Kəsiksiz təraş üçün bir neçə məsləhət

təraşYəqin ki, saqqal təraşının ən qorxulu hissəsi təraş zamanı baş verən kəsiklərdir. Əlbəttə ki, bu kəsiklərdən qurtulmağın ən sadə üsulu təraş zamanı bir az daha diqqətli olmaqdır. Hər nə qədər diqqətli olsanız da, kəsiklərin qarşısını almaq mümkün deyil. Yaranan kəsik həm də çox ağrılı olur. 

Bu yazıda sizə tez-tez baş verə biləcək problemi aradan qaldırmaq üsullarını öyrədəcəyik. Saqqalınızı uzatmaq əlbəttə ki, təraş kəsiklərindən xilas olmaq üçün ən zəmanətli yoldur, lakin hər kişi saqqal uzatmır. Saqqal uzatmayan, tez-tez bu problemlə qarşılaşan kişilər üçün bir neçə məsləhət:

Təraş ləvazimatlarınıza göz atın!
Təraşda diqqətli olmağınızdan asılı olmayaraq, təraş zamanı istifadə etdiyiniz ülgüc aşınmış və ya zədələnmiş ola bilər. Nəticədə, bu da dərin kəsiklərə yol aça bilər. Sürüşkənliyini itirmiş losyon və ya təraş köpüyü də ağrılı və qanlı bir təraşa səbəb ola bilər.

Tək bıçaqlı ülgüclərdən istifadə edərkən diqqətli olun!
Məhsulların düzgün yerdə mühafizə edilməsi də olduqca əhəmiyyətlidir. Qısaca onu deyə bilərik ki, bıçaq qisiminə dəyəcək sərt bir obyekt bıçaq üzərində aşınma yaranmasına səbəb olacağı üçün bu vəziyyətdə üzünüzdə böyük bir təraş kəsiyi qaçınılmaz olacaq. Bu, tək bıçaqlı məhsullarda daha çox özünü göstərir. Beləliklə, mümkün qədər çox bıçaqlı ülgüc istifadə edin. Yaxşı və keyfiyyətli, çox bıçaqlı ülgüc alsanız, onları 2-3 dəfə problemsiz şəkildə istifadə edə bilərsiniz.

Məhsulların son istifadə tarixlərinə diqqət edin
Təraş əsnasında, böyük ehtimalla, ya losyon, ya sabun, ya da köpük istifadə edirsiniz. Bilməyininiz lazım olan əhəmiyyətli bir xüsus vardır ki, bu məhsullar bir müddət sonra bəzi funksiyalarını itirir. İlk itirdikləri şey sürüşkənlik xüsusiyyətləri olur. Bu, təraş üçün olduqca vacibdir. İnanın, dəri üzərində sürüşkən olmayan ülgücdən istifadə olduqca ağrılı ola bilər.

Təraşların təsirindən necə qurtulmaq olar?
Nə qədər diqqətli olmağınızdan asılı olmayaraq, üzünüzdə bir neçə yerdə kəsik və qan görə bilərsiniz. Təlaşlanmayın. Bu halda soyuq su köməyinizə çatacaq. Üzünüzü, xüsusilə də, kəsiklərin olduğu yerləri soyuq su ilə yuyun. Bu, təraş kəsiklərinin ağrısını azaltmaqla yanaşı qanamanın qarşısını alacaq. Hətta kəsiklərin üzərinə buz da qoya bilərsiniz. Beləcə, daha yaxşı nəticə əldə etmiş olarsınız. 

Soyuq su tamamilə qanaxmanı dayandırırsa, problem yoxdur, lakin qanaxma davam edərsə, bu zaman hər evdə asanlıqla tapıla biləcək vazelin, ağız yaxalayıcısı və ya dodaq nəmləndiricisindən istifadə edə bilərsiniz

Vazelin və ya dodaq nəmləndiricisindən azacıq kəsiyin üzərinə çəkin. Sözügedən vasitələr kəsiyi dolduraraq qanaxmanın qarşısını alacaq.

Ağız yaxalayıcısı ağrılı ola bilər, lakin bu üsulla siz mikrobların qarşısını ala bilərsiniz.
Təraş kəsikləri üçün nəzərdə tutulmuş hazır məhsullardan istifadə edin! 
Hər gün təraş edirsiniz və daim təraş kəsikləri ilə qarşılaşırsınızsa, bunun üçün xüsusi olaraq hazırlanmış dəriyə qulluq vasitələrindən istifadə edə bilərsiniz. Belə vasitələr almağı planlaşdırırsınızsa, tanınmış markanın məhsuluna üstünlük verməyinizi məsləhət görürük.

kishi.az
 

0 şərh