Qadınların psixologiyası

  1. Qadınlar istəsə, lap qabları da yuyarlar, amma istəmirlər.
  2. Biz axmaq şeylər danışanda Qadınlar susurlar.
  3. Biz ağıllı sözlər deyəndə də Qadınlar susurlar.Qadınlar bir gün (heç olmasa bir dəqiqəlik) anlayacaq ki, bizdən yaxşısı yoxdu.
  4. Qadınların prinsipləri var, bəzilərini heç qəbul eləyə bilməsək də.
  5. Qadınlar bizdən hündürdü, yuxarı rəfdən kitabı çox rahatlıqla götürürlər.
  6. Qadınlar bizə «Səni sevirəm» deyəndə başa düşürsən ki, sən də varsan.
  7. Qadınlar kompüteri və texnikanı daha yaxşı söküb-yığırlar. Bəzən yığa bilmirlər. ..
  8. Qadınlar «İnsan tək olanda insan olur» məsəlini bilir və bunu elə yaxşı şərh eləyirlər ki.
  9. Qadınlar bizə feminizmi bağışlayırlar, əvəzində biz qadınlara heç nə bağışlamırıq.
  10. Qadınlar qala bilməyəndə alnımızdan öpüb gedirlər.
  11. Qadınlar düşünür, bəzi şeylər var ki, biz onları heç vaxt anlamarıq, elə buna görə də biz hər şeyi anlayırıq.
  12. Qadınlar lap manyak inadkarlığıyla içdiyimiz kofenin pulunu verməyə can atırlar. Heç özləri də bilmirlər ki, niyə?
  13. Qadınların gözündən su yalnız güclü külək olanda axır.
  14. Qadınlar yağış yağanda dükana gedə bilirlər. Zənbillə geri qayıdanda gölməçələrdə ayaqqabılarını şappıldatmaqçün, bəlkə?..
  15. Qadınlar bizim şəklimizi saxlamağı sevirlər.Hillari Daff, qadınlar,qadın psixologiyası
  16. Qadınlar öz haqqımızda çoxdan unutduğumuz şeyləri nədənsə yaxşı xatırlayırlar.
  17. Qadınlar bizim arıqlamaqçün gətirdiyimiz bir yığın səbəblərin heç birini qəbul eləmək istəmirlər.
  18. Müharibə olsa, Qadınlar vuruşmağa gedəcək.
  19. Yüz il sonra, lap başqa planetdə nə olacağını nədənsə Qadınlar daha yaxşı bilirlər.
  20. Yaxşı ki, Qadınlar korlanmış makiyajı görmürlər.
  21. Qadınlar bizim həyatımızı dəyişmək istəyirlər.
  22. Sonuncu çörək pulunu şokolada verib evə qayıda bilərlər. Onda Qadınların gözləri elə parıldayır ki...
  23. Aramsız tədqiqatlarına baxmayaraq, Qadınlar heç vaxt qadının alt paltarından baş çıxara bilməyəcəklər.
  24. Qadınlar təkcə sevgi haqqında düşünmürlər.
  25. Qadınlar ürəklərinin dərinliyində analarını biz atamızı istədiyimizdən daha çox istəyirlər.
  26. Qadınlar boyunlarına ala bilər ki, həyatlarının mənası bizimlə yatmaqdan ibarətdi. İnanırsız?
  27. Qadınlar bizi «yatmaq vaxtıdı» deyib qonaqlıqdan evə gətirib yatağa salıb üstümüzü yorğanla örtəndən sonra futbola baxmağa gedə bilərlər.
  28. Qadınlar bizim səsimizi eşitməyi sevirlər, nə fərqi var ki, nə danışırıq.
  29. Qadınlar bizi hər dəfə yola salmasalar da, həmişə qarşılayırlar.
  30. Qadınlar bizi geyindirib-keçindirməyi sevirlər.
  31. Qadınlar elə bilir ki, yalnız yanımızda olanda çantalarımız ağır ola bilir.
  32. Qadınlar bizə bənzəmək istəmir, bizimsə onlara oxşamaqçün ürəyimiz gedir.
  33. Biz çığıranda Qadınlar susurlar.
  34. Qadınlar papağını götürüb gedəndə biz qalırıq.
  35. Keçmişimizi düşünəndə biz Qadınlardan başqa bir şey görmürük.
  36. İstəsək, Qadınları saymaq da olar.
  37. Qadınlar dalaşqandı.
  38. Qadınlar bizdən tez sayırlar, gəlir-çıxarını daha yaxşı bililər.
  39. Qadınlar soyadlarını uşaqlarımıza verirlər.
  40. Biz Qadınların yaratdıqlarıyla fəxr eləməyi sevirik.
  41. Qadınlar üçün bir elə fərqi yoxdu, yaxşımı geyinmişik, gözəl ətir işlətmişik, ya yox. Bəzən əyin-başımıza ötəri nəzər yetirirlər.
  42. Qadınlar oğlan arzulayır, amma qızlarını daha çox istəyirlər.
  43. Etiraf edək, Qadınlar işi bizdən çox sevirlər.
  44. Qadınlar məntiqi tam başqadı.
  45. Biz isteriyadan tir-tir əsəndə Qadınlar konstruktiv düşünməyə macal tapırlar.
  46. Qadınlar supermarketə gedib bizim siyahıyla alış-veriş eləməyə də razılıq veriblər.
  47. Evdə yemək olmayanda, qayğanaqla qurdunu öldürəndə bir o qədər də deyinmirlər.
  48. İstəsələr Qadınlar evdəki səliqəsizliyi heç görməzlər.
  49. Qadınlar yaxşı nahardan sonra bizə elə vurğun gözlərlə baxırlar ki...
  50. Qadınlar şokoladı sevsələr də, nədənsə pivə içirlər.
Qadınlar çox qəribədi, tam başqa, eləmi?
 

0 şərh