Kişilər daha çox yalan danışır

Kişilər qadınlardan daha çox yalan danışırlar. İngilis araşdırmaçılarının fikrincə, kişilər bu əməllərinə görə demək olar ki, vicdan əzabı çəkmirlər. "OnePoll" araşdırma şirkətinin əldə etdiyi nəticələrə görə, kişilər gündə 3 dəfə, ildə isə ən azı 1092 dəfə yalan danışırlar. Qadınlarda isə bu rəqəm gündə 2, ildə 728-dir. 

Kişilər daha çox pis vərdişlərini gizlətmək üçün yalan danışırlar. Qadınlar isə yalandan duyğularını gizlətmək üçün istifadə edirlər. Araşdırmanın daha bir maraqlı tərəfi isə yalana görə çəkilən vicdan əzabıdır. Belə ki, yalan danışan kişilərin çox cüzi hissəsi bu əməllərinə görə özlərini günahkar hiss edirlər.

Qeyd edək ki, araşdırmada 3 min insan iştirak edib.
 

4 şərh

bahar
Bu araşdırma Azərbaycanda aparılsaydı,yəqin ki,bu rəqəmlərin sayı qat-qat çox olardı.Çünki ingilislər təkcə həyat yoldaşlarına hesabat verirlər və təkcə onlara yalan danışmalı olurlar.Bizdə isə bu siyahı atada başlayır-qaynananın əmisi oğlunun qaynının yeznəsində qurtarır.
Vlad
yazının adı əslində ingilis kişilər olmalıdır.
MAQA

men bununla razi deyilem


sorguda istirak eden 3min adamin 100% 2900-u qadindi

Zeynal
Kişilər qadınların ilk məhəbətti, qadınlar isə kişilər ilk və son məhəbbəti olmaq istəyirlər.