Günəş kremləri yalnız qadınlar üçün deyil

Kişilər, yəqin, siz də qəbul edərsiniz ki, bizim ən böyük problemlərimizdən biri saqqal və bığdır. Hər gün təraş etmək dərini qıcıqlandırır, qızartlara səbəb olur. Həmçinin üzdə civzələri varsa, təraş problemlərə yol açır.

Təraş köpükləri, təraş gelləri kimi məhsullarda bol miqdarda alkoqol, nanə, hidroksid kimi maddələr var. Bunlar isə dəridə müxtəlif qızartıların yaranmasına səbəb olan amillərdir.

Buna görə də maksimum dərəcədə dərimizə uyğun təraş köpüyü və ya gel seçməyə çalışmalıyıq. Məsələn, həssas dərilər üçün nəzərdə yuyulan gel və təraş köpüklərinin tərkibində ətir, mentol, spirt, limon, portağal, qreyfrut, evkalipt, kafur ya da nanə kimi qıcıq yaradan maddələr olmur.

Kişilərin hər gün təraş olmaları, bir baxımdan dəridəki ölü dəri təbəqəsinin təmizlənməsini təmin edir, dərinin yenilənməsini canlandırır. Ancaq üzün üst hissəsindəki dəri təbəqəsi soyulmadığı üçün zamanla sərtləşərək matlaşar. Bu səbəblə üzün təraş olmayan bölgələrində (alın, göz kənarları və yanaq üstü) tərkibində meyvə turşuları olan məhlullardan istifadə edilməsi dərinin təmizliyini qoruyur, canlandırır.

Kişilərin bilməli olduğu bir mühüm məsələ də var. Üz dərimiz daha çox günəşdən təsirlənir. Təraşın ardınca sərt lasyonlardan istifadə etdikdə dəri günəşdə daha asan yanır. Əgər diqqət etsək görərik ki, bu gün orta yaşlı bir çox gəncin üz dərisi bədəninə nisbətən fərqli rəngdədir. Bunun səbəbi də birbaşa olaraq günəş təsiri ilə bağlıdır. Günəşdən qoruyucu kremlər sadəcə qadınlar və uşaqlar üçün deyil, bu vasitələrdən kişilərin də istifadəsi vacibdir.
 

kishi.az 

0 şərh