Kino aləminin bilinməyən tərəfləri

  • Kino
Kino aləmi bəlkə də dünyanın ən maraqlı və eyni zamanda ən sirli sahəsidir. İnsanların görə biləcəyi yalnız ekranlarda yayımlanan bir filmin bitmiş versiyası ola bilər, lakin bu sahədə baş verən bütün pərdəarxası məqamlar izləyicilər  üçün hər  zaman  sirr olaraq qalacaq. Bu yazıda kino aləmi ilə  bağlı topladığımız maraqlı məlumatları  təqdim edirik.
Heç bilirdinizmi ki, kinematoqrafiyanın yaradıcıları olan Lumyer qardaşları əslində bu sahənin uğurlu gələcəyinə inanmırdılar. Qardaşların düşüncələrinə görə,  kino sadəcə həyat haqqında çəkilən qısa səhnələrdən ibarət olan bir janr çərçivəsində qalacaq və tezliklə insanların bu sahəyə olan marağı yox olacaqdı. Başladıqları işə bir əyləncə kimi baxan Lumyer qardaşları illər ötdükcə səhv düşündüklərini qəbul edirlər.

Maraqlı faktlardan biri də odur ki, il ərzində istehsal olunan filmlərin sayına görə, rekordları qıran ölkə Hindistandır. Hindistan kino istehsalına görə dünya lideri hesab olunur. O, Yaponiya, Fransa, hətta ABŞ arxada qoyaraq ilk pillədə yer alır. 90-cı illərdə hind kinematoqrafçıları tərəfindən ildə 900-dən çox film çəkilib. Son illər ərzində bu göstəricilər bir qədər düşsə də( il ərzində 700 filmə yaxın), Hindistan kinematoqrafiyası yenə də liderliyini qoruyub saxlamaqdadır. Qeyd etmək lazımdır ki, burada yaşayan kasıb əhalinin əksəriyyəti televizor ala bilmədiyinə görə, filmləri kinoteatrlarda ucuz qiymətə ala bildikləri biletlərin sayəsində  izləyə bilirlər.
Dünyada ən çox vəsait toplayan filmlərdən biri“Titanik”dir. Bir faciə əsasında çəkilən bu ekran əsəri təxminən 2.400.000 milyon dollar vəsait toplamışdır. Heç bir film bu rekordu yeniləyə bilmədi. “Titanik” filminin rejissoru James Kameron tərəfindən çəkilən “Avatar” filmi də insanlar tərəfindən böyük izdihamla qarşılandı.
“Xaç atası” filmində insanların marağına səbəb olan at başı ilə çəkilən səhnə kinematoqrafiya sahəsində böyük bir çevriliş edir. Filmin istehsalçıları reytinqləri üstün tutmaq üçün kəsilmiş at başını it yeməkləri istehsal edən bir şirkətdən sifariş edirlər. Məşhur Don Karleoninin pişiyi isə Marlon Brando tərəfindən təsadüf nəticəsində küçədən tapılmışdır. Qısa müddət ərzində küçədən tapılan bu sahibsiz heyvanı bütün dünya  tanıyır.
“Walt Disney”in prodüsserləri “Karib dənizi quldurları” filmində “Qara inci” gəmisinin kapitanı  Jack Sparrow rolunu oynamaq  məhz Jim Kerriyə təklif edilmişdir, lakin lovğa aktyor bu roldan imtina etdikdən sonra, filmin çəkilişlərinə Coni Depp dəvət olunmuşdur.
Kinematoqrafiya tarixində ən çox reklam olunan film Stiven Spilberqin«Yura dövrünün parkı»dır. «Universal» kino şirkəti filmin reklamı üçün 68 milyon dollar vəsait sərf edib. Bu da filmin büdcəsindən 8 milyon dollar artıq idi.
Hollivudda  prodüsserlər pulun qədrini yaxşı bilirlər. Buna görə də əksər hallarda bir dekorasiya bir neçə filmdə istifadə olunur.«Geriyə, gələcəyə» filmindəki Hillvelli şəhərinin dekorasiyası 1985-ci ildən sonra 104 filmdə istifadə olunub. S.Spilberqin «Yadplanetlilər» filminin dekorasiyası 37, Çaplinin «Qızıl axın» filmi üçün qurulan şəhər isə 200-dən artıq ekran əsərində istifadə olunub.
Kinematoqrafiya tarixində ən çox şərh olunan  uydurma personaj – Qraf Drakuladır. Bu vampir haqda indiyədək 72 film çəkilib. İkinci yerdə londonlu xəfiyyə Şerlok Holmsdur. Onun haqqında  66 film çəkilib. Tarzan obrazı  isə  3-cü pillədədir. Bu personaj haqqında 60 film lentə alınıb.
Məşhur aktyor Arnold Schwarzenegger onu dünyaya tanıdan“Terminator”filmində oynayaraq, robotların bunu edə bilməyəcəyinə inandığı üçün filmdə heç göz qırpmamağa qərar verir.
Janna Luiza Kalman filmlərdə çəkilən ən yaşlı aktrisa hesab olunur.«Vinsent və mən» adlı Kanada filmində çəkiləndə aktrisanın 114 yaşı var idi. Bu roldan sonra aktrisa daha 8 il yaşayır.
Tom Henks «Forrest Qamp» filmində bir şərtlə çəkilməyə razı olub. Onun istəyi ilə filmdə yer alan bütün hadisələr tarixi faktlara əsaslanmalı idi.
Kinematoqrafiya tarixində ən çox “Oskar” ükafatına layiq görülən filmlər “Titanik” və “Üzüklər hökmdarı: Kralın dönüşü”dür. Bu filmlərin hər birisi 11 “Oskar” mükafatı almışdı. Lakin  Amerika cizgi filminin banisi olan  Uolt Disney hamını geridə qoyaraq, ən çox,  yəni 26 dəfə «Oskar» mükafatına layiq görülmüş şəxs kimi kino tarixinə düşüb.
Bütün dünyada tanınan aktyor və idmançı Brüs Li o qədər cəld olub ki, rejissorlar tamaşaçıların onun zərbələrini görə bilmələri üçün texniki vasitələrlə kadrları asta sürətlə vermək məcburiyyətində qalıblar.

