Qadın ruhundan anlayan kişilər


Qadının ruhundan anlayan, qadını xoşbəxt etməyi bacaran kişiylə birlikdə olmağın müsbət tərəflərini qadınlar çox yaxşı bilir. Amma çox təəssüf ki, belə şansa çox az qadın sahib olur. Qadını başa düşən kişiylə birlikdə olmağın 10 üstünlüyü:

1. Qadın olmağın ləzzətini sonuna qədər yaşayırsınız.

2. Heç bir xüsusi gün yaddan çıxmır, balaca sürprizlərlə ağlınızı başınızdan alıb sizə yaşam enerjisi verir.

3. “Yaxşı sən haqlısan”, “amma axşama futbol var”, “getməyə məcburuq?” kimi cümlələri heç vaxt eşitmirsiniz.

4. Sizi tamamlayan biri ilə birlikdə olmağın ləzzətini çıxarırsınız.

5. Birlikdə qaldığınız zamanlarda sıxılmırsınız.

6. Sevişərkən xoşunuza gələn hər şeyi yaşayırsınız.

7. “Yanındakı kim idi?”, “hara gedirdin?”, “iş yerində nə qədər oğlan var?”, “o yubka qısa

deyilmi?” kimi lazımsız müdaxilələr görmürsünüz.

8. Onu ailənizlə, dostlarınızla tanış etməkdən zövq alırsınız.

9. Sadəcə üzr istəmək üçün deyil, sizi nə qədər çox sevdiyini göstərmək üçün evə gül alıb gətirən sevgiliyə sahibsiniz.

10. “Görəsən düz deyir?”- deyə lüzumsuz narahatlıqlarınız olmur.

 

4 şərh

azadmamedov90
7 ilə heç də razı deyiləm, mövqem qəti və radikaldır. -çox uzun şərh yazdıqdan sonra sildim. zənnimcə mübahisəli məsələdir-münaqişə də etmək olar.
JAVIER_ZANETTI
Salam əleykum. Azad bəy 7-də  sizinlə həmfikirəm. Amma 3-də isə heçkimlə və heçnə ilə barışa bilmərəm sabah və həftənin altıncı günü futbol var vəssalam!!! :))
azadmamedov90
Zənnimcə sizinlə razılaşardım əgər futbol həvəskarı olsaydım :D ama bu haqqda mən bir söz deyə bilərəm ki, gərək hər kəs harda və nədəsə güzəştə getsin. Məsələn mən onun (hərçəndki yoxdur :) ) üçün belə fədakarlıqlar edərdim ki, o da qarşılıqlı anlasın ki, o dəyərlidir ))
_BUMERANQ_
Qadın ruhundan anlayanmı, yoxsa qadın eqosu doyuranmı ona tam əmin ola bilmədim. Ən yaxşısı Can babanın dilindən eşitməkdi ideal qadını və kişini.