Ən təsirli müharibə filmləri

  • Kino
Müharibə hər dövrdə baş verən ən dəhşətli prosesdir. Müharibədə hamı uduzur, insan hüquqlarını tapdalayaraq şahmat fiqurları kimi cəmiyyəti bir-bir iflasa uğradır. Müharibə o qədər həssas mövzudur ki, haqqında hədsiz romanlar yazılır, filmlər çəkilir. Son günlər Ukrayna-Rusiya savaşının dünyanı silkələməsi, eləcə də, Azərbaycan mediasına da təsirini, müharibənin yarana biləcək nəticələrini insanların gözü önünə gətirir.
Dünyanın ən təsirli 11 filmini təqdim edirik

1. Siyahının zirvəsində “La vita e bella”, yəni “Həyat gözəldir” filmi xüsusi həssaslığa sahib ekran əsəri hesab olunmalıdır. Çünki film izləyicini həm güldürür, həm də ağladır.
La vita e bella
Baş rolda şən və xarizmatik obrazda olan Guido bir müəlliməyə aşiq olur. Guido və yaxınları zorla qatara mindirilib yəhudi düşərgəsinə aparılırlar. Guido oğlunu alman əsgərlərdən gizlədir və ona düşərgədə hər şeyin oyun olduğuna inandırır. Hadisələr bundan sonra həyəcanla cərəyan edir. Sonda film sizi boşluqda buraxa bilər…

2. “The Pianist” (“Pianoçu”)
The Pianist
IMDB balı 8.5 olan bu kino müharibə dəhşətlərini tamaşaçıya çatdıran ən yaxşı filmlərdəndir. Rejissor Roman Polanskinin “Pianoçu”su Holokostdan dözümlülük və bəxtinin gətirməsi sayəsində sağ çıxmışdır. Polşa yəhudisi və klassik musiqi ifaçısının həyatını bizə peşəkarcasına çatdırması üçün aktyor Adrien Brody “Pianist” filminə hazırlaşarkən evini və maşınını satmış, bir ay tək yaşamışdır. Aktyor bu yolla hər şeyini itirmiş insanı başa düşmək istədiyini sınamışdı. Necə deyərlər, incəsənət qurban tələb edir…

3. “Saving Private Ryan” (“Sıravi Raynın xilas edilməsi”)
Saving Private Ryan
Kapitan Con Miller və dəstəsində döyüşərək 3 qardaşı fərqli cəbhələrdə həlak olan, buna görə evə qayıtmaqda olan James Francis Ryanı tapmağa çalışarkən başlarından keçən bu hadisələr ekranlara gətirilib. Film tənqidçiləri filmin bəzi səhnələrini inanılmaz dərəcədə real hesab edir.

4. “Brave heart” – (“Cəsur ürək”)
Brave heart
Bir çoxumuzun yaddaşında qalan bu tarixi film bizi həm də heyrətləndirməyə də bilməz. Uşaqkən ailəsini itirən Vilyam Volosun arvadı da ingilislər tərəfindən öldürüldüyü zaman, onun intiqam axtarışı qısa zamanda ölkəsinin azadlığı uğrunda amansız bir döyüşə çevrilir… Öləndə belə dilində “Azadlıq!” olan bu əzəmətli baş rol ilə Mel Gibson kifayət qədər şöhrət qazanıb.

5. “The Boy in the Striped Pyjamas” (“Zolaqlı pijamalı uşaq”)
The Boy in the Striped Pyjamas
Bu, ayrı-ayrı mədəniyyətləri, həyatları, taleləri yaşayan iki alman və yəhudi oğlanın dostluğu haqqındadır. Onları daha bir şey ayırır: tikanlı məftillər…
John Boyne-un dünya səviyyəsində gözəl fikirlər alan eyni adlı romanı əsasında çəkilmiş film, tarixin ağrıyla dolu xatirəsini kiçik bir uşağın gözündən xatırladaraq, günahsız və insanlıq dəhşətini zərif bir dillə tamaşaçının ruhuna toxundurur.

