Cins və pencək kombini

Pencək və cins – universal geyimdir: həm gündəlik, həm də xüsusi günlərdə istifadə edilə bilər. Lakin, onları düzgün uyğunlaşdırmağı bacarmaq lazımdır. Əgər cibinizdə artıq pul varsa, boş yerə xərcləməyin, gedin özünüzə dəbli pencək alın, cins seçimində isə biz sizə kömək etməyə çalışacayıq.

Ciddi pencək cins üçün yararsızdır. Ən yaxşı variant – “idmanlaşdırılmış” pencək.

Cinslə daha bir “olmaz” isə məxmər və satin işləməli pencəklərdir.

Pencəyin hansı materialdan olması mövsümdən asılıdır. Qışda daha çox yun, velvet, isti aylarda isə kətan və pambıq materiallar daha aktualdır.

Tünd cins ilə tünd pencəklər gedir, mavi cins ilə isə daha açıq rənglərdən – boz, bej və krem rənglərdən istifadə edə bilərsiniz.

Adi gündə belə az eksperiment aparın. Cırıq, ləkəli və ağ cinslə pencək geyinməyin. Bu dəb çox “yersizdir”.

Qalstuq və ya qollara taxma düymələr bu görkəmə uyğun deyil. Köynəyinizin yaxası açıq olmalı, ən yaxşısı isə tişortdən istifadədir. Ciddi ayaqqabı əvəzinə isə mokasin geyinməyiniz daha məqsədə uyğundur.

0 şərh