Kişilərə bir neçə sehrli məsləhət.

*  Xanımınızı başqalarının yanında tənqid etməyin.

*  İmkan daxilində istədiyi kimi xərcləmək üçün xanımınıza ayrıca pul verin.

*  Xəstə olduğu günlərdə ona xüsusi qyğı göstərin.

*  Xanımınızın ev fəaliyyətini ananızın və ya başqa qohumlarınızın evdarlığı ilə müqayisə edib (onlardan üstün olan cəhətlərdən başqa) onu tənqid etməyin.

*  Xanımınızı tərifləyin,onu bəyəndiyinizi göstərmək üçün əlinizə düşən fürsətlərdən istifadə edin.

*  Sizə etdiyi xidmətə görə ona təşəkkür tməyi unutmayın.

*  Evə gələndə xanımınıza salam verməyi,evi tərk edəndə isə onunla sağollaşmağı unutmayın.

*  Xanımınızı onun xoşuna gələn adla çağırın.

 

6 şərh

doYwanka
Xanımınızın ev fəaliyyətini ananızın və ya başqa qohumlarınızın evdarlığı ilə müqayisə edib (onlardan üstün olan cəhətlərdən başqa) onu tənqid etməyin- bunu lap yaxwi dediz. bir taniw qiz var, niwanlisi onu ele hemiwe menasiz weye gore oz qardawi arvadi ile miqayise edir.yaziq qizda ne desin qulaq asir, bezib artiq.
azad_mireyev
Öz  həyat yoldaşına mətbəx işlərində kömək etməkdə olar. Hər zaman onlara kompliment deməyi də unutmaq olmaz. Məncə qadına bütün köməkliyi eləmək lazımdı. Hər bir işdə onunla bərabər olmaq lazımdır.
Ramil
Bəzən ər özünün verdiyi qiymətə əsaslanaraq, qadını tənqid etmək hüququna malik olduğunu iddia edir. Ağır cavabdehlik hissi və daimi məzəmmətlərdən yorğun düşmüş bədbəxt qadın və ana, hətta həmin şəraitdə ən doğru hərəkət etsə belə, təsadüfi hərəkətləri üçün özünü günahkar hiss edir və peşmançılıq çəkir. Hətta qadının böyük səyləri layiqincə qiymətləndirilməli və təriflənməli olduğu halda, qəm-qüssə və töhmət hədəfinə çevrilir. Çünki ər qadının iki nəfərin işinin öhdəsindən gələcəyini fikirləşərək, öz vəzifəsini yerinə yetirməkdən boyun qaçırır. Bu cahillik, hətta deyərdim ki, vəhşilikdir. Bu ailədə sevgidən və uşaqların tərbiyəsindən söhbət gedə bilməz.
pascal
Bu məsləhətlərin hamısına bizim kişilərin əməl edəcəyinə  (şəhər merimiz demişkən)  "əmin ola bilərsiz "  :))
asel
heç inanmagım gəlmir:))))
yaya
yeni bele bir kisi var?