Sayt icmalı-mart

Mart ayı artıq geridə qaldı. Nəticələri yekunlaşdırmaq vactıdır.
1.Saytda ən böyük yenilik- əlbəttə ki,NHN və Sakura turnirinin keçirilməsi oldu.
2.Saytda ən çox topik yazan (2ral və Fidan çıxılmaqla) papatürk oldu.
3.Saytın ən sentimental istifadəçisi-Nailə Rzayeva. Onun məqalələrini oxumaqdan əvvəl dəsmal hazırlamaq lazımdır:-)
4.Saytın ən qalmaqallı istifadəçisi- mizantrop.
4. Saytın tanıtımında çox rolu olanlar-administrasiyanın  öz marketinqindən əlavə sayt istifadəçiləri də əlindən gələni edir. Arzt,Leyla,mr13,Wizard,ramzes və s. təşəkkürlər.
5. coğrafi seqmentasiya-istifadəçilər arasında Çin,Almaniya və s. var. Xarici ölkələr arasında Böyük Britaniya və Türkiyədən daxil olanlar çoxluq təşkil edir.
6.Saytda problemlər- istifadəçilərin baq-reportundan sonra brauzer məhdudiyyətlərinin hamısını aradan götürməyə çalışmışıq. Həmişə deyildiyi kimi,Mozilla Firefox yenə də ən yaxşı seçim olaraq qalır. Qalan brauzerlərin işlənməsində olan çətinliklər aradan qaldırılıb.
7.Saytın ilk təqvim ayının sona çatması şərəfinə aktivlikləri ilə seçilən ilk 30 nəfərin reytinqi +3 vahid qədəri ilə qalxacaq.
 

17 şərh

fidan
Saytda ümidləri doğrultmayan-kiberElvin85. Əvvəlcə aktiv oolsalar da,sonradan aktivlik etmədilər.
Elvin85

Öz yerimə deyim ki, sağlıq olsun, doğruldaram ümidləri. :)

Yazıda browser bug-ından danışılır, deyim ki Chrome işlədirəm, kayzen-də hər hansı bir uyuşmazlığa rast gəlməmişəm.

HTML
Hamının reytinqi qalxır? Oho!!! Bugün üçün eşitdiyim ən şad xəbər!
papatürk

İlk ay üçün edilənlər çox böyükdür:


saytın əsas kateqoriyalarında olan məqalələr yazılıb; az,lakin keyfiyyətli bloggerlər yaranıb; reytinq sistemi tam düzgün işləyir; NHN turniri marağa səbəb olub; brauzer problemləri aradan qalxıb;


Problemlər indi marketinq və redaktordadır.Qalan şeylər normaldır.Bu ay daha yaxşı nəticələr olacaq yəqin ki.

ramzes
Reytinq hamı üçün qalxacaq?
rokfeller
Niyə məhz yuxari reytinqlilərin?Təzə istifadəşilərinki də qalxsın.Mənim günahım deyil ki,əvvəl bu saytı görməmişəm.
mr13
Gələn ay daha da uğurlu olsun İnşəallah.
Cavid
Bu videonu tanımadığım dostlarıma həsr edirəm:)))


fidan
Nayilə yox,Nailə Rzayeva.bir qədər hərflərdə çətinlik var. Gərək ayrı topikdə yaxud Nailənin topikinə əlavə edəydiz.Mövzuya aidiyyatı yoxdur.
amma  super! Çox gözəl alınıb.Həqiqətən afərin.
şərh silinmişdir
papatürk
Ay camaat,sizdə reytinq qalxıb?Axı məndə qalxmıb?Məncə heç başqalarında da qalxmıb. Bu nə işdir?
şərh silinmişdir
şərh silinmişdir
2ral
Reytinq məsələsinə aydınlıq gətirirəm. Reytinqin +3 vahid qalxması barədə söhbət 1 aprel zarafatı idi:-)))))))
papatürk
səni asmaq lazımdır)))
rokfeller
Super! Yaxşı aldatdın. Mən də ümidlə reytinq gözləyirdim.
bankir

Mən hiss etmişdim ki,belə şey ola bilər. mma qorxdum deməyə.Dedim birdən doğurdan artar,onda qalaram pis vəziyyətdə)