Üz quruluşunuza ən uyğun saqqal

Geyimləri bədən quruluşuna görə seçdiyimiz kimi saqqal da hər kişiyə yaraşmır, hər üz tipinə uyğun gələn saqqal modeli var.

Saqqalı dəyişdirərək üzünüzün xarizmatik tərəflərini ortaya çıxara, bəyənmədiyiniz cizgilərini isə örtə bilərsiniz. Tanınmış insanlar stilistlərlə daha çox ünsiyyətdə olduğu üçün onlara nəyin yaraşdığını daha yaxşı bilirlər.

Biz bu gün kişilərin üz quruluşuna hansı saqqalın yaraşdığını deyəcəyik.
5 fərqli üz quruluşu və onlara ən uyğun saqqal stillərini göstərəcəyik. İlk olaraq hansı üz quruluşuna sahib olduğunuzu nəzərdən keçirək. Sonra isə təraş bıçağını əlinizə alıb stilinizi dəyişin.

Ən yaxşı cəhətlərinizi üzə çıxarın
Saqqal çox tez uzanır, buna görə də onlarla oynamaqdan qorxmayın. Nəticə etibarı ilə saqqalı bəyənməsəniz, kəsdirə bilərsiniz. Saqqal stilini dəyişdirmək görkəminizi dəyişdirmək üçün ən asan və ən fantastik şeydir. Lakin dəyişməzdən əvvəl saqqal uzunluğuna, üz quruluşuna fikir verin. Saqqal uzandıqca formasının itməməyi üçün qayçı ilə vaxtlı-vaxtında kəsin.

Üz quruluşu: Kvadrat – David Bekham
 

Saqqal stili: Üzü kvadrat formalı olan kişilər üzlərini qutu kimi göstərən modellərdən uzaq durmalı, daha incə saqqal stillərinə müraciət etməlidir. Mükəmməl saç stili ilə az, amma bütün üzü örtən saqqal uğurlu seçimdir. 

Kvadrat üz quruluşu olan kişilər David Bekham kimi bütün üzü örtən lakin çox az saqqal stilinə müraciət etməlidir. Bu saqqal stlini düzəltmək çox asandır. Bir neçə həftə saqqal buraxın, sonra isə ülgəci əlinizə alıb işə keçin. Qüsursuz saqqal əldə etmək istəyirsinizsə, bərbərə gedin. Bərbər işini bitirən kimi saqqalın sizə çox yaraşdığını, onu qorumaq üçün çox az zəhmət tələb etdiyini görəcəksiniz. 

Üz quruluşu: Uzunsov kvadrat – Tom Ford
 

Saqqal stili: Uzunsov üzlər daha bucaqlı olurlar. Əgər bu cür üzünüz varsa, daha oval və boynu qısa göstərən bığla üz formasının qüsurlarını örtə və balanslaşdıra bilərsiniz. Modanın ən öndə gedən kişilərinin stillərindən nümunə götürün. Üzünüzün bəyənmədiyiniz tərəflərini saqqalla gizlədə bilərsiniz. Tom Fordun saçı seyrəkdir, saqqalı isə uzun üzünü örtür. Bəlli miqdarda saqqal saxladığı üçün seyrək saçı daha az bilinir. Onun tərzini təkrarlamaq çətin olmayacaq.

Üz quruluşu: Yumru Kanye Vest
 

Saqqal stili: Yumru üz quruluşuna sahib olan kişilər üzlərinə ciddi görkəm verən saqqal saxlamalıdır. Lakin üz quruluşu tamamilə itməməlidir. Xüsusən də yumru üzünüz və kiçik xətləriniz varsa, qalın saqqallardan uzaq durun. 

Kanye Vest yumru üzü və nazik üz xətləri olan məşhurlar arasında yaxşı nümunədir. Kanye saçlarını qısa kəsdirir, ağzının yanlarında və çənəsində saqqal saxlayır. Bir neçə həftə saqqal saxlayın, istədiyiniz uzunluğa çatanda isə ülgücü alıb sizə yaraşan saqqal stilinizi düzəldin. Üzünüzün digər hissələri isə pürüsüz və təmiz olmalıdır. Təraşdan sonra krem çəkin.

Üz quruluşu: Üçbucaq – Ryan Gosling
 

Saqqal stili – Üçbucaq üzləri olan kişilərin çənələri bir az uzun olur. Dolğun saqqal, çənə və ağız qismini qalın göstərir. Daha dağınıq saç forması daha xoş görünür. Üçbucaq üz quruluşu olan kişilərə Ryan Goslingdən daha yaxşı nümunə ola bilməz. Üzünüz onun kimidirsə, onun saqqal stilini təkrarlayın, bir az qalın bığ saxlayın.

Üz quruluşu Armudvari – Dane Cook
 

Saqqal stili: Çənəsi uzun olan və armudvari üz quruluşu olan kişilər üz ifadəsini yumşaltmaq üçün qalın saqqal saxlasa, yaxşı olar. Qalın saqqal çənəni gizlədir, həm də balaca göstərir. Dane Cook çənəsi hədsiz uzun məşhurlardandır. Bütün üzü örtən saqqalı ilə bunu gizlətməyi çox yaxşı bacarır. Saqqal bütün üzünüzü örtəndən sonra qayçı kənarlarını düzəldə bilərsiniz.

 

0 şərh