Kim Ki Duk

  • Kino
1960-cı ildə Cənubi Koreyada dünyaya gələn Kim Ki Duk ailəsinin maddi sıxıntıları ucbatından doğru-dürüst məktəbə gedə bilməyib. 15 yaşından isə məktəblə birdəfəlik vidalaşıb. Bir çox fabriklərdə çalışıb. 20-25 yaşlarında hərbi xidmətdə olub və 2 il gözdən qüsurlular üçün kilsədə işləyib. 1990-cı ildə isə Parisə köçüb. Kimin heç bir təhsili olmasa da iki il Avropada rəsm çəkib satmaqla dolanıb.

İlk film
32 yaşında Parisdə ilk dəfə filmə baxıb. “Quzuların Səssizliyi” filmindən təsirlənən Kim Koreyaya qayıdaraq ssenari yazmağa başlayıb. Dəfələrlə rədd cavabı alsa da, nəhayət film sektoruna daxil ola bilib. Kino təhsili olmayan Kim Ki Duk film sənayesi ilə bağlı ənənəvi üsullarla film çəkməyin bezdirici olduğunu deyib: “Film çəkmək üçün ən gərəkli amil həyatdır. Film həyatın görüntülü yaddaşıdır. Əsgərilkdə yaşadıqlarım, fabrikdəki günlərim, qarşılaşdığım bütün insanlar mənim kino təhsilimdir, kino ləvazimatımdır”.

Ki Duk “Timsah” adlı ilk filmini 36 yaşında çəkib. Filmin ssenarisi qəbul olunduqdan sonra prodüsserdən rejissorluğu da ona verməsini xahiş edib. “Ssenari mənimdi, əgər filmin rejissorluğunu mən etməsəm filmi ərsəyə gətirə bilməyəcəksiz”. Prodüseri inandıran Kim rejissor kreslosuna əyləşdikdən sonra möhtəşəm filmər bir-birini əvəz edir. “Boş ev”, “Yaz, yay, payız, qış və yaz”, “Ox”, “Nəfəs”, “Yuxu”, “Pis adam” filmləri qısa zamanda müzakirələrə səbəb olur. Berlin Beynəlxalq Film Fevstivalı, Kann Film Festivalı və Venesiya Film Festivalında bir çox mükafatlar alır.

Koreyalıların sevmədiyi rejissoru
Koreyalılar Kim Ki Duku demaqoq, şəhvətli, social cəmiyyətədn uzaq düşən psixopat, Koreyanın ənənəvi dəyərlərini tapdayan və “beş qəpiklik filmlər” çəkən adam kimi tanıyırlar. Buna baxmayaraq kino onun həyat tərzinə çevrilmişdi. Kim Ki Duk üçün kinosuz dünya yox idi: “Həyatın mənə vurduğu zərbələrə baxmayaraq sona qədər savaşdım. Dünyada “n” qədər kölgə var. Düşündüm ki, dünyanın hər üzünü göstərmək lazımıdır. Əslində bəzi ehtiraslı səhnələrin arxasında acı hekayələr var”, — deyəm Kim tənqidlərə rəğmən sevdiyi işindən vaz keçmədi.

Kəliməsizlik və səssizlik
Səssizliyin çığırtısı… Onun filmlərindəki ünsiyyət, kəlimələrin yoxluğu bu cür ifadə edilir. Qəhqəhə və gözyaşlarının ən gözəl dialoq olduğunu qeyd edir: “Məncə gülmək və gözyaşı, istifadə edilə biləcək ən yaxşı dialoq ləvazimatıdır. İnsan yaşadıqca, sözlərə olan güvənini itirir. Danışmaq çox vaxt ən asan yoldur. Mən insan təbiətini və davranışını sözlərlə anlatmaq yerinə göstərməyi seçərdim. İnsanların hərəkətləri yalan daşımaz. Hərəkətlər, davranışlar həqiqətə sözlərdən daha yaxındır”.

Film Kim üçün bir həyat mənbəyidir. O bu həyatı filmə gətirir. Bəzən onun baş qəhrəmanları heç danışmırlar, bəzən də fəzada danışırlar. Onlar öz sözlərini yumorla, hüznlə ifadə edirlər. Bəzən isə onların yerinə musiqi danışır…

Ağla qara rəng eynidir
Kimin filmləri yuxuya bənzəsə də, mövzuları real həyatdan götürülüb. O, yaşamaq uğrunda mübarizə aparan insanların acı taleyini göstərir… Kimin filmlərində ağ rənglə qara rəng eyni xətt üzrə keçir. O, qara rəngi anlatmaq üçün, ağ rəngi, ağı anlatmaq üçün qaradan istifadə edər və nəticədə ikisinin də eyni olduğunu deyər. Tamaşaçını narahat edər, intizarda saxlayar.

Son
Rejissorun filmlərindən biri “Boş ev” adlanır. Xəyalla həqiqətin bir-birinə qarışdığı filmdə səssizlik güllə kimi açılır qulaqlarımızda. O boş evlər də yaşamayan insanları sükuta bürünən iki adam doldurar. İnsan ürəksiz yaşamadığı kimi, ev də insansız yaşaya bilmir, ölü görünür, tabutu xatırladır. Kim Ki Duk da bizim boş, mənasız həyatımıza öz möhtəşəm dünyası ilə qonaq gəlir və həyatımızın hər küçəsini, parkını, səkisini adamlarla, talelələrlə doldurur. “Biri qıfılı sındırana kimi hamımız boş evik…”

Oğuz Ayvaz
 
loading...

0 şərh