Təraşdan sonra

Bəzən üzqırxmadan sonra dərimizdə müxtəlif problemlər meydana gəlir: dəri qızarır və qaşınmalar yaranır və.s. Əgər siz də bu kimi problemlərdən əziyyət çəkirsinizsə o zaman bu məqaləni diqqətlə oxuyun. Çünki bu dəfəki məqaləmiz ülgüclə üzqırxmadan sonra yaranan problemlərin həlli haqqındadır.

Mount Sinai Xəstəxanasının Dermatoloji Departamenti və Kosmetik Klinik araşdırmalar mərkəzinin direktoru Dr.Joshua Zeicherə görə dərisi qızarmaya meyilli, quru və qaşıntılı olan kişilərə üzlərini təmizləmək üçün ülgücdən istifadə etməmək məsləhət görülürür. Əgər ülgücdən istifadə etməkdə qərarlısınızsa, bu prosesdən bir neçə saat öncə üzünüzü buna hazırlamalısınız. Hazırlıq prosesi isə aşağıdakı məehələləri əhatə edir:
 
Buxarlı bir duş qəbul edin: İsti su həm saçları, həm də üz dərisini yumşaldır. Üz dərisi isti sudan sonra yumşaldığı üçün bu zaman rahat formada ülgüclə təmizləmək olar.
 
Köpükləndirin: Ülgücdən əvvəl istifadə edəcəyiniz köpüyü üzünüzə çəkin. Onun 1-2 dəqiqə dərinizdə qalmasını təmin edin. Əgər, saqqalınızı yumşaltmaq istəyirsinizsə, bunun üçün fırçadan istifadə edə bilərsiniz.
 
Ülgücünüzü dəyişdirin: Üzünüzü təmizləyən zaman ülgücün üz dərisinə ilişdiyini görürsünüzsə, onu mütləq dəyişin. Köhnə ülgücdən istifadə etmək olmaz, çünki o üz dərisində kəsiklərin əmələ gəlməsinə səbəb olur. Standart bir ülgücü qısa müddət sonra dəyişmək lazımdır.
 
Nizamlamanı unutmayın: Qalın saqqalları köpükdə 10-15 dəq saxlayın. Təraşa saqqalın yanından başlayın. Əvvəlcə boynunuzdan çənənizə doğru, sonra isə bığlarınızı təmizləyin.
 
Üzünüzü əks istiqamətdə qırxmayın: Ülgücü üz dərisində əksinə istifadə edirsinizsə, bu o deməkdir ki, özünüz bir çox problemlərin yaranmasının əsasını qoyursunuz. Təmizləndikdən sonra, saqqallar təkrar böyüyən zaman dəri içində sıxılmağa başlayacaq. Eyni zamanda bu üz qırxımından sonra saqqallarınız heç zaman arzulamadığınız formada da uzana bilər.
 

Təzyiqi azaldın:
 Üzünüzü yaxşı təmizləmək üçün üz dərisinə təzyiq etməyin. Ülgücdən düzgün və səbrlə istifadə edin.
 
Qurulayın və təkrarlayın: Hər 1-2 ülgüc hərəkətindən sonra ülgücü suyun altında isladın. Ülgücü təmizləmək üçün heç yerə vurmayın. Üzünüzü təmizlədikdən sonra isə nəmləndirici kremlərdən istifadə edin.
Bu qədər, əziz kişilər. Əmin olun ki, üzünüzü bu üsulla təraş etsəniz, dərinizi zədələnmədən və sonra yarana biləcək qaşınmalar, qızartılardan sığortalayacaqsınız.

1 şərh

Gülnar
Təraşdan sonra dərinizə uyğun tonik istifadə edin, sonra nəmləndirin. Xüsusilə də, dəri yağlıdırsa və məsamələr varsa.