Kişilər nə vaxt yalan danışır

Bir gün bir meşədə odunçu kişinin baltası çaya düşür. O ağlamağa başlayır. Bu dəm Allah ondan niyə ağladığını soruşur.
— Axı necə ağlamayım. Baltam çaya düşüb. Bundan sonra ailəmi necə dolandıracam?
Onda Allah çaydan qızıl balta çıxarıb kişiyə verir: «Bəlkə, sənin balta budu?».
Kişi baltanı götürmür: «Yox, bu mənim baltam deyil». Allah çaydan gümüş balta çıxarıb odunçuya verir. Odunçu yenə baltanı götürmür: «Bu da mənim baltam deyil». Nəhayət, Allah çaydan dəmir baltanı çıxarıb odunçuya verir. Kişi sevinir: «Hə, bu mənim baltamdı». Bunu görən Allah deyir: «Görürəm sən düz adamsan, mənim qoyduğum qaydalarla yaşayırsan. Buna görə də hər üç baltanı sənə verirəm».
Bir müddət sonra bədbəxtçilikdən odunçunun arvadı çaya düşür. O yenə də ağlamağa başlayır. Bu dəfə də Allah ondan niyə ağladığını soruşur.
— Axı necə ağlamayım. Arvadım çaya düşüb.
Onda Allah çaydan Cenifer Lopesi çıxarıb kişidən soruşur: «Bu, sənin arvadındı?»
Kişi sevinə-sevinə «Hə, mənim arvadımdı» deyir.
Bunu eşidən Allah qəzəblənir: «Sən məni aldatdın».

Odunçu cavab verir: «Allahım, burda bir balaca anlaşılmazlıq baş verib. Əgər mən desəydim ki, bu mənim arvadım deyil, sən çaydan Ketrin Zeta-Consu çıxaracaqdın. Ancaq mən yenə deyəcəkdim ki, bu, mənim arvadım deyil. Onda sən mənim öz arvadımı çaydan çıxaracaqdın. Səni aldatmadığıma görə mükafat kimi hər üçün mənə verəcəkdin. Mən onlarla nə edəcəkdim? Onları saxalaya bilməyəcəkdim və dördümüz də bədbəxt olacaqdıq».
Məntiq: «Kişilər yalan danışanda bunu layiqli və hamının xeyri üçün edirlər».
Cennifer Lopez
 

14 şərh

Əliyev
Biz kişilər beləyik də…
Azad insan
Adeten yalani gorxaq adamlar danisar.eger sohbet Kisiden gedirse(kisi cinsinden olan her adam hele KISI demek deyil),kisi Allahdan basqa hec kimden ve hecneden gorxmamalidir.
MaksiMuS

Əgər kişilik yalan danışmamaqla öıçülürsə o zaman bu dünyada kişi yoxdu, kişilik var ))

Fianda
Kimə nə sərf eliyir,onu da yazıre
ayxansevda
Qadınlar niyə yalan danışır onda? Yox burda qeyri — obyektivlik var. Başlıq belə olmalıydı " İnsanlar niyə yalan danışır?" :) Maraqlı idi. Təşəkkürlər
MaksiMuS
Gəlin səmimi danişaqda.Kişilər adətən yalan danışarkən belə daha az zərər və söz söhbət yaratmaması xətrinə edirlər çyəni yalanlarının da xoşməramlı missiyaya dayanır.Ama 1 az realist olsaq qadınların yalanları bu məqsədə qulluq edirmi? yox.
ayxansevda
kişilər xoşməramlı olurlar demək, qadınlar bədməramlı olurlar, realist qardaş? indi bütün qız kayzençilər səni minuslayacaq
SHATENKA407
axırda korladı...
MaksiMuS
Siz artıq bədməramlı olduğunuzu göstərdiniz..Çünki mən sülhün tərəfdarıyam, ama siz artıq kayzenin zərif cinsin nümayəndələrini qızışdırırsınız :)) Mənim bildiyim tək fakt oduki heç bir kişi işdın yorğun gəlib evdə söz söhbət yaratmaq istəməz. Söz söhbəti adətən qadınlar yaradır.
ayxansevda
Yox, Allah eləməsin, sadəcə xəbərdarlıq etmək istədim sizə, əklsinə istəməzdim ki, sizi minuslasınlar
MaksiMuS
Anladim.ama men dusunduklerimi serbest formada bildirmeyi Soz azadliginin mene verdiyi huquq olaraq istifade etdim…
yaya

yalan danismaq insana  xas olan elametdi. hami yalan danisib. yalan danismamisam deyen adam en boyuk yalancidi.

Ramil
Burada 2 şərhlə tam razıyam biri yaya-nın bu şərhi, biri də Maksimusun «Gəlin səmimi danışaq»la başlayan şərhi