6. “I Girasoli” – “Günəbaxanlar”

II Dünya Müharibəsi zamanı itkin düşmüş, lakin İtaliyadan Rusiyaya ümidsiz şəkildə ərini axtarmağa yollanmış qadının hekayəsini və müharibənin ayrı saldığı iki sevən insanın obrazını yaradan Sofia Loren və Marcello Mastroianni diqqətinizə çatdırır. Bir maraqlı fakt: 1970-ci il istehsalı olan bu film İtaliya, Fransa və SSRİ-nin birgə ərsəyə gətirdiyi ilk dramatik filmdir. İzləməyə dəyər…

7. “Battle for Sevastopol” – (“Sevastopol uğrunda savaş”)

Bu möhtəşəm filmdə müharibəni rusların gözündən ekrana gətiriblər. Döyüşlər zamanı 309 alman əsgərini öldürərək tarixin ən müvəffəqiyyətli qadın nişançısı olaraq tarixə düşmüş Lyudmila Pavlichenkonun həyatından bəhs edən film sizi uzun müddət öz təsirində saxlayacaq. Rejissor oturacağında olan Sergey Mokritskiy bu ekran işini romantik, dram və bioqrafik janrlarda ərsəyə gətirib. Bu arada filmin təqdirəlayiq soundtrackləri var.

8. “Schindler’s List” (“Şindlerin siyahısı”)
Schindler’s List
Bu filmdə faşist Almaniyasında təşəbbüskar bir alman – Oskar Şindler, hərbi üçün metal qablar istehsal edən bir fabrik qurur və bu iş üçün sərmayəni yəhudilər üzərindən təmin edir. Bir müddət keçdikdən sonra yəhudilərin gördüyü məlum təzyiqə tab gətirə bilməyən Şindler, onları qurtarmaq üçün uzun bir siyahı hazırlayır. Film kövrək notlar üzərində tamamlanır.

9. “Atonement” (“Sədəqə”)
Atonement
Filmdə zəngin ailənin içində böyümüş kasıb bir oğlanın sevdiyi qızın bacısı tərəfindən şərləndikdən sonra həyatının necə dəyişməsindən bəhs edir. II Dünya müharibəsinin ağrıdıcı nəticələri ilə birlikdə filmin sonluğu insanı dəhşətə gətirsə də, bu film də ən çox izlənilən filmlər siyahısındadır.

10. “Dolu”
Dolu filmi
Tammetrajlı bədii döyüş filminin rejissoru Elxan Cəfərovdur. Film Azərbaycanın I Qarabağ müharibəsindəki döyüş yolu və Ermənistan-Azərbaycan münaqişəsi zamanı baş vermiş gerçək hadisələrdən bəhs edir. Film Aqil Abbasın eyniadlı romanı əsasında çəkilmişdir. Filmdə Drakon, Pələng, komandir kimi real həyatdan götürülmüş obrazlar var.

11. Downfall (“Bunker” və ya “Çöküş”)
Downfall
1945-ci ildə Nazi Almaniyasının tarixi çöküşünü təsvir edən bu filmdə son günlərini yaşayan Adolf Hitlerin ətrafında baş verənlər onun gözəl katibəsinin gözündən bizə çatdırılır. İntiharlar, uşaqları ilə birgə özünü zəhərləyən ana, Fürerə sonsuz pərəstiş edən hərbiçilər və s. bütün bu obrazları izləyənlər sanki o anların ruh halını birbaşa yaşayır. Film psixoloji səhnələrlə doludur, lakin uğurlu ekran əsəri hesab olunur.


Belə… Müharibənin bitməsi və uşaqların heç vaxt atəş, bomba, raket səsi ilə oyanmaması diləyi ilə…


Müəllif: Nigar Namiq
Mənbə: kulis.az
 

0 şərh