Pianoçu | The Pianist

  • Kino

Orijinal adı: The PianistThe Pianist
Rejissor: Roman Polanski
Janr: Dram / Hərbi / Bioqrafiya / Tarixi
Ölkə: Polşa/ Fransa/ Böyük Britaniya/ Almaniya
İl:2002
IMDB xalı: 8.5
Mükafatlar:
Oskar:
Ən yaxşı aktyor: Edrian Broudi
Ən yaxşı rejissor: Roman Polanski
Ən yaxşı uyğunlaşdırılmış ssenari
Britaniya Kino Akademiyası:
Ən yaxşı film
Rejissuraya görə Devid Lin mükafatı: Roman Polanski
Sezar:
Ən yaxşı film
Ən yaxşı aktyor: Edrian Broudi
Ən yaxşı rejissor: Roman Polanski
Ən yaxşı operator
Ən yaxşı səs
Ən yaxşı soundtrack
Ən yaxşı dekorasiya
Qoya:
Ən yaxşı Avropa filmi
Kann Film Festifalı:
Qızıl palma budağı
Avropa Kino Akademiyası:
Ən yaxşı operator

Roman Polanskinin “Pianoçu”su Holokostdan dözümlülük və bəxtinin gətirməsi sayəsində sağ çıxmış Polşa yəhudisi, klassik musiqi ifaçısının həyatından bəhs edir. Film triller deyil və insanı son ana qədər gözlətməkdən  və sentimentallıqdan maksimum uzaq qaçır: Bu pianoçunun  gördükləri və yaşadıqları haqqında şahidliyidir. Bütün sevdikləri öldüyü halda onun sağ qalması heç də qələbə deyildi.
Polanski öz xatirələrindən danışarkən demişdi ki, anasının qaz kamerasında ölməsi onun xatirəsində elə bir iz salmışdır ki, yalnız ölüm ona rahatlıq gətirəcək.

Film ilk alman bombaları atıldıqda Varşava radio stansiyasında Şopeni ifa edən Vladislav Şpilmanın avtobioqrafiyasına əsaslanır. Şpilmanın ailəsi kifayət qədər imkanlı idi və özlərini təhlükəsizlikdə hiss edirdilər. Onun reaksiyası “mən heç yerə getmirəm” sözləri ilə ifadə olundu. Onun ailəsi İngiltərə və Fransanın müharibə elan etməsi xəbərindən ürəkləndilər, onlar əmin oldular ki, nasistlər tezliklə  məğlub ediləcək və normal həyat tərzi bərpa olunacaq.

Bu belə olmadı. Şəhərin yəhudiləri öz mülkiyyətlərini təhvil verərək Varşava gettosuna köçməyə məcbur edildilər, həmin vaxt gettonun ətrafında onu əhatə edən kərpic divar tikilməkdə idi. Nasist qaydalarının tətbiq edilməsi üçünyəhudi polisi formalaşdırılırdı və Şpilmana orada iş təklif olunur. O, təklifi rədd edir, lakin onu sonradan tapmış yaxın dostu onu ölüm düşərgələrinə gedən qatardan götürməklə həyatını xilas edir.

ŞpilmanFilmdə Şpilman rolunu Ken Loaçın “Çörək və Qızılgüllər”(2000) filmindəkindən daha arıq olan Edrian Broudi ifa edir. Bu filmdə Los Angeles həmkarlar ittifaqı təşkilatçısı rolunda çıxış etmişdi. Biz hiss edirik ki, onun Şpilmanı musiqiyə erkən və ciddi şəkildə gəlmişdir. O yaxşı insandır və onu əhatə edən həyata yadlıq hiss edir. Biz onun ətrafdakıları hər şeyin yaxşı qurtaracağına əmin etməsini bir dəfə eşitmişik: bu insan onun məlumatlılığından, ya da optimizmindən qaynaqlanır, o sadəcə inanır ki, pianinonu onun kimi çalmağı bacaran üçün hər şey yaxşı olmalıdır.

