Рейтинг
+85.19

Kişilər

59 üzv, 200 topik

Və mən yetim qalmışam-qadından yetim...

Sən öləndə kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dünyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq ?!

Ramiz Rövşən


Məzarının baş ucunda oturmuşam… Çoxdan oturmuşam. Soyuqdur.
Donmuşam deyəsən. Tərpənmək istəmirəm. Başdaşındakı şəklinə baxıram. Gülümsəyirsən, amma bəbəklərinə hopub bədbəxtliyin.
Bu şəkli mən çəkmişdim. Fotoaparat hədiyyə olunan gün. Mənim səndən milyon dəfə çox dəyər verdiyim qadınlardan biri bağışlamışdı onu.

Ardı →

Kişilər nə istəyir?

Kişilərin istədikləri:
1. Qadınların heç bir şey istəməməsini istəyir.
2. " Səni sevirəm " sözünü bir dəfə söyləyərək, qarşı tərəfi bununla 20 il idarə etməyi istəyir.
3. Göydən yağış deyil, qadın yağsın istəyir.
4. Futbolun 90 dəqiqədən 24 saata çıxarılmasını istəyir, bu 24 saatı də televiziya qarşısında, pijamaları və pivəsiylə keçirmək istəyir.
5. Evli olmaq, amma subay kimi yaşamaq istəyir.
Ardı →

İdeal qadının ifadələri

Bilirsizmi kişilərin ürəyindən nələr eşitmək keçir?  Gəlin ideal qadının ifadələrin eşidək:


  •   — Eybi yox, palçıqda ilişib qalmağımızın heç bir eybi yoxdur. Mən indi enib, maşını itələyərəm.
  •  -Bu gün altıncı gündür əzizim, mən anam gilə gedim, sən isə dostlarınla gəzməyə get, dincəl, kef elə.
  • -Yox, şoppinqdə nə işimiz var? Gəl popkorn alaq, futbola baxaq.

Ardı →

Qadınların siqnallarını nece tutmalı?

Kişilərin diqqəti bu yazıya!
Kişilər, adətən, xoşlandıqları qadına bunu birbaşa deməyi üstünlük verirlər.
Ancaq qadınlarda belə deyil. Onlar müxtəlif simvolik davranışlarla siqnal ötürürlər.
Hər kişi də bu siqnalları tuta bilmir.

Ardı →

Kişilər nə vaxt yalan danışır

Bir gün bir meşədə odunçu kişinin baltası çaya düşür. O ağlamağa başlayır. Bu dəm Allah ondan niyə ağladığını soruşur.
— Axı necə ağlamayım. Baltam çaya düşüb. Bundan sonra ailəmi necə dolandıracam?
Onda Allah çaydan qızıl balta çıxarıb kişiyə verir: «Bəlkə, sənin balta budu?».
Kişi baltanı götürmür: «Yox, bu mənim baltam deyil». Allah çaydan gümüş balta çıxarıb odunçuya verir. Odunçu yenə baltanı götürmür: «Bu da mənim baltam deyil». Nəhayət, Allah çaydan dəmir baltanı çıxarıb odunçuya verir. Kişi sevinir: «Hə, bu mənim baltamdı».
Ardı →

Qadınların sevmədiyi sözlər

1) «Kökəlmisən»
2) «Bütün günü evdəsən nə iş görmüsən ki, belə yorulmusan?!»
3) «Otur evdə işivi gör!»
4) «5-6 manat pul qazanırsan onu da təpəmizə vurma»
5) «Bu evdə yalnız mənim dediyim olmalıdır! Vəssəlam!»
Ardı →

Rənglər və qadınlar

QIRMIZI RƏNG – Sizin sevgiliniz çox fəal qadındır. Enerjisi aşıb-daşır, həmişə diqqət mərkəzindədir. Çox maraqlı və şəndir. Lakin əgər siz sakit təbiətli, təmkinli adamsınızsa, onda bu qızdan tez uslana bilərsiniz. Buna görə də onun başını hansısa bir işlə qarışdırmağa çalışın. Bu zaman onun enerjisi işə sərf olunacaq, siz isə rahatca divanda oturub, televizora baxacaqsınız. Lakin bir şeyi yadda saxlayin ki, “qırmızı” qadın sakitlikdən tez bezəndir. Kişinin əlində kitab divanda uzanması onun üçün ölümə bərabərdir. Əgər belə qadının sizi atıb getməsini istəmirsinizsə, ona etibarlı dost olun.


