10 ən yaxşı sovet filmi

  • Kino
Sovet hakimiyyəti dövründə Rusiyanın nəhəng kino sənayesinə milyonlarla dollar investisiya yatırılmışdı.
Bu gün həmin filmləri xüsusilə köhnə nəsil təkcə sevgiylə xatırlamır, həm də filmlərdə rol alan aktyorları əsrin ən yaxşı sənətkarları kimi qiymətləndirir. Bu filmlərdəki bir çox uğurlu və hazırcavab deyimlər müasir rus dilinə inteqrasiya edib. Oxucularımıza sovet mədəniyyəti və irsini təşkil edən ən yaxşı 10 filmi təqdim edirik.


“Potyomkin döyüşü” (1925)


Təbii ki, sovet kinematoqrafiyası barədə heç bir siyahı “Potyomkin döyüşü” filmi olmadan bütöv sayıla bilməz. Sergey Ayzenşteynin demək olar ki, bir əsr yaşı olan bu səssiz əsəri film tarixinin ən heyratəmiz parçalarından biri olmaqda davam edir. Çar zabitlərinə qarşı faciəvi dəniz qiyamı olan Potyomkin döyüşündən bəhs edən film dramatik anları və nəfəs kəsən həyəcanı ilə seçilir. Xüsusilə, ananın və müdafiəsiz uşağının Odessa çöllərindəki ürəkağrıdan ölümü kino tarixindəki ən qorxunc və yaddaqalan səhnələrdəndir. Əgər tamaşaçıların yalnız bir sovet filminə baxmaq kimi seçimi olsaydı, inqilab propaqandası ilə bağlı bu möhtəşəm film uyğun variant olardı.



 “Kinokameralı adam” (1929)


Dziga Vertovun “Kinokameralı adam” filmində hansısa real dialoq, aktyorlar, hətta süjet xətti belə yoxdur. Bunun əvəzinə, maraqlı cəhət bir Rusiya şəhərinin 24 saatlıq gündəlik həyatını sənədləşdirən eksperimental və unikal kamera texnikalarıdır. Vertovun industrial gözləri filterdən keçməmiş kamera lentləri vasitəsilə, xüsusilə, Sovet vətəndaşlarını işdə və teatrda çəkərkən parlayır. İlk orijinal yayımından sonra, film müxtəlif musiqilərin müşayiətiylə göstərilib.


“Durnalar uçur” (1957)


“Durnalar uçur” filmi sovet erasının ən hissiyatlı və emosional filmlərindən biridir. Art-haus janrındakı bu ekran əsəri yeganə Sovet filmidir ki, “Kann Palme Dor” mükafatını qazanıb. İkinci Dünya müharibəsi haqqındakı bu epik film gənc cütlüyün tarixin çalxantılı hadisələri nəticəsində bir-birindən ayrı düşməsindən bəhs edir. Şəxsi travma və əziyyətlərlə bol olan bu dramatik əsərdəki sevgi əhvalatı insan qəlbinin sarı simlərinə toxunur. Heyrətamiz görüntülər, güclü kinematoqrafiya və coşğun performanslarla yadda qalan film hələ də Rusiyada istehsal edilən ən yaddaqalan əsərlərdən biri hesab olunur.


“I əməliyyatı və Şurikin macəraları” (1965)


Söhbət sovet komediyasından düşəndə, vətəndaşların seçimi Şurikin gülməli macəraları olurdu, Şurik tez-tez özünü çətin vəziyyətlərə salan ağıldankəm bir tələbədir. “I əməliyyatı” 1960-cı illərdə böyük uğur qazanmış 3 seriyadan ibarət ən çox baxılan film idi. Filmdə bir anbar direktorunun vəzifə səlahiyyətlərindən sui-istifadə etmək üçün oğurluq etmələrini istədiyi üç fırıldaqçıdan bəhs edilir. Amma həmin gecə yaşlı qadın hamisi Şurikə anbarı mühafizə etməyi tapşırır. Nəticə isə siçan pişik oyunu və bol gülüş olur.


“Andrey Rublyov” (1966)


“Andrey Rublyov” 1960-cı illərin ən vacib filmlərindən biri və 15-ci əsrdə yaşamış ikona rəssamının həyat portretidir. Orta əsrlərdəki Rusiyanı təsvir etmək Andrey Tarkovskinin rejissor kimi ən dahiyanə uğurlarından biri olmuşdu. Rusiyanın dini kimliyinin dəyişməkdə olduğu gərgin dövrdən bəhs edən film həm də Rusiya cəmiyyətində çarların yüksəlişi mövzusunu əhatə edir. Spiritual repressiya, sənətkar azadlığı və emprizim kimi mövzuları ilə bu film bu gün belə incəsənətə verdiyi böyük töhfələrinə görə qiymətləndirilir. Maraqlıdır ki, mövzusunun mürəkkəbliyinə görə, film senzurada keçmədiyindən 1971-ci ilə qədər ölkədə göstərilməmişdi. Tarkovski kinematoqraf kimi özünü parlaq şəkildə sübut etdikdən sonra, filmə yaşıl işıq yandırıldı.


