Qadınların siqnallarını nece tutmalı?

Kişilərin diqqəti bu yazıya!
Kişilər, adətən, xoşlandıqları qadına bunu birbaşa deməyi üstünlük verirlər.
Ancaq qadınlarda belə deyil. Onlar müxtəlif simvolik davranışlarla siqnal ötürürlər.
Hər kişi də bu siqnalları tuta bilmir.


Qadının gözü danışır
Bu cümləyə klişe deyib sifətinizi turşutmayın. Bu həqiqətdir. Bir qadının gözlərindəki mənanı oxumağı bacarsanız, onun hisslərini çözə bilərsiniz.
Xoşlanan qadının baxışları, daim o kişinin üzərinə yönələn baxışlardır. Qadınlar xoşlandıqları kişilərlə göz-gözə gəlməkdən çəkinirlər. Amma kişinin baxışları başqa yerdədirsə və qadının gözləri həmin an kişinin üzərindədirsə, deməli, "torbada pişik var".

Qadınları "bədən dili" ilə danışır
İnsanlar danışaraq özlərini ifadə edirlər. Bəzənsə, bədən dili insanın ağlından keçənləri müəyyən etməyə imkan verir. 
Qadın oturub söhbət edərkən dizlərini sizə tərəf döndəribsə, danışanda sizə tərəf əyilirsə, danışanda gözlərinizin içinə baxırsa, hər xırda fürsətdə sizinlə təmasda olmağa çalışırsa, deməli sizin təsiriniz altındadır...

Qadın sizi dinləyir
Qadının qarşısındakı kişidən xoşlandığını bilmək üçün həmin kişinin söhbətlərinə qulaq asıb-asmadığına fikir vermək lazımdır. 
Xoşlanan qadın əsasən kişinin hər sözünə diqqətlə qulaq asır, maraq göstərir. Arada "doğurdan?", "maraqlıdır" kimi sözlər işlədirlər ki, davam edəsiniz.
Əgər orda bir neçə qadın varsa və təkcə o, davam etməyinizi təkid edirsə, yenə də "torbada pişik olması" qənaətinə gəlmək mümkündür.
gözəl-göyçək qız şəkili
Qadın həyəcanlanır
Qadın sizdən xoşlanırsa, sizinlə danışanda mütləq həyəcanlanacaq. Normalda olduğundan daha çox güləcək. Hətta sizin əvvəllər etdiyiniz söhbətləri unutmur və yeri gələndə onlardan bəhs edir. Qadın xoşlandığı kişiyə həmişə çox sual verir ki, onun haqqında çox məlumat əldə etsin. Kişi evlidir, ya subay, uşağı varmı və s.

Qadın qarşınıza çıxır
Sizdən xoşlandığını düşündüyünüz qadın tez-tez qarşınıza çıxırsa, siz yeməkxanaya getdiyinizdə o da gedirsə, nədənsə çox vaxt liftə eyni vaxtda birgə minirsinizsə, bu sizi daha çox görmək və yaxınlaşmaq istədiyi üçündür. Amma diqqətli olun. Bunlar təsadüf də ola bilər. 

Qadın qalmaq istəyir
Qadınlar xoşlandıqları kişilərlə daha çox vaxt keçirmək istəyirlər. Məsələn, hansıda bir tədbirdə, məclisdə hamı dağılışıb getmək istəyərkən, o, bəhanə tapıb qalmaq, məclisi uzatmaq istəyir...

15 şərh

Dream
Gencler oxuyub faydalansın
Silen_ce

Bəs kişilər necə?

Aysel218
qadinlara hormet ve diqqet edilmelidir :)
Ro-ma
ela men bu kadarini bilmirdim))
mene en maraqlisi ,oqlanla Qadın oturub söhbət edərkən dizlərini sizə tərəf döndəribsə, danışanda sizə tərəf əyilirsə, danışanda gözlərinizin içinə baxırsa, hər xırda fürsətdə sizinlə təmasda olmağa çalışırsa, deməli sizin təsiriniz altındadır:)
Rene
Qadın nə qədər hisslərini gizlətməyə çalışsa da, bu siqnallardan bir neçəsi mütləq baş verəcək :) Amma mənim kişilərə məsləhətim, oturub tapmaca tapmaqdansa xoşlandıqları qadına yaxınlaşsınlar və içlərindən gələni desinlər, şərt deyil pafoslu, şablon danışasınız. Önəmli olan səmimiyyətdir, həm özünə, həm də qarşındakına qarşı.
Rene
Və bir də ola bilər ki, siz o qadına qarşı laqeydsiniz. Onda onunla məsafəli davranın ki, boşuna ümidlənməsin. :)
Aysel218

haqlı fikirlərinə görə təşəkkürlər Rene:)

MaksiMuS
Qizlarin derdi acildida:) bu ele bir movzudurki konkret nese demek olmaz.Veziyete,adama göre deyiwir. Beden dili sayesinde qarwindaki insanin o anki halini,duwuncesini texmini anlamaq olar.Elbet oglan tupoy deyilse..:)
Aysel218
Buna derdimiz açıldı deyilmir...Hər zamankı fikirlərimizi bildirmişik...:)))
Rene

Bu oğlanlara yaxşılıq yoxdur e, mən sizləri düşünüb məsləhət verdim. ;)  Yoxsa nəyimə gərək, mənə siqnal axtaran oğlan lazım deyil )) Bəzən olur ki, heç elə də fikir vermədiyin oğlan sənə yaxınlaşır və səndə sonradan ona qarşı sevgi yaranır. Necə başlaması önəmli deyil, təki davamı yaxşı gəlsin. :)

MaksiMuS
Di yaxwi, hemiweki kimi Siz haqlisiz:)
K_Zeynalli
Burda yazılanların heç 5% məndə yoxdu =) Hər kəsdə yanaşmalar fərqli olur. Özünə güvən olmalıdı.
peqasus
Sozun duzu bir basa sohbete kecen oglanlardan xosum gelmir hele oglanlar men de yox demek isteyi oyadir men her seyin zamanla yavas-yavas duzgun sekilde baslamasi terefdariyam mence tapmaca tapsalar daha yaxsi olar cunki eks halda hec ne alinmayacaq burdakilarin 2-si mende ola biler deqiq bilmirem hele hec sevmemisem amma deqiq bilirem ki tapmaca tapsa yaxsi olar)))))))))
azad_mireyev
Onu deyə bilərəm ki, burada yazılanlarən heçdə hamısı qadınların ettiyi hərəkətlərlə üst-üstə düşmür. Yəni söhbət Azərbaycan qadınlarında gedirsə. Əyər biz bunları avropa qadınları ilə müqayisə eləsək, 95% düzgün olduğunu qeyd etmək olar. Avropada yaşadığım üçün bu qənayətə gələ bilmişəm. Hal-hazırda mənimçün Azərbaycanda sevgi hissini yaşamaq qeyri-mümkündü…