Рейтинг
+71.26

Kino

49 üzv, 152 topik

Yarımçıq kino - Abbas Kiarostami

  • Kino
Abbas Kiarostaminin 1995-ci ildə Kinonun Yüz İllik Yubileyi münasibəti ilə Parisdəki çıxışı

Əvvəllər kino zallarında işığın monitorun daha yaxşı görünməsi üçün söndürüldüyünü düşünürdüm. Sonra tamaşaçılara diqqətlə baxanda çox vacib bir nüansı anladım: qaranlıq izləyicinin özünü digərlərindən ayırmasını və tək qalmasını təmin edirdi. Tamaşaçı həm başqalarıyla bərabər, həm də onlardan ayrı idi.

Tamaşaçıya sinematoqrafik bir dünya göstərəndə hər kəs şəxsi təcrübələrinə söykənərək özlərinə xas bir dünya yaratmağı öyrənir. Rejissor olaraq bu yaradıcı alış-verişə inanıram, belə olmasaydı tamaşaçı da, kino da çoxdan ölərdi. Bir çox mətnlərin başlıca problemi oxucunun hekayəyə daxil olmasına imkan verməməsidir.

Hekayəsi olmayan filmlərin tamaşaçı tərəfindən o qədər də qəbul olunmadığı ilə razıyam, ancaq hekayələrin də yazılmayan cümlələrə, tapmacalardakı kimi düşündürməyə, izləyicinin doldurması üçün buraxılan boşluqlara ehtiyacı var. Ya da ki, tamaşaçıların dedektivlər kimi kəşf edə biləcəkləri ipucları olmalıdır.
Davamı →
 

Məşhur rəssamlar haqqında ən yaxşı filmlər

  • Kino
Frida/Frida
Parlaq, onun üsyankar təbiəti, enerjisi barədə gözəl film. Frida Meksikanın o zaman ən məşhur rəssamı Dieqo Rivyeraya ərə gedəndə 20 yaşı var idi. Film Fridanı təkcə dahi rəssam kimi yox, həm də hər şeydən öncə sevgi və ailənin dəyər verən qadın kimi təqdim edir. Filmin musiqisi isə ayrıca diqqətə layiqdir, film "Ən orijinal soundtrek" nominasiyasında «Oskar» mükafatına layiq görülüb.

Davamı →
 

Kino estetikasını dəyişdirən rejissor - Krzysztof Kieslowski

  • Kino
Filmlər heç bir şeyi dəyişdirə bilməz, amma insanların bir çox şeyi başa düşməsinə kömək edə bilər, dünyanı dəyişdirəcək olan şey filmlər deyil, o fimləri izləyən insanlardır.
Krzysztof Kieslowski
Bir çıxışında Kieslowski’dən ən sevdiyi rejissorun kim olduğu barəsində sual soruşurlar. O da cavab olaraq Dostoyevski, Kafka, Şekspir deyə cavab verir. Jurnalistlər təəccüblənir və ondan bu saydıqlarının rejissor olub-olmadığını soruşurlar. Kieslowski “Xeyr, onlar yazıçıdırlar və bu da mənim üçün bir filmdən daha üstündür” cavabını verir. Mənə də ən sevdiyim şair kimdir deyə sual versələr, Kieslowski deyə cavab verərəm. Çünki onun sənəti mənim üçün kitabdan daha üstündür. Kieslowski kinonun şairidir. Gəlin kinonun şairi olan bu insanı bir az yaxından tanıyaq...

27 iyun 1941-ci ildə Varşavada dünyaya gələn Kieslowski atasının vərəmdən əziyyət çəkməsi səbəbilə Polşada bir çox şəhəri gəzmək məcburiyyətində qalmışdı. Atası bir sanatoriyadan digərinə göndərilərkən, Kieslowski demək olar ki, bir mühacir həyatı yaşamışdı. Buna görə də bu böyük rejissor Polşada yaşadığı qədər, Polşanı da yaşamışdır deyə bilərik.
Davamı →
 

Jan Qaben

  • Kino
Jan QabenKolleqaları onun ölümünü uşaqlıqda hamıya özünəəminlik hissi bəxş etmiş və dünyanın əbədi olacağına inandırmış gözlənilməz ildırımdan xəsarət alan yaşlı, ancaq möhkəm ağacla müqayisə edirdilər...

