Рейтинг
+71.26

Kino

52 üzv, 183 topik

Yorulmuş atları güllələyirlər

  • Kino
ABŞ Böyük depressiya dövründədir. Hər yerdə aclıq və yoxsulluq hökm sürür. İnsanlar pul qazanmaq və bir parça çörək üçün hər şeyi etməyə hazırdır. O cümlədən, günlərlə davam edən rəqs marafonunda iştirak etmək və marafonun sonunda veriləcək 1500 dollar mükafatı almaq üçün ölkənin müxtəlif yerlərindən gəlmiş cütlüklər arasında ölüm-dirim mübarizəsi gedir.

Kaliforniya sahillərində təşkil edilən marafonun qalibi isə yalnız bir cütlük ola bilər. Bütün ümidlər təsadüfən yarışmada tanış olan və birlikdə iştiraka məcbur edilən Robertlə Qloriyayadır. Robertin uşaqlıq xatirələrinə həkk olunmuş babasının yorulmuş atı güllələməsi səhnəsi isə filmin sonunda onun özünün Qloriyanı güllələməsi epizodu ilə üst-üstə düşür. Söhbət 1969-cu ildə çəkilmiş “Yorulmuş atları güllələyirlər” filmindən gedir…
Davamı →

Pakistan kinosu haqda düşüncələr

  • Kino
Tarixin müəyyən dönəmində Hindistan kinosunun vahid ailəsinə daxil olan Pakistan kinosu Hindistan dini mənsubiyyətinə görə ikiyə bölünəndən sonra öz adını İslamla şərəfləndirib Pakistan İslam Respublikasının kinosuna çevrildi. Beləliklə, Bollivud kino sənayesindən ayrılıb, Lahorda özünün Lollivud kino sənayesini yaradan Pakistan ötən əsrin 60-cı illərinin sonunda ekranlara “Sayxa” filmiylə təşrif buyuranda sadə statistik tamaşaçı Pakistan-Hindistan münasibətlərindən xəbərsizdi.

Belə ki, o dövr ekranlarda heyranlıqla tamaşa etdiyimiz hind filmləri kimi, mentalitetimizə uyğun abır-həyasıyla seçilən “Sayxa” elə hind filmi kimi də yaddaşlarımızda qaldı. Əgər bu gün internetə girib “Sayxa” haqda məlumat almaq istəsəniz, yenə də çaşıb qalacaqsınız. Çünki bəzi yerlərdə o hind, bəzilərində isə Pakistan filmi kimi təqdim olunur. Ancaq, bununla belə, Pakistan kino tarixinin elə bir dövrü olub ki, Pakistan kinosunun Hindistan, hind kinosunun isə Pakistanın kino ekranlarına çıxarılmasına qadağalar qoyulub. Yəni ölkələri arasında gedən müharibələrin ağrı-acısını kino sənətkarları da çəkməli olublar. 70-ci illərdə hind kinosu onun pakistanlı pərəstişkarlarına pirat yoluyla çatırdı.
Davamı →

10 ən yaxşı sovet filmi

  • Kino
Sovet hakimiyyəti dövründə Rusiyanın nəhəng kino sənayesinə milyonlarla dollar investisiya yatırılmışdı.
Bu gün həmin filmləri xüsusilə köhnə nəsil təkcə sevgiylə xatırlamır, həm də filmlərdə rol alan aktyorları əsrin ən yaxşı sənətkarları kimi qiymətləndirir. Bu filmlərdəki bir çox uğurlu və hazırcavab deyimlər müasir rus dilinə inteqrasiya edib. Oxucularımıza sovet mədəniyyəti və irsini təşkil edən ən yaxşı 10 filmi təqdim edirik.
Davamı →

Uşaqlar üçün çəkilən, böyüklərin sevimli animasiyası - Up

  • Kino
“Yuxarı” (“UP”) animasiya filmi təkcə uşaqların deyil, böyüklərin də həvəslə və maraqla izləyə biləcəyi ekran əsəridir. “Pixar Animation Studios”un çəkdiyi sayca 10-cu tammetrajlı 96 dəqiqəlik filmdə 78 yaşlı Karl Fredriksenin çoxdan arzuladığı macəra axtarışına çıxmasından, bunun üçün ideyalar sərhədini aşan “uçan ev” hazırlamasından və Cənubi Amerikada Cənnət şəlalələrinə yol almasından bəhs edir.