Polanski özü Holokostu yaşamışdır, atası onu düşərgənin tikanlı məftillərindən itələdikdən sonra xilas olmuşdur. O Krakov Varşavada dolaşaraq yad insanların xeyirxahlığı sayəsində sağ qalmışdır. Onun sağ qalması(və atasının) Şpilmanınkı kimi təsadüfən baş vermişdi, bəlkə də onu bu hekayətə cəlb edən elə bu olmuşdu.
Stiven Spilberq onu “Şindlerin siyahısı” filminə yönəltməyə cəhd etmişdi, lakin o qəbul etməmişdi. Bəlkə də ona görə Şindlerin hekayətində Holokostdan məqsədli surətdə qaçmağa çalışan şəxsdən bəhs olunurdu, Polanski isə öz təcrübəsinə əsasən sağ qalanlarının çoxunun taleyində təsadüfün rol oynadığını bilirdi.

Film Polşa(o, burada 1962-ci ildə çəkdiyi bədii filmi “Suda bıçaq” filmi üzərində işlədiyi vaxtdan bəri olmamışdı), Praqa və Alman stusiosunda çəkilmişdir. O, Şpilmanın pərəstişkarlarının köməyi ilə gizləndiyi mənzilindən o qədər də yaxşı görünməyən  küçələr yaradır: Şpilman pəncərədən  yalnız gettonun hündür  divarlarını görə və hospitala  küçə boyunca gələn və gedənlərə baxaraq müharibə haqqında  nəticə çıxara bilir. Şpilman qaqldığı yerdə təhlükəsiz olmasına baxmayaraq, ac, tənha, xəstə və qorxmuş vəziyyətdədir. Bir dəfə bomba düşdükdən sonra Şpilman suyun da işləmədiyini görür. Həmin vaxt müharibənin sonu yaxınlaşırdı, şəhər xarabalığa çevrilmişdi. O, xarabalıqların arasında dağılmamış və içində çalmağa cəsarət etdiyi fortepiano olan otaq tapır.

Roman PolanskiFilmin final səhnələri Şpilmanın gizləndiyi yeri təsadüfən tapan  Vilm Hozenfeld(Tomas Kreçman) adlı alman zabiti ilə qarşılaşmasından bəhs edir. Qeyd etməliyəm ki, Polanskinin bu səhnələrində sükut və nüanslardan istifadə etməyi sadəcə dahiyanədir.

“Pianoçu” haqqında olan bəzi resenziyalarda onun həddindən artıq parçalanmış formada olması qeyd edilirdi. Bəlkə də bu laqeyd keyfiyyət Polanskinin nə demək istədiyini əks etdirir. Holokostun şahidi olmuş yəhudilərin demək olar ki, hamısı ölmüşdü, buna görə də xilas olanlar haqqında olan bütün hekayələr əsl hadisəni dəyişərək  yalnış sonluqla bitir. Çox vaxt belə filmlərin demək istədiyi odu ki, bu qəhrəmanlar cəsarət və qoçaqlıq hesabına özlərini xilas edə bilmişlər. Düzdür, bəziləri bunu edib, lakin bir çoxu edə bilməyib. Bu cəhətdən Tim Bleyk Nelsonun “Boz zona” filmi yəhudilərin nasist sistemi tərəfindən tutulmasını və seçim imkanına malik olmamasını göstərdiyindən daha sərt və realdır.

Məncə, Şpilmanın bir döyüşçü və ya qəhrəman olmamasına baxmayaraq  xilas olmasını, həyatını xilas etmək üçün hər şey etməsini, lakin bəxtinin gətirməsi və yəhudi olmayanların yardımı olmasaydı mütləq öləcəyini göstərməklə Polanski özünün xilas olmasını, lakin buna ehtiyacının olmadığını, anasının ölümünü və bu ölümlə bağlı daşıdığı xatirələrin heç vaxt sağalmayacağını əks etdirmək istəyib.

 Biz müharibədən sonra Şpilmanın Varşavada qalaraq bütün ömrü boyu pianoçu kimi işlədiyini öyrənirik. Onun avtobioqrafiyası müharibədən dərhal sonra dərc edilmiş, lakin kommunist hakimiyyəti Şpilman partiya sıralarına qoşulmadığından onun yayılmasına imkan vermədi.
1990-cı ildə yenidən dərc edilən bioqrafiya Polanskinin diqqətini cəlb edir. Film Şpilmanın xilas olmasını qələbə olaraq deyil orada olan birinin, hər şeyi görən və xatırlayan birinin qeydləri kimi təqdim edir.


Mənbə: "Ölməzdən öncə izləməli olduğunuz 111 film"
P.S: Digər saytlarda paylaşılan zaman istinad etmək vacibdir.