1985-ci ildə ekranlarda yayımlanan “Gələcəyə geri qayıtmaq” filminin ilk versiyasına görə,filmdə böyük rol  alan DeLorean vaxt maşını sadəcə bir soyuducu idi.Yalnız sonradan ssenaridəki bu fikir filmin aktyorlarını təqlid edərək soyuducuya çıxacaq uşaqların təhlükəsizliyini düşünən əsas heyət tərəfindən dəyişdirildi.
Məşhur Çin aktyoru olan Jackie Çanın baş rolda oynadığı “Gənc usta”filmində onun yelpənəklə çəkilən döyüş səhnələri insanlar tərəfindən xüsusi maraqla qarşılanıb. Deyilənlərə görə, həmin səhnə 1300 cəhddən sonra çəkilmişdir.
Kino mütəxəssislərinin fikrincə, «dünyada ən həyəcanlandırıcı film» Alfred Hiçkokun «Psixoz» filmidir. Onun ardınca Stiven Spilberqin "Çənələr" və Conatan Demminin «Quzuların susması» filmi gəlir. Qeyd edək ki, sonuncu 5 dəfə «Oskar»a layiq görülən yeganə trillerdir.
2014-cü ildə  çıxan «Qodzilla» filmində Qodzillanın özü cəmi səkkiz dəqiqə ekranlarda görünüb. Buna baxmayaraq, film izləyicilər tərəfindən çox sevilib.
Maraqlı faktlardan biri də odur ki, Çində televiziya və kinoda zaman səyahətini təsvir edən səhnələrin nümayişi qadağandır.
 
 

Müəllif: Samirə Tağıyeva,
Mənbə: “İki sahil”

0 şərh