Filmlərdən yaddaqalan sitatlar

  • Kino

— Mən robot deyiləm, insanam. 
— Onda de görək hisslərin olmağı necə şeydir?
— İnsanam dedim, qadınam demədim. (“Simpsonlar”)

— Yaddaşını tamamilə itirdikdən sonra xəstənin yaxşılaşması mümkün deyil.
— Doktor, elm bir yerə kimidir, sonra məsələyə Tanrı qarışır. (“Noutbuk”)

“Münasibətdə olan qadınlar 3 qrupa ayrılır: xoşbəxt olanlar, xoşbəxt olmadığını bilməyənlər və xoşbəxt olmadığını etiraf etməyənlər” (Larnacoeur)

“Danışıb danışmamaq nəyisə dəyişməyəcəksə, susmamaq üçün bir səbəb yoxdur” (“Paradizo kinoteatrı”)

“Axıra kimi xoşbəxt yaşadılar, amma ayrı-ayır” (Kazanova)

“Bir qadının həyatına, ən azından bir alçaq girmədikcə o yetkin qadın sayıla bilməz...” (“Cənan Bruks”)

“Biz televizora baxa-baxa milyoner, kino ulduzu, rok ulduzu olacağımıza inanaraq böyüdük. Amma ola bilməyəcəyik. İndi bunu anlamağa başlayırıq...” (“Döyüş klubu”)

"Öp məni, bütün sualların cavabı budur" (“Kasablanka)

“Kim nə deyir desin, sözlər və düşüncələr dünyanı dəyişdirə bilər” (“Ölü şairlər dərnəyi”)

“Əgər kiminsə ruhuna baxmaq istəsən, sənə xəyallarını göstərməyini istəməlisən” (“Arizona arzusu”)

“Gözlərimin içinə bax. Ehtiyacın olan tək güzgü mənəm” (“The Cooler”)

“Bütün ümidi itirmək azadlıqdır…” (“Döyüş klubu”)

“Mən nə getdim, nə də qala bildim…” (“Atam və oğlum”)

“Mənə sevgi, pul, inanc, şöhrət, ədalət yerinə həqiqəti verin” (“Vəhşi şərtlər altında”)

“Əgər hamımız tənhayıqsa, deməli hamımız bərabərik…” (“P.S. Mən səni sevirəm”)

— Sən niyə danışmırsan, Üzeyir abi?
— Bir ara çox danışdım, faydasını görmədim, daha danışmıram (“Organize işler”)

— Xəstəxanaları heç sevmirəm.
— Nəyə görə?
— Ən pis günüm orda keçdi.
— Hansı gün?
— Doğulduğum gün. (“Powder”)

“Keçmiş bəzən xatırlamaq istədiyin kimidir” (“Mustafa haqqında hər şey)

“Barmaq izlərimiz toxunduğumuz həyatlardan silinməz” (“Xatırla məni”)
 

6 şərh

imtogrul
Mənə yalan danış, əgər danışmağa həqiqət qalmayıbsa…
tarixci1919
İcazə versəz bir-ikisin də mən yazım. «Adəm övladı ona yaxşı davrananda tez unudur», «Bir gözələ gözəlliyini xatırlatmaq istəyərdim, aynalardan öncə», «Eşq bəhanəsidir şeirin»(Kelebeğin rüyası). 
«Ailə sadəcə qan bağı ilə yaranmaz, sevgi ilə yaranar». «Bir məzlumun ölümü bütün insanlığın ölümüdür»(My name's Khan).
«Allah dünyanı 7 gündə yaratdı, mə isə özümkünü 7 gündə məhv etdim»(Seven life). 
Apollona təşəkkür, yaxşı filmləri yada saldı. 
_BUMERANQ_
Bir övladın ölümündən daha pis bir şey varsa, o da onun ölmək istəməsidi.

— Niyə həmişə gülümsəyirsən?
— Əgər qaca bilmirsənsə və başqalarından asılısansa, gülümsəyərək aglamagı öyrənirsən.
( The sea inside)
beautiful
“Biz televizora baxa-baxa milyoner, kino ulduzu, rok ulduzu olacağımıza inanaraq böyüdük. Amma ola bilməyəcəyik. İndi bunu anlamağa başlayırıq...” (“Döyüş klubu”)
azadmamedov90
Bumeranq, Beautiful, sizler kimi insan bu heyata yeniden baglana bilseydi-bumeranq kimi gozel sekilde-bu heyat bize hec ne oyretmedi- haqsizliq va rusvertden basqa!
 Bu dunyada bu qeder yalniz insan var iken niye bu qeder yalniz insan var?
beautiful
Nə demək istəyirsiniz?