“Mənim qadınım”, “mənim qürurum”, “mənim dünyam” 

Renuarın yaratdığı obraz Qabeni milyonların sevdiyi Qabenə çevirdi: güclü, səbrli, tənha qəhrəman obrazı...

Onların sevgisi müharibə və ayrılığa dözmədi... 
Jan Qaben (Əsl adı Jan-Aleksis Monkorje) 1904-cü ilin 17 may tarixində Parisdə anadan olub. Janın anası müğənni, atası ikincidərəcəli rollar oynayan teatr aktyoru olub. Qabenin uşaqlığı əmisinin yanında keçib. Atası oğlunun da aktyor olmasını arzulayırdı. Ancaq Jan atasının yolu ilə getməyi arzulamırdı...

Balaca Jan müəllimlərinin və atasının yanında özünü gücsüz hiss edirdi. Atası onunla ümumi dil tapmağa çalışır, onunla gəzintilərə çıxırdı. Ancaq bütün bu cəhdlər uğursuz nəticələnirdi. Jan əvvəlki kimi qapalı və kobud idi. Aktyor həyatı ona gülməli gəlirdi. O, atasının tamaşaçıların alqışlarına görə dəridən-qabıqdan çıxdığını xatırlayırdı. 
Davamı →
 

Riçard Girlə müsahibə

  • Kino
Daha dərinə, qaranlıq məkanlara, soyuq suya baş vurmalısınız. Məhz bu zaman məhəbbət yaşayacaq...

– Riçard, siz bir neçə nəsil üçün seks-simvol olmusunuz, bunu dərk edirsiniz?
– İcazə verin, sizə bir şey danışım. Bir neçə il bundan qabaq “Hantın ovu” filmini çəkirdik. Çəkiliş qrupunu təqdim etmək üçün kiçik mətbuat konfransı təşkil etdik. Arxa oturacaqlarda çox cavan və utancaq qız əyləşmişdi. O, əlini qaldırıb dedi: “Ailəmizin üç nəsli adından sizə təşəkkür edirəm. Sağ olun ki, kinoda işləməyə davam edirsiniz. Biz sizi sevirik. Bunu öz adımdan, anamın və nənəmin adından söyləyirəm”. Öz –özümə düşündüm, necə də xoşdur, ancaq eyni zamanda, tanrım, mən necə də qocayam! Doğrudan da, bu işlə nə vaxtdır ki, məşğulam…

– Bu gün həyatınıza və karyeranıza nəzər saldıqda özünüzün ən böyük nailiyyəti nəyi hesab edirsiniz?
Davamı →
 

Tarkovskinin aynası

  • Kino
ЗеркалоTarkovskinin rejissor kimi üzərində işlədiyi sayca yeddinci filmi “Ayna” haqqında yazmağın böyük məsuliyyət tələb etdiyinin fərqində olsam da, bu ehtiyacımı ödəməkdən boyun qaçırmaq mənə olduqca ağırdır. Rejissorun təbirincə desək, haqqında bir nəfərin belə məqalə yazmadığı bir film barədə məni yazmağa vadar edən səbəblər müxtəlifdir. Bunlardan bəzilərini – müharibənin təhtəlşüurda və maddi aləmdəki ağır nəticələri, müharibədə insan, siyasi strukturun yaratdığı məhdudiyyətlər – bəri başdan deməyə bilmərəm.
 
Heç bir Tarkovski filmi bir rəng deyil. Bəlkə də, ümumiyyətlə, sənət və sənət filmlərinin ən mühüm xüsusiyyətlərindən biri onun hər bir insana müxtəlif formada təsir bağışlamasıdır. Ancaq bu sənətin aristokratlığını azaltmır. Əksinə, onu duymaq üçün tamaşaçı mütləq əvvəlcədən müəyyən hazırlıq keçməlidir.
 
