Рейтинг
+71.26

Kino

54 üzv, 248 topik

Günəş nə vaxt soyuq olur?

  • Kino
Ölkəmizdə müstəqil kino çəkilir. Bu, sevindiricidir. Zaman-zaman bu filmlər keyfiyyətcə də yaxşılaşır. Ən başlıcası, tamaşaçı marağına səbəb olur, baxılır, sevilir. Bu yaxınlarda həmin filmlərdən biri «YouTube» kanalında tamaşaçılara təqdim olundu. Filmin anonsu və treyleri də sosial şəbəkələrdə yayımlanmışdı. Film xeyli baxış toplayıb, ətrafında maraqlı müzakirələr gedib. Hər filmə qismət olmayan tamaşaçı sevgisini, böyük tamaşaçı auditoriyasını qazanıb az zamanda.

Davamı →

Əlixanda niyə alınmır?

  • Kino
Əlixan Rəcəbovun yeni “Faberje” qısametrajlı işi Hollivudun klassik kriminal filmlərinin sxemini və süjetini xatırladır.
Diqqətimi çəkən ilk şey Əlixan Rəcəbovun öncəki işlərindən fərqli olaraq, təsvirə nisbətən yaradıcı münasibətin göstərilməsi idi. Misalçün, operator Orxan Məmmədov ekspozisiyanı bir planla sabit, dəqiq ritmlə, rəvan işləyir. Və fasiləsiz planda bütün personajlar haqda konkret mizan və vəziyyətlərlə ilkin informasiya verilir.

Davamı →

Talibandan sonra əfqan rejissorlarının taleyi necə olacaq?

  • Kino
Əfqanıstanda son günlər baş verənlər, bir daha bizə kiçik insan olduğumuzu xatırlatdı. O mənada ki, hansısa böyük, təhlükəli geosiyasi oyunların qarşısında kiçik insanlar acizdir. Bizə ancaq hadisələri kənardan məyusluqla izləmək qalır.
Taliban Əfqanıstanın şəhər və kəndlərində öz hakimiyyətini elan edəndə, ağlıma gələn ilk şey ölkəsini sivil, demokratik görmək arzusuyla yaşayan azad düşüncəli insanların taleyi oldu. Və əlbəttə ki, sənət adamlarının da. Nuri Bilge Ceylanın prodüseri Zeynəb Atakan bir neçə gün öncə “İnstagram” səhifəsində həyəcanlı bir xəbər yaydı ki, ölkənin yeganə kinostudiyası olan “Əfqanfilm”in direktoru Səhra Kərimi dünya ictimaiyyətinə müraciət edərək yardım istəyib. O, müraciətində qeyd edib ki, Talibanın hakimiyyəti ələ keçirməsi Amerika dövləti ilə razılaşmasının nəticəsidir. Artıq talibançılar ölkənin tanınmış komediya aktyorlarından birini qətlə yetirib… Və Əfqanıstan yenidən qaranlığa gömülür.

Davamı →

İşçisinin arvadı ilə eşq yaşayan İngilis pasiyenti - 9 Oskarlı film haqqında bilmədiklərimiz...

  • Kino
Romanın süjeti: İkinci Dünya müharibəsinin bitməsinə az qalır. İtaliya ərazisində yerləşən, bombardman nəticəsində bir hissəsi dağılmış San-Cirolamo monastırında bədəni, üzü-gözü yanmış xəstə yatır. Ona Kanada ordusunda xidmət edən tibb bacısı Hana qulluq edir. Yaddaşını itirən, adı, soyadı bilinmədiyindən «ingilis pasiyenti» adlandırılan kişiyə məxsus olan tək əşya Herodotun «Tarix» kitabıdır. Kitabın arasında onun qeydləri, bir neçə foto və məktublar var. Hana xəstəyə kitabı oxuduqca o, qırıq-qırıq keçmişini, kimliyini xatırlamağa başlayır. Bununla belə, yenə adını yadına sala bilmir. Bəzən o, doğrudan da ingilis olduğuna inanır. Çünki aksenti ingiliscəyə uyğun gəldiyindən onun ingilis olduğunu güman edirlər. Əslində isə o, macar qrafı, səhra üzrə tədqiqatçı, Britaniya kartoqraf qrupunun üzvlərindən biri Laslo Almaşidir.

Davamı →

Bənzərsiz səs - sənətinin Məcnunu Həsən Əbluc

  • Kino
Tanrı ona elə bir böyük məharət, gözəl bir səs bəxş etmişdi ki, bu təkrarolunmaz səs və deyim tərzi, yalnız və yalnız ona məxsus idi. Həsən Əbluc gözəl, ecazkar, cəlbedici, inandırıcı səsi ilə qəlbi sözə bağlı olanların sevimlisinə çevrilmişdi.
Həsən Əbluc üslubu daim öz kamilliyi, ustalığı, qeyri-adi səslənişi ilə ürəklərə qəribə bir rahatlıq gətirirdi. Ona görə ki, onun səsləndirdiyi istər poeziya, istərsə də nəsr nümunələrini başqaları nədənsə dinləyicinin daxilinə, varlığına o cür hakim edə bilmirdi. Bu ləngərli, tutarlı, sanballı üslub Həsən Əblucu zaman baxımından çoxlarından fərqləndirirdi. Sağlığında da, ölümündən sonra da...

Davamı →

On əmr

  • Kino
Dünya kinosunda səmavi kitabların motivləri əsasında bir çox ekran əsəri yaradılmışdır. Onlardan biri «Tövrat» motivləri əsasında çəkilmiş «On əmr» filmidir. Musaya verilən on ilahi əmr kinonun diqqətində olmuşdur. Hələ kinonun yeni yarandığı dövrdə — 1909-cu ildə İngiltərə rejissoru Ceyms Stüard Blakton «Musanın həyatı» filmini çəkmişdir. Rejissor Sesil de Levisin 1956-cı ildə ekranlaşdırdığı «On əmr» filmi Musa peyğəmbərin həyatına həsr olunmuşdur. Filmin müəllifi bundan öncə bu mövzunu səssiz kino dövründə 1923-cü ildə ekranlaşdırmışdır.

Davamı →

O, olmasın, bu olsun filmindən 10 maraqlı fakt

  • Kino
1. Film Azərbaycanın ilk rəngli bədii filmidir.
2. Yengə rolunu oynayan aktrisa Münəvvər Kələntərlinin qapının dəliyindən içəri baxarkən Sərvərin çıxması ilə yıxıldığı səhnədə aktrisanın kiçik barmağı sınmışdı. Buna baxmayaraq, M. Kələntərli çəkilişi saxlamamış, roluna professional şəkildə davam etmişdi. Çəkiliş qrupu isə aktrisanın barmağının sınmasından həmin günün çəkilişləri bitəndən sonra xəbərdar olmuşdu.

Davamı →

Ölüm fətvası verilən yazıçının romanı necə ekranlaşdı?

  • Kino
Salman Rüşdinin «Gecəyarı uşaqları» romanı əsasında çəkilən eyniadlı filmi təqdim edirik.
Süjet: Əsərin qəhrəmanı Səlim Hindistanın müstəqillik günü 1947-ci il avqustun 15-də doğulan onlarca uşaqdan biridir. Əhvalat da onun dilindən danışılır. Onun babası, müsəlman həkim Əziz müalicə etdiyi mülkədarın qızıyla evlənir. Amma arvadının kompleksləri və mühafizəkarlığından dolayı onunla dil tapa bilmir. Bununla belə, cütlüyün beş uşağı doğulur: iki oğlan və üç qız.

Davamı →

Qısqanc oğullar - Filmdən həyata

  • Kino
Uşaqlıq çağlarında oğullar analarını bütün kişilərə qısqanırlar. Həmçinin öz doğma atalarına. Zamanla, böyüdükcə atalarını qəbul edirlər, ananı bölüşürlər. Ancaq bütün başqa kişilər təhlükəli düşmən kimi qalır onlar üçün.
Balaca oğlu olan qadın tanışlarım tez-tez belə söhbətlər edirlər: «Qısa ətək geyinmişdim, oğlum dedi ki, dəyiş». Yaxud «yaxam açılmışdı, oğlum əl atıb bağladı». «Mağazada kassada məni kənara itələyib, özü qabağa durdu» və s. Həm də bu sözləri gülə-gülə, fərəhlə deyirlər. Ancaq bu cür qısqanc oğulların hər birinin içində balaca bir Hamlet gizlənir, bilmirlər.

Davamı →

Ssenarinin strukturu

  • Kino
Bu nə üçün vacibdir? Onu necə yazmaq olar? Müəllif tərəfindən danışılan hekayələr bəzən olduqca maraqlı olur. Lakin onun gözəl bir ssenari olması üçün süjetin strukturunu düz­gün qurmaq lazımdır. Ssenarinin quruluşunu Corc Koqanın fikri ilə söyləmək yerinə dü­şərdi: “Birinci aktda sizin qəhrəman ağaca dırmaşır”. Təbii ki, burda söh­bət əsas qəhrəmandan gedir. “Ağac” isə dramatik vəziyyəti təmsil edir. “İkinci aktda ona daşlar atın.” Daşların atılması dedikdə o, baş qəh­rəmanın problemlərinin gücləndirməsini nəzərdə tutur. “Üçüncü aktda ona ağacdan düşməyə imkan verin.” Burada isə o baş qəh­rə­ma­nın problemlərini həll etməyi nəzərdə tutur. Bəziləri üçün bu, çox primitiv səslənir. Bu sxemə Şekspirin faciə­si­ni uyğunlaşdırmağa cəhd edin. Yəqin, düşünərsiniz ki, bu ancaq gül­lə və bombalarla zəngin olan məşhur trillerlərə aiddir, amma elə deyil, bu, həqiqi incəsənət əsərlərinin hamısına aiddir. Yəni bütün sse­na­ri­lərə aiddir. İstər dramatik, istər faciə, istərsə də komik janr. Hər bir­inin öz yanaşma üsulunu nəzərə alsaq, bu sxemi istənilən əsərə uyğun­laşdıra bilərik. Sxem eyni qalır, ideya və məzmunda dəyişik­lik­lər olur.

Davamı →