175 milyon dollarlıq büdcəsi olan filmin rejissoru Pit Dokter hətta zarafatla izləyicilərə “Xahiş edirəm, animasiyaya baxdıqdan sonra heç kəs belə bir ev hazırlamaq fikrinə düşməsin” deyib…
Davamı →

Jan Renonun həyat qaydaları

  • Kino
Jan RenoQulağıma ən çox xoş gələn sözlər “Buyurun stola” kəlməsidir, – əndəluslu özünü xoşbəxt hiss edəndə, onun gözləri yaşla dolur, nə etmək olar, Əndəlus qəlbi belədir.

Gənclikdə mən Parisdə «Piqmalion» adlı musiqi mağazasının rok-musiqi bölməsində vallar satırdım. Bir dəfə mən və dostlarımdan biri Cimmi Hendriksin (Jimi Hendrix) Band of Gypsys sədaları altında dəli kimi rəqs edirdik. Bizə klassik musiqi şöbəsinin xanım rəisi – uşağından ayrı düşmüş ana yaxınlaşıb və mənim sevincdən necə şölə saçdığımı görüb, olduqca təəccüblü bir şey dedi, bu sözlər heç zaman yaddaşımdan silinməyəcək: «Çox güman ki, sizin uşaqlığınız çox xoşbəxt keçib».

Bütün insanlar istəyirlər ki, onları sevən olsun. Şükür Allaha ki, məni sevənlər var.
Davamı →

Məşhur filmlər haqqında 12 fakt

  • Kino
1. ”Yağış adam”ı filmində rol alan aktyor Dastin Hofman filmdə kazino səhnələrində olan fasilələr zamanı qumar oyunlarına qoşulurmuş. Buna görə də filmin prodüseri ona nəzarət etməsi üçün xüsusi adam təyin etmişdi.

2. “Gözəlçə” filmində aktyor Riçard Gir pianoda ifa etdiyi musiqini özü bəstələyib.

3. Yaratdığı obrazı daha da canlı etmək üçün aktyor Arnold Şvartsneqqer “Terminator” filmi müddətində gözünü qırpmayıb. O, filmdə robort obrazını canlandırıb.

4. Aktyor Cim Kerri “Karib dənizinin quldurları” filmində ona təklif olunan Cek Sərçə obrazından imtina edib. Film hələ də rekordlar qırmaqda davam edir.

5. “Ferris Büller tətil götürür” filmində rol alan Çarli Şin narkoman obrazını canlandırmaq üçün iki gecə yatmayıb.
Davamı →

Lui de Funes: sədaqətli, qısqanc...

  • Kino
Lui de FinesMəşhur, çox sevilən fransız komiki Lui de Funes Fransada Sena çayının yuxarı ətrafındakı bir əyalətdə dünyaya gəlib, 1914-cü ildə. O əyalətlərdə həmin illərdəki bütün uşaqlar kimi onun da uşaqlığı ağacdan asılmış yelləncəklərdə keçib.

Fransız komediyasının gələcək metrinin məktəb illəri çox sönük keçib. Dəqiq elmlər ümumiyyətlə Luiyə görə deyildi. Həmin dərslərdə tam fəaliyyətsiz olurdu demək də düzgün olmazdı, çünki müəlliminin arxasınca mimikalarla nə hoqqa desən çıxardırdı. Bir dəfə sinifdə Zorronu yamsılayarkən zəif qız sinif yoldaşının üstünə necə yıxılıbsa, yazıq qız ciddi zədə alıb. Bu hadisədən sonra anası Luini məktəbdən çıxardıb pul qazanmaq üçün işləməyə göndərib. Yeniyetməliyindən oğlanın görmədiyi iş qalmayıb –satıcı, mühasib, yükdaşıyan.
Davamı →