Buna baxmayaraq, “Ayna” filminin bənzər təsirini bu və ya digər formada hər kəs öz üzərində hiss edə bilər. Bu mənada “Ayna” hardasa bir rəng və olduqca özünəməxsus filmdir.
Davamı →
 

Alexandro Qonzales İnarritu

  • Kino
Üç müxtəlif insan həyatı hekayəsindən bəhs edən “İt sevgisi” (“Amores perros”) filmi ilə Alexandro Qonzales nəinki Meksika kinosunda, ümumiyyətlə, dünya kino aləmində dönüş etdi. Ağır həyat hekayəsi olan insanlardan bəhs edən ekran əsərində güclü dramatizmə malik səhnələr qurmaqla o, dünya kinosuna böyük vədlər verdi.
Alexandro Qonzales 1963-cü ildə Meksikada doğulub. 16 yaşında yerli rok radiostansiyasında əvvəlcə DJ, sonra musiqi üzrə prodüser işləyir. Bu sahədə populyarlıq qazanandan sonra kinoya marağı yaranır. 1991-ci ildə “Zeta Films” şəxsi kino şirkətini qurur və sərbəst filmlər çəkməyə başlayır.
Davamı →
 

IMDb top 250`də ən çox filmi olan rejissorlar

  • Kino
Başlanğıc qeydi: Filmlərin adını tərcümə edib o möhtəşəm adları öz əllərimlə pozmaq istəmədim.

Siyahıya çəkdiyi 70 filmdən 8`ini ilk 250 film sırasına qatmağı bacaran Alfred Hitchcock başçılıq edir. Təsadüfi deyil ki, onun siması fəaliyyəti dövründə bir çox aktyor və aktrisadan daha çox tanınırdı. Eyni zamanda «Alfred Hitchcock Presents» və «The Alfred Hitcock Hour» televiziya seriallarının da müəllifi olması onun daha da tanınmasına səbəb oldu. «Rebecca» filminə görə Oscar almış bu rejissor daha çox cinayət, sirr, psixolojik triller janrında və yaddaşlara dərin iz buraxan filmlərə imza atmışdır. Köhnə filmlərin sıxıcı olduğunu düşünənlər Hitchcock vasitəsilə bu fikirlərini darmadağın edə bilərlər.
Davamı →
 

Məşhur filmlərdən seçilmiş sitatlar

  • Kino

Bəzən əlvida deməyin vaxtı gəlib çatır. Əzab verməyinə baxmayaraq, bunu sınamağı öyrənməlisən.  “P.S. I Love You”

— Kimi seçirəmsə seçim, biri yenə xoşbəxt olmayacaq...
— Başqalarının nə istədiyini boş ver. Sən nə istəyirsən?  “The Notebook”


Ümidini tamamilə itirmək azadlıqdır. “Fight Club”


Ardı →
 

Pyotr Velyaminov

  • Kino

62 yaşında əsl məhəbbətini tapan aktyor günahsız yerə doqquz il həbsdə yatıb, şəxsi həyatında uzun müddət arzuladığı xoşbəxt, sakit həyata qovuşa bilməyib. 62 yaşında bu arzusuna çatan aktyorun yaradıcılığında da bahar bir filmlə — “Kölgələr günorta yox olur”la başlayıb. Söhbət Rusiyanın Xalq artisti Pyotr Velyaminovdan gedir. 

Pyotr Velyaminov 1926-cı il dekabrın 7-də Moskvada anadan olub. Anası Tatyana Divnova çox səbirli ev xanımı idi, çalışırdı ki, evdə həmişə hüzur, sakitlik olsun. Sonralar uşaqlığını yada salan aktyor deyərmiş ki, o da ailəsində həmişə sakitlik, rahatlıq olmasına çalışacaq.
Atası Sergey Velyaminov isə XIX əsrin məşhur generalları İvan və Aleksey Velyaminovların nəslindən olub. Anasından fərqli olaraq, atası çox səbirsiz insan olub və bunun da ağrı-acısını yaşayıb. 1930-cu ildə onu antisovet təşkilatına qoşulmaq ittihamı ilə həbs ediblər. 1936-cı ildə həbsdən azad edilən Sergey Velyaminov 1941-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Ancaq bu dəfə də onu tutub sürgün ediblər. Hətta Pyotru da 1943-cü ildə, 17 yaşında ikən, guya o da atası kimi antisovet təşkilatına qoşulduğuna görə, həbs ediblər. Sonralar bu haqda danışan Pyotr özü isə bildirib ki, qonşuluqda yaşayan, bir məktəbdə oxuduqları qızla dostluq edib, tez-tez onlara qonaq gedib. Qızın Moskva Mühəndisləri İnstitutunun dosenti olan atası bilinməyən səbəblərə görə həbs ediləndən sonra onu da günahı olmadan tutublar. Pyotr Velyaminov 1952-ci ildə həbsxanadan buraxılsa da, onu Moskvada yaşamağa qoymurlar. Ailəliklə Sibirin Abakan şəhərinə köçürlər. 


Ardı →