İlk cizgi filmləri

  • Kino
Dünyada cizgi filmlərini sevməyən bir uşaq bəlkə də yoxdur. Nəinki uşaqlar, hətda böyüklər də cizgi filmlərini izləməyi sevirlər. Hər şeyin bir yaranma tarixi və yaradıcısı olduğu kimi cizgi filmlərin də tarixi vardır. Cizgi filmi adından da göründüyü kimi, “çizmək, şəkil çəkmək” sözündən meydana gəlib.

İlk cizgi filminin tarixi də belə yaranıb. Şəkillər əllə çəkilib, ard-arda dəyişdirilərək, çəkilmiş şəkillərdəki obrazların hərəkəti təmin edilib. Müasir texnologiyadan xeyli geridə qalan stop-motion (stop-moşn) texnologiyasından istifadə edilərək ilk cizgi filmləri yaranıb.

Stop-motion texnologiyasından ilk dəfə Artur Melburn Kuper 1899-cu ildə bir reklam üçün istifadə edib. “Matches An Appeal” adlı əsərdən sonra stop-motion teknologiyası cizgi filmlərin yaradılmasında bir ilham olub. 

İlk cizgi film Amerikada ve İngiltərədə yaranıb. 1906-cı ildə Amerikada, Ceyms Styuart Blektonun “Humorous Phases of Funny Faces” (Gülməli üzlərin komik mərhələləri) adlı cizgi filmi ilk cizgi filmi kimi qəbul edilir.

Texnologiyanın olmadığı bir dövrdə qələmlə çəkilən 8 min şəkildən ibarət olan animasiyadan bəhs edirik. Filmin başında, Blakton rəsm çəkən rəssamı göstərirdi. Rəssamın çəkdiyi rəsim birdən canlanır və hərəkət etməyə başlayır. 

1907-ci ildə Ceyms Styuart Blekton “Ruhlar Oteli” adlı ikinci cizgi filmini təqdim edir.
İlk cizgi filmi barədə bir sıra mübahisələr var. Alimlərin fikrincə ilk cizgi filmi 1908-ci ildə, Fransız rəssam Emil Kol tərəfindən hazırlanıb. Rəssam əlləri, qolları, ayaqları çubuqlara bənzəyən obrazları hərəkət etdirərək ilk cizgi filmini lentə alıb. “Fantasmagorie” olan bu cizgi filmin adının mənası isə, “projektor ilə həyata keçirilən oyun” kimi tərcümə edilməkdədir. Cizgi filmin müddəti sadəcə 1.5 dəqiqədir.

Cizgi filmlərində ilk heyvan obrazı 1913-cü ildə Disney Smiz tərəfindən çəkilən “Old Dok Yak” adlı qısa şalvarlı keçi olub. Cizgi filmlərinin ölkə sərhədlərini aşması Volt Disneyin “Mickey Mouse” adlı cizgi filmi sayəsində olub. 

Bu cizgi film 1928-ci ildə çəkilməyə başlayıb. Yenə də bir başqa uğur, cizgi filmlərində səsdən istifadə Volt Disneyə aid olub. Bu zamana qədər cizgi filmləri səssiz izlənib. İlk dəfə səsli və çox metrajlı cizgi filmi “Ağbəniz və Yeddi Cücə” Disney tərəfindən lentə alınıb. 



portal.azertag.az

0 şərh