“Hərb və sülh” (1968)


Heç şübhəsiz Sergey Bondarçukun “Hərb və sülh”ü, romanın filmə möhtəşəm adaptasiyasıdır. 8 saat uzunluqdakı film Rusiyada istehsal edilmiş ən bahalı filmlərdən biri idi (Bu günün göstəricilərinə görə filmin dəyəri 700 milyon dollardır), filmdə xeyli sayda adam iştirak etmişdi. Detallara olan hədsiz vasvasılıq heyrət doğurur, bu film Sovet kinosunun ən monumental uğurlarından biridir. Film 4 hissə şəklində yayımlanmışdı, döyüş səhnələrində 120 min adamın iştirakına görə, ekran əsəri “Ginnesin rekordlar kitabı”na düşüb. Film haqlı olaraq, “Oskar” mükafatına, həmçinin ən yaxşı xarici film nominasiyasında “Qızıl qlobus”a da layiq görülüb.


“Brilyant əl” (1969)


“Mosfilm”in çəkdiyi komediya filmi “Brilyant əl” Sovet kütlələri arasında hədsiz populyar idi. Hətta bu gün belə film kult statusunu özündə saxlayır, filmdəki çoxsaylı uğurlu deyimlər isə gündəlik danışığa düşüb. Yuri Nikulin və Andrey Mironov kimi Sovet ulduzlarının çəkildiyi filmin süjeti bahalı cəvahiratı əməliyyatla transportasiya etmək cəhdindən bəhs edir. Film sosialist cəmiyyətinin parlaq və səmimi dünyagörüşünə, həmçinin sıravi vətəndaşın gündəlik həyatına nəzər salır. Yumorla zəngin bu film Rusiya komediyaları arasında xüsusilə seçilir, ona baxan qətiyyən peşman olmaz.


“Solyaris” (1972)


Andrey Tarkovskinin “Solyaris” filmi Solyaris planeti ətrafında dövr edən fəza stansiyasına göndərilən psixoloqun həyatından bəhs edən elmi fantastika filmidir. Mənzil başına çatanda qəhrəman hallusinasiyalar görməyə başlayır. Bunun nəticəsində o, çoxlu ziddiyyətlər yaşamağa, din, insanlıq və təfəkkürün təbiəti ilə bağlı kompleks məsələlər barədə düşünməyə başlayır. Nəticə etibarilə bu, insanın özüylə və başqalarıyla ünsiyyətindəki bacarıqsızlıqlarını göstərən psixoloji dramdır. Tarixin ən yaxşı elmi fantastika filmlərindən olan “Solyaris” mütləq baxılmalı filmlərdəndir.


“Güzgü” (1975)


Andrey Tarkovskinin kino yaradıcılığının genişliyi və miqyası ölçüyəgəlməzdir (o daha çox amma “Andrey Rublyov” filminə görə tanınır) və “Güzgü” filmi onun ən əsas filmlərindəndir. Bu düzxətli olmayan avtobioqrafik strukturlu film müharibədən əvvəl və sonra Rusiya kəndinin atmosferini və xüsusiyyətlərini göstərir. Rejissor filmdə uşaqlığına gedir, bəzi yerlər rəngli, bəzi yerlər isə ağ-qara tonlarda çəkilib. Film mürəkkəb yuxu vəziyyətindəki bir ovqatı əks etdirir.


Moskva göz yaşlarına inanmır” (1979)


Bu film 1980-cı ildə ən yaxşı xarici dildəki film nominasiyasında “Oskar” mükafatına layiq görülüb. Filmdə kənddən şəhərə işləmək üçün gələn və sonda aşiq olan 3 qadından bəhs edilir. Onların şəxsi və peşəkar həyatı, sonra isə 20 il sonraya getməklə onların həmin dövrdəki vəziyyəti göstərilir. Üç qəhrəmandan bəhs edən bu melanxolik dramı izləmək insana zövq bəxş edir, film həmçinin 1970-ci illərin Moskva həyatına da nəzər salır.


Mənbə: bilge.az

0 şərh