Çarli Çaplin - səssiz kinonun dahisi

  • Kino
Kinematoqrafiyada Çaplin dövrü təxminən 50 il davam edib. Karyerasına ən aşağıdan başlayan Çarli artıq 25 yaşında dünya şöhrəti qazanıb. Onun «Qızıl titrətməsi», «Böyük şəhərin işıqları», «Yeni vaxtlar», «Böyük diktator», «Müsyö Verdu», «Rampanın işıqları», «Kral Nyu-Yorkda», «Honq-konqlu qrafinya» kimi humanist, antifaşist filmləri bütün dünyanı fəth edib. Amma o özü həqiqi məhəbbətini ancaq 54 yaşında tapıb. Buna qədər isə ara-sıra «əxlaqsız» həyat tərzində ittiham edilən Çaplin bir neçə dəfə evlənib və boşanıb. dahi yəhudi aktroyru Çarli Çaplin
Atasını və anasını tez itirən Çaplin hələ uşaq yaşlarından səhnəyə qədəm qoyub. 18 yaşı olanda isə Fred Karnonun pantomima truppasına qəbul edilib və bu truppa ilə 1913-cü ildə ilk dəfə ABŞ-a qastrola gedib.
Bir il sonra aktyor «Yaşamaq üçün qazanmaq» filmi ilə ekranda debüt edib. Amma «Balaca avara» obrazı Çaplinin onlarla qısametrajlı filmdə çəkilməsindən sonra yaranıb. Aktyor hamı tərəfindən sevilcək daimi qəhrəmanının obrazını kəşf edib: geniş şalvar, dar pencək, ayağından dəfələrlə böyük, cırıq çəkmələr, qəribə bığlar, yumru şlyapa və əl ağacı. Bu qəhrəman hər filmdə qaçır, yıxılır, döyülür, təhqir olunur, başqalarının üzünə tort çırpır və onun üzünə tort çırpırlar — amma tamaşaçı hər dəfə eyni hərəkətlərə gülür.
Çaplin 30-cu illərdə öz kinostudiyasını yaradaraq tammetrajlı filmlər çəkməyə başlayır. O, bu filmlərdə həm aktyor, həm rejissor, həm də ssenari müəllifi kimi çıxış edir. Onun aktyor və rejissor yaradıcılığının zirvəsi 1931-ci ildə çəkdiyi «Böyük şəhərin işıqları» filmi sayılır. Bu film işsiz avaranın kor gülsatan qıza məhəbbətindən danışır. Çaplin öz dövrünün qəhrəmanını yaradaraq bəyan edib ki, ziddiyyətlərdən personaj düzəltmək istəyib: «O, ziyalı manerası olan dilənçidir. Sillə alandan sonra ilk növbədə başındakı yumru şlyapasını düzəldir».
Məşhur kinoaktyor Çarli Çaplin 1977-ci il dekabrın 25-də İsveçrənin Veve şəhərindəki evində vəfat edib. 1978-ci il martın 2-də Çarlinin cəsədi qəbirdən çıxarılaraq oğurlanıb. Cinayətkarlar tabutun qaytarılması üçün pul tələb ediblər. Polislər cinayətkarları yaxalayıb və Çaplinin cəsədi həmin il mayın 17-də yenidən basdırılıb.
Çaplin 4 dəfə evlənib və onun 11 uşağı olub. Onlardan bəziləri özlərini aktyor kimi sinayıblar. Onların arasında Ceraldina Çaplin daha böyük uğur qazanıb.


Çaplin haqqında maraqlı faktlar

— Çaplin “Böyük diktator” filmində ələ saldığı Hitlerdən cəmi 4 gün böyükdür.
— Çaplinin mavi gözləri olub.
— Çaplin solaxay olub. O, hətta skripkanı da sol əli ilə ifa edib.
— Çaplinin birinci maşını “Locomobile” şirkətinin istehsal etdiyi 49 min dollar dəyərində Locomobile avtomobili olub.
— Çaplinin sevdiyi rəqs tanqo olub. “Böyük şəhərin alovları” filmində Çaplin rinqdə döyüşü tanqo ilə “birləşdirib”.
— Çaplin çəkdiyi filmlərdən 10,5 milyon dollara yaxın pul qazanıb.
— Çaplin bir dəfə gizli şəkildə onun oxşarlarının müsabiqəsində iştirak edib. Ona ancaq 2-ci yeri veriblər.
— Çaplinin filmlərinin çəkilişləri zamanı cəmi bir dəfə bədbəxt hadisə baş verib. “Sakit küçələr” filminin çəkilişi zamanı Çaplin özü zədə alıb.
— Çaplinin sevimli komediya aktyoru Benni Hill olub. Benni Hill 1991-ci ildə Çaplinin evini ziyarət edərkən, ona şousunun Çaplin tərəfindən toplanan böyük video kolleksiyası göstərilib.
— 20-ci illərdə Çaplinin personajı (“Balaca adam”) Avropada “Şarlo” adı ilə məşhur olub.

Həmçinin bax:
Çarli Çaplin-komediyanın sehrbazı

0 şərh