 

3 şərh

BaRLeLiTa
Bu filmi sevirəm çünki yaşanmış bir həyatdan çəkilmiş bir filmdir.Müharibənin insanları məhv edib alçaldması,ailələrinnən ayırması,insana bir dərs verir.Yaşadığın mühiti və ətrafında olan yaxınlarının, ailənin dəyər və qədrini bilməyə sanki təhrik  edir(çağırır),bu film.
Baş qəhrəman Şpilmanın həyat da yaşaması çətin olsa belə dözməsi aclığa,soyuğa,eyni zamanda gizlənməsi necə bizi düşündürməyə bilər ki??Bizlər çətinliyə düşən kimi həyatımızdan bezir,intihar haqqında düşünürük də bəzən,sual versək özümüzə onun yaşadığının bir hissəsini yaşadıqmı biz,? -Deyərik ki yox yaşamadıq!
Bəs Şpilman heç bu haqda düşündümü?? Bütün çətinliklərə dözdü,yaşamaq üçün əllinən gələni etdi,və sonda mükafatını da aldı.Bu filmdən sonra,(əslinə qalsa heç bu filmdəndə öncə real həyat da yaşanmış bir insan hekayəsi olub) haqqımız var mı intihar haqqında düşünməyə??
Hər birimizin bir mükafatımız vardır sonda çox güman,lakin onun pis və ya yaxşı olması çox gözəl aydındır ki,yalnızca bizim özümüzdən asıllıdı.Çox tərif etməy,çox anlatmaq olar bu həyatı,bu filmi.Ancaq necə deyərlər min dəfə eşitməydənsə bir dəfə göznən görmək ən yaxşısıdı.
Qiymətim bəllidi artıq,amma mən yenədə yazım özümə borc bilib 10/10.
Əla bir söznən :)
pascal
Bu film dünyaya yəhudiləri məzlum, fağır, hər zaman əzilən bir millət olaraq göstərilməkçün çəkilib və deyərdim ki, rejissor bunu da bacarıb. Rejissor özü də, təsadüfi deyil ki, yəhudidir. O rejissor haqqında bunları bilirdinizmi?: 
«Rosemarys Baby» və «Chinatown» kimi məşhur filmlərin rejissoru olan Polanski, 1978-ci ildən sonra karyerasına Avropada davam edib, «The Ninth Gate», «Oliver Tvist» kimi filmlərə imza atıb. Onun ən məşhur filmi 2002-ci ildə çəkdiyi «Pianoçu» sayılır. Polanski bu filmə görə «Oskar» mükafatına layiq görülsə də, mükafatı almağa getməyib. Bunun səbəsi Roman Polanskinin 1978-ci ildə 13 yaşlı qıza təcavüz etməsi ittihamı ilə ABŞ tərəfindən axtarılması olmuşdur. 31 il öncə azyaşlı qıza təcavüz etməkdə ittiham olunan və həbs edilməməsi üçün ABŞ-dan qaçan Polanski, 2009-cu il sentyabrın 27-də Sürix Film Festivalında layiq görüldüyü «Yaşam Boyu Uğur» mükafatını almaq üçün getdiyi İsveçrədə gözaltına alınıb.
ABŞ-da keçirilən məhkəmə qərarlarına görə, Polanskinin 1993-cü ildə zərərçəkən tərəfə 500 min dollar ödənilməsi müqabilində tərəflər arasında razılığın əldə olunmasının mümkünlüyü bildirilib. Lakin məhkəmə qərarlarında Polanskinin məbləği ödəyib-ödəməməsi barədə qeydlərə rast gəlinmir. 1996-cı ildə keçirilən son məhkəmə prosesində isə ödəniləcək məbləğin 604 min dollara qalxdığı bildirilir. Roman Polanski ABŞ-da ona qarşı irəli sürülən ittihama görə 500 min dollar təzminat ödəməyi qəbul edib."
Belə həqiqəti meydana çıxaran rejissordursa, bir də İsrailin dinc fələstinlilərin başına açdığı oyunları haqda film çəksin. Buna baxmayaraq, filmi izləmişəm. :)
Ferbara
Filmə mən də baxmışam. Amma yaradıcı heyət haqda məlumatsız idim. Daha doğrusu, əsl həqiqət haqda məlumatsız idim. Düzdü, Hitler rejimi yəhudiləri yazıq günə qoymuşdu. Amma özləri də hal-hazırda Hitlerdən geri qalmırlar.