Süd məhsulları kişi sağlamlığına ziyandır

Süd və süd məhsulları sağlamlıq üçün çox faydalı sayılır. Onlar bağırsaqların mikroflorasını yaxşılaşdırır, immun sistemini gücləndirir, sümüklərin sağlamlığını qoruyur. Lakin Harvard Universiteti alimləri bu faydalı məhsulların gözlənilməz ziyanlı tərəfini aşkar ediblər.

Məlum olub ki, süd məhsullarını tez-tez qəbul edən kişilərdə spermanın keyfiyyəti xeyli pisləşir.

Eksperimentdə 19-25 yaş arası 189 kişi iştirak edib. Eksperimentin əvvəlində iştirakçılar tam sağlam olub və onların sperma göstəriciləri norma daxilində idi. İştirakçılara qidalanmada süd məhsullarının istehlakını artırmaq tapşırılıb.

Bir müddətdən sonra kişilər müayinə olunub və məlum olub ki, gündə 3 və bundan artıq porsiya süd məhsulu qəbul edən kişilərdə spermanın keyfiyyəti 25% azalıb.

Alimlər kişilərə süd məhsullarından tam imtina etməyi tövsiyə etməsə də bu məhsulların istehlakını azaltmağı tövsiyə edirlər.

0 şərh