YAŞIL RƏNG – “Yaşıl” xanım ideal qadındır: sabit, təsərrüfatçı, gülərüz, qayğıkeşdir, çox nadir hallarda səsini qaldırır. Amma “yaşıllar” da qüsursuz deyillər. Onlar özünə inamsız, özündən narazı adamlardır. Buna görə də kənarda macəra axtarmağa meyllidirlər. Onun özünü ən sevilən və arzulanan qadın kimi hiss etməsiçox vacibdir. “Yaşıl” diqqətsizliyə, laqeydliyə dözə bilmir. odur ki, xanımınızın dünyada yeganə gözəl olduğunu tez-tez dilinizə gətirin.


Ardı →

Qadınlar haqqında 10 gizli fakt

Zərif cinsin nümayəndələri bu haqda adətən susmağa üstünlük verir. «Men’s Health» jurnalına istinadən xəbər verir ki, ilk fakt qadın intuisiyası ilə bağlıdır. Bu, xanımlarda həqiqətən var: o, ərindən rəisinin katibəsini soruşan zaman kişinin ani anda niyə susduğunu yaxşı anlayır. Odur ki, ən yaxşı variant açıq danışmaq olardı…

2. Hər bir qız əmindir ki, keçmiş sevgilisi nə vaxtsa onun geri dönəcəyinə ümid edir və bu xoşbəxt anı gözləyir.

3. Nə vaxt ki qız sözünə «sən həqiqətən də yaxşı oğlansan…» deyərək başlayırsa, getmək üçün çantanı yığa bilərsən.
Ardı →

Jiqolo (+18)

Jiqolo“Bədbəxt insanları xoşbəxt etməkdən daha gözəl heç nə ola bilməz”
Jiqolo – onu bəzən “alfons”la eyniləşdirirlər. Lakin bu doğru deyil. Alfonsla jiqolonun arasında professional uçurum var. Əslində hər ikisi “kişi fahişəliyi”nin bir növüdür. Və nə qədər maraqlı olsa da, kişi fahişəliyi ən az araşdırılan mövzulardan biridir. İstər internetdə, istərsə də kitablarda bu sahə haqqında çox az məlumat var. Bütün bunları nəzərə alıb “Jiqolo” haqqında dərin araşdırma aparmaq qərarına gəldik. Təxminən 50-ə yaxın saytdan yığdığımız məlumatlar nəticəsində aşağıdakı yazı meydana çıxdı. 

Jiqolo nədir?
Jiqolo xüsusi peşə sahiblərinə verilən adla yanaşı, həm də bir peşənin adıdır. Bu peşə qadınları və homoseksualları istədikləri zaman istədikləri şəkildə tərəf müqabili ilə təmin edən sahənin ümumi adıdır. Yaranması ilə bağlı dəqiq tarixi yoxdur. Ehtimal olunur ki, jiqololuq fahişəlik qədər qədim olmasa da, amma kökü qədimlərə qədər uzanır. Qədim Yunanıstanda və Romada “kişi fahişəxanaları”na rast gəlinir. 

Ardı →

Kişiləri dəli edən 50 səbəb

dəli oluramBiz qadınların hansı hərəkətlərinin kişilərin xoşuna gəlmədiyini bilirsinizmi?
Ərinmədim, ətrafımda olan kişilərdən “Bir qızda/qadında xoşunuza gəlməyən cəhətlər hansılardır?”- deyib soruşdum.
Demək olar ki, hamısı aşağıdakı xüsusiyyətləri saydılar.
Bəzilərinə çox hirsləndim, “elə bil, siz də eyni şeyləri eləmirsiz heç?!” deyə içimdə fikirləşdim. Amma obyektiv olacağıma söz verdiyim üçün kişilər nə dedilərsə hamısını yazdım.
Buyurun, kişilərin bizdə xoşları gəlməyən və hətta bəzən onları dəli edən 50 səbəb. Oxuyaq və qeydlərimizi alaq.

1. “Danışmalıyıq