Andrey Tarkovskinin qadınları

  • Kino
Sarışın İrme Rauş
Dünya kinosunun nəhəng simalarından biri Andrey Tarkovski iki dəfə ailə həyatı qurub. Hər evlilikdən bir oğlu doğulub. İlk evləndiyi qadınla 1957-ci ildə tanış olub. İrme Rauş adlı bu qadın Tarkovskinin Kinomatoqrafiya Universitetində tələbə yoldaşı olub. 1957-ci ildə evlənirlər. Elə həmin il oğlan övladları dünyaya gəlir. Tarkovski oğlunun adını atasının şərəfinə Arsen qoyur. Uşaqdan sonra ailədə problem yaranır. 60-cı illərin əvvəlində onlar boşanırlar. İrma Rauş “İvanın uşaqlığı” filmində İvanın anası rolunu ifa edib.

Valentina Malyavina
Lakin bir müddət sonra o, “İvanın uşaqlığı” filmində baş rolu ifa edən aktrisa Valentina Malyavinaya aşiq olur. Aktrisa həmin günləri belə xatırlayır: “Onunla birlikdə olmaq çox çətin idi. O, hər zaman məni özününküləşdirmək istəyirdi. Heç vaxt məndən ayrılmaq istəmirdi. O, çox dahi və istedadlı insan idi. Sonra mən operator Pavel Arsenova ərə getdim. O, isə evləndi. Lakin, münasibətimiz davam edirdi. Çox yaxın dostlarımız bizim sevgimizdən xəbərdar idilər. Və onlar bizim münasibətimizə çox diqqətlə yanaşırdılar.
Davamı →

Kim Ki Duk: “Hətta qəddarlıqda da gözəllik tapmaq olar”

  • Kino
Kim Ki Duk2018-ci ilin 16 sentyabrında Almatı Film Festivalı çərçivəsində məşhur Koreya rejissoru Kim Ki Dukun master klassı təşkil edildi.

“Kino…öyrənilə bilməz. Bu, həyatı yaşamaq kimidir. Filmlərimin materialı həmişə mənim öz şəxsi təcrübələrim oldu – deyə Kim Ki Duk vurğuladı”. Rejissor şəxsi təcrübələrini tamaşaçılarla bölüşərkən belə söylədi…

Kino barədə
Ən məşhur filmim – “Yaz, Yay, Payız, Qış və yenə Yaz”- hansısa xalqdan, dövlətdən, müharibədən bəhs etmir. O, təbiətin qanunlarından bəhs edir. Onu çox insan izləyib, ancaq mənim digər filmlərimə də tamaşa edən insanlar, onlara xas olan müəyyən qanunauyğunluğa yəqin diqqət ediblər: filmlərimdə həmişə yaşam dövriyyəsini göstərməyə cəhd etmişəm – biz haradan başlayırıqsa, oraya da qayıdırıq. Buna görə də filmlərimin finalında yaxşı və pis adamlar yoxdur. Və bəlkə bu səbəbdən mən hələ də kinonun nə olduğunu bilmirəm.
Davamı →

Orson Uells

  • Kino
Mənim ilk müəllimim anam olub. Anam çox nadir gözəlliyə malik qadın idi. O, siyasətlə maraqlanırdı. Həmçinin, tüfəngatma üzrə bir neçə dəfə çempion olmuşdu. Musiqi sahəsində isə istedadlı pianoçu idi. Uşaq vaxtı mən evimizə gələn musiqiçi qonaqlar üçün pianinoda musiqilər çalardım. İfa etdiyim musiqilər onların xoşlarına gəlirdisə, mən daha coşqunluqla mahnılar ifa edb, musiqi alətlərini parçalayırdım.

Anam rəhmətə gedəndə səkkiz yaşım vardı. Və onun ölümündən sonra mən hər ehtimala qarşı musiqi alətlərinə toxunmadım...

Atam incə və həssas qəlbə malik insan idi. Onun bütün dostları atamı ürəyiaçıqlığına, xeyirxahlığına və dözümlülüyünə görə çox sevirdilər. O, səyahət etməyi sevərdi. Mənim səyahət etməyə olan sevgimi də uşaqlıqdan atam formalaşdırmışdı.
Davamı →