Lui de Funes: sədaqətli, qısqanc...

  • Kino
Lui de FinesMəşhur, çox sevilən fransız komiki Lui de Funes Fransada Sena çayının yuxarı ətrafındakı bir əyalətdə dünyaya gəlib, 1914-cü ildə. O əyalətlərdə həmin illərdəki bütün uşaqlar kimi onun da uşaqlığı ağacdan asılmış yelləncəklərdə keçib.

Fransız komediyasının gələcək metrinin məktəb illəri çox sönük keçib. Dəqiq elmlər ümumiyyətlə Luiyə görə deyildi. Həmin dərslərdə tam fəaliyyətsiz olurdu demək də düzgün olmazdı, çünki müəlliminin arxasınca mimikalarla nə hoqqa desən çıxardırdı. Bir dəfə sinifdə Zorronu yamsılayarkən zəif qız sinif yoldaşının üstünə necə yıxılıbsa, yazıq qız ciddi zədə alıb. Bu hadisədən sonra anası Luini məktəbdən çıxardıb pul qazanmaq üçün işləməyə göndərib. Yeniyetməliyindən oğlanın görmədiyi iş qalmayıb –satıcı, mühasib, yükdaşıyan.

Özünün dediyinə görə bunlar ona alçaqlıq deyil, yalnız şərəf gətirib. Hərbi-tibbi komissiyanın onun ordu sıralarına yararsız olduğunu bəyan etməsi isə gələcək aktyor üçün ən sarsıdıcı, alçaldıcı zərbə olub. 1 m 64 sm-lik boyu olan Luinin cəmi 55 kq çəkisi varmış, komissiya da məhz bu səbəbdən belə bir qərar verib.

Bədbinlikdən güldürən aktyor
Yaradıcılıq karyerası çox gənc yaşlarında başlayıb. Gündüz işləyib gecə oxuduğu kollecin tələbələri arasından rejissor məhz onu seçdi, “Şah hinduşkası” filmində çəkmək üçün. Bu filmdəki oynamasından sonra tənqidçilər belə bir fikir səsləndirdilər ki, kinoya onunla yeni estetika gəldi.

Lui de Funes 1941-ci ildə Ren Simonun teatr kurslarına gedirdi. Eyni vaxtda filmlərə də çəkilirdi. İlk uğurundan sonra xeyli müddət onu uğursuzluq müşayiət edirdi. Rejissorlar Funesi gah simasının mənasızlığında, hərəkətsizlikdə, gah da həddən artıq, yersiz hərəkətli olmaqda qınayırdılar.

Uğur onun qapısına yaxın belə gəlmirdi. Bununla belə aktyor çalışırdı. Lui “Günahsızlar Parisdə” filmi ilə parlamağa başladı, eyni janrın ustaları Qaben və Burvinlə birgə.

Elastik mimikalar və xalorik temperament əsl komediya aktyoruna xas xüsusiyyətlərdir. Bunların hər iksinin Luidə birləşməsi onu bütün dünyaya tanıtdı. Oynamadığı rol yoxdur, adi bazar alverçisindən Sezar obrazına qədər. Ən “uğurlu bilet” isə “Atam, anam, xidmətçi və mən” filmindəki müsyo Kalomelya rolu oldu. Ardınca “Tutulmayıbsa, oğru deyil” filmindəki məşhur obrazı uğurunu bir daha təsdiqlədi. Bu filmə görə Fransada Fyu-fyu ləqəbini, bütün dünyada isə ördək balası Donald adını aldı. 

Özü aktyor kimi obrazlarına xüsusi çalar verirdi, deyirdi ki, aktyor danışmamalıdır, hərəkətləri, mimikaları onun deyəcəklərini əvəz edər və bu, daha maraqlı ola bilər. Ssenaristlər məxsusi olaraq Lui üçün sözsüz obrazlar yazırdılar.

“Atam, anam, arvadım və mən” ekranlara çıxanda Lui de Funes artıq dünyada tanınan komediya aktyoru idi. Buna baxmayaraq bütün komediya aktyorları kimi o da komplekslərdən azad ola bilmirdi: “Mən əslində çox bədbin adamam, kinoda çıxartdığım oyunlar özümün bu bədbinlikdən azad olmağıma xidmət edir ”.

Çox məşhur fransız komediya aktyorlarını özünün məşhur rəqibləri hesab edirdi-Fernandel, Toto, Burvil bu sıradan idi. Amma onlarla bir filmdə oynayandan sonra özü də hiss etdi ki, bu aktyorların yanında da parlaq görünür. Çəkildiyi bütün filmlər dünya miqyasında kinoprokatları “alırdı”.



Fantomas
1964-cü ildə ekranlara çıxan “Fantomas” filmləri seriyası isə onu hər bir evdə çox böyük şöhrət qazandırdı.

“Böyük gəzinti”, “Razinya” sonrakı uğurlu filmlərdir. Bu filmlər nəinki Fransada bütün dünyada bir neçə onilliklər çox populyar oldu.

Lui de Funes 1967-ci ildə çəkilən “Oskar” filminin ssenari müəllifi idi, həm də burda rol almışdı.
1968-ci ildə Fransanın ən çox sevilən və ən məşhur aktyoru idi. Onun qonorarı bütün həmkarlarından çox olurdu, 2.5 mln. frank. 

1960-cı illərin sonlarında onun karyerasında eniş başladı. Bu eniş 1970-ci ildə həmkarı və yaxın dostu Burvili itirəndən sonra daha da qabarıq sezildi. Bununla belə 70-ci illərdə çox sayda filmlərə çəkildi, amma artıq bu həmin böyük Lui de Funesə oxşamırdı. 

1975-ci ildə aktyor iki infarkt keçirdi. Kinonu atan Lui de Funes gül-çiçək və meyvə-tərəvəz əkməklə məşğul olurdu. Dəvətləri qəbul etmirdi. Elə bil bütün dünyadan incimişdi. Onun komik xarakteri tamamilə dəyişmişdi, psixoloji gərginlik yaşayırdı, bunu yaxınlarına da yaşadırdı.

Bir gün Jan Jironun bağa, onun yanına gəlməsi Luini yenidən dünya kinosuna qaytardı. Bu dostluq sayəsində jandarm obrazlarından ibarət silsilə filmlər çıxdı meydana. Tamaşaçılar Lui de Funesi yenidən fərqli obrazlarda sevdi.

Lui de Funes kifayət qədər sirli adam idi. Təmiz aristokrat, arvadına sadiq, balıq tutmağı sevən və gül-çiçək becərən insan. Səs-küylü, dəb-dəbəli həyatı sevməzdi, heç kimə maneə olmadan, sakit, öz aləmində yaşayırdı.

Arvadı ilə Ren Simonun aktyorluq kurslarında tanış olmuşdu. Janna, Gi de Mopassanın nəslindən idi və bununla fəxr edirdi. Məşhur aktyor ideal ər idi, hədsiz qısqanclığını nəzərə almasaq. Lui de Funes 1983-cü ildə 69 yaşında dünyasını dəyişdi. Ölümündən əvvəl zarafatla deyirdi ki, ən gözəl komediyası öz dəfnində oynanılan olacaq.

Özündən sonra iki oğlu qaldı. Biri əvvəl filmlərə çəkilsə də sonradan təyyarəçi olmağa üstünlük verdi, ikincisi isə həkimdir. General de Qollun bir vaxtlar tərtib etdiyi Fransanın böyük şəxsiyyətləri siyahısında Lui de Funes 17-ci yerdədir. Alen Delon belə siyahıda ondan sonradır.

Ramilə Qurbanlı

0 şərh