Kimya və dərmansız testosteronun qaldırılması

Libido, əzələ, seksuallıq və bir çox kişiyə məxsus hallar sizin testosteron səviyyənizdən asılıdır. Bu hormonun təbii yolla artırılmasını araşdırdıq.
Yuxu
Yuxu zamanı bu hormonun əsas hissəsi ifraz olunur. Normal yuxu – gündə 7-8 saat təşkil edir. Yaxşı olar ki, erkən yatıb, səhər sübhdən oyanasınız. İdeal halda siz özünüz oyanmalısınız, heç bir saat qurmadan. Tam qaranlıq və sakitçilikdə yatmaq mütləqdir. Kimya və dərmansız testosteronun qaldırılması
Rasion
Normal testosteron üçün sizə lazımdır:
1. sink;
2. kalsiy;
3. maqniy;
4. selen;
5. C, E, D vitaminləri + B qrup vitaminləri (omeqa-3 yağlı turşular);
6. su (gündə bir neçə litr, lakin 3,5 litri aşmamaq şərti ilə).
Rasionunuzdan çıxartmalısınız
1. Karbohidratlar: kökə, ağ çörək, şokolad, şirniyyat.
2. Yağlı xörək və məhsullar. Bu qidalar xolesterin ilə zəngindir, piylənmə yaradır. Piy testosteron ifrazını “bloklayır”.
3. Qazlı içkilər (çoxlu şəkər tərkiblidirlər, ümumiyyətlə sağlamlığa ziyandırlar).
Bir neçə məsləhət daha
1. Artıq yeməyin.
2. Bədəninizi möhkəmləndirin (misal, qışda soyuq duş qəbul edin).
3. Seksual aktivliyinizə nəzarət edin, nə az, nə də çox olmamalıdır.
4. Stresdən uzaq olun.
5. Kələm yeyin. Bu tərəvəz estrogen (qadın hormonu) və kortizol (stres hormonu) hormonlarını orqanizmdə normada saxlayır ki, bu hormonların çoxluğu testosteronun qarşısını alır.
 
Mənbə: idol.az

Oxşar məqalələr

0 şərh