçün zəruri əhımiyyət kəsb etdiyini vurğulamaq istıyirəm.Heç kim haqsız rəqabətə qarşı dözümlü olmaz. Ən azından haqlı istifadəçilər...
Və sonda hər ay mükafatlandırılan istfadəçiləri,o cümlədən Xrizoberili ürəkdən təbrik edirəm gec də olsa.Mən qalibi seçmə mexanizminin şəffaf olmasına inanıram.(+)(-) amilindən təsiriylə ruhdan düşənlərçün Öz xəttini uzat topikini oxumaöı məsləhət görərdim..Uğur olsun
Old_Baku_
Xaiş edirəm heç kəs bu səhifəni gündəmə gətirməsin bu xoşa gəlməz hadisə kayzenin arxivində qalsın…