Рейтинг
+13.12

Kimya

14 üzv, 22 topik

Element və birləşmələr

  • Kimya
Eyni növ atomlardan əmələ gələn saf maddəyə element deyilir. Metal, qeyri metal və təsirsiz qazlar elementdir.
Elementlərin xassələri:
Homogendir (xassələri hər yerdə eynidir).
Sabit ərimə və qaynama temperaturuna malikdir.
ən kiçik hissəciyi atomdur.
Kimyəvi və fiziki üsullarla daha bəsid maddələrə ayrılmır.
Tək atomlu (Al) və ya molekul (N2) halında olur.
Müəyyən simvollarla göstərilir. Latınca adlarının ilk hərfləri simvol kimi istifadə olunur.
Ardı →

Maddələrin təsnifatı və xassələri

  • Kimya
Təbiət elmlərindən biri olan Kimya — maddələr və onların çevrilmələri haqqında elmdir.
Kimyada maddələrin tərkibi, quruluşu, xassələri, kimyəvi  çevrilmələri və bu çevrilmələr zamanı müşahidə olunan proseslər öyrənilir. Ətrafımızda müxtəlif cisimlər maddələrdən əmələ gəlmişdir. Hər bir maddə müəyyən kütlə və həcmə malikdir.
Məddələri bir-birindən fərqləndirən və onların oxşar cəhətlərini müəyyən edən əlamətlərə maddələrin xassələri deyilir.
Əsasən maddələrin iki xassəsini ayırd edirlər:
I Fiziki xassələri — aqreqat halı, rəngi, sıxlığı, ərimə və qaynama temperaturu, istilik keçirməsi, elektrik keçirməsi, iyi, dadı, suda həll olması və.s.
II Kimyəvi xassələri — başqa maddəyə çevrilməsi, digər maddələrlə qarşılıqlı təsirdə olması.

Maddələrin təsnifatı


Maddələr müxtəlif əlamətlərinə görə təsnif olunurlar:
Aqreqat halına görə: bərk, maye, qaz halında olan maddələr:
Buz (bərk)  →  su (maye)  → bu buxarı (qaz)

Fiziki xassələrinin sabitliyinə görə: saf maddələr və qarışıqlar.
Tərkibinə görə: bəsid və mürəkkəb maddələr və s.
Davamı →