Niyə kişilər özlərindən böyük qadınları seçir?

Bir çox kişilərin özlərindən yaşca böyük qadınlara üstünlük verməsi cəmiyyətdə birmənalı qarşılanmır. Bəs kişilərin nə üçün yetkin qadınlarla birlikdə olduqlarını bilirsinizmi?

Hormonlarına nəzarət edə bilərlər
Sevgiliniz sizdən yaşca böyükdürsə, emosional partlayışlarla qarşılaşmayacağınızdan əmin ola bilərsiniz. Yetkin qadınlar özlərini daha yaxşı idarə edə bildikləri üçün kişilərin üzərində emosional təzyiq yaratmırlar.

Yataqda nə etdiklərini bilirlər
Hər şeydə olduğu kimi yataqda da 1-0 önə keçirlər. Yetkin qadınların yataqda sizi təəccübləndirəcək davranışları və bunları nümayiş etdirəcək dərəcədə özünəinamı var.

Maniken kimi olmağı düşünmürlər
Bir çox kişini yetkin qadınların yaşlarından irəli gələn davranışları valeh edir. Məsələn, yetkin qadınlar da fiziki görünüşlərindən utanmırlar, maniken fiziki görünüşə sahib olmaq kimi dərdləri yoxdur. Özlərini olduqları kimi qəbul edirlər.

Münasibətdə sərbəstdirlər
Kişilərin ən nifrət etdiyi suallardan biri də «indi bizim münasibətimizin adı nədir?» sualıdır. Gənc qızlar bir neçə görüşdən sonra münasibətə ad qoymaq istəyirlər. Ancaq yetkin qadınlar belə etiketlərə ehtiyac duymurlar.

Daha sərbəstdirlər
Yetkin qadınlar karyera, ailə, pul, dostluq və s. mövzularda müstəqilliklərini elan etdikləri üçün kişini ehtiyac kimi görmürlər. Öz prioritetləri olduğu üçün heç bir kişinin qanadları altına girməyə ehtiyac duymurlar.

Nüfuzlarına güvənirlər
Nə istədiyini bilən qadın hər zaman münasibəti həyəcanlandıra bilir. Yetkin qadınların nüfuzu buna görə kişilərə seksual gəlir.

Kifayət qədər təcrübələri var
Eşq, həyat, münasibət, karyera, demək olar ki, hər mövzuda kifayət qədər təcrübəyə malik olan yetkin qadınlarla söhbət etmək hər zaman xoşdur.

ailem.az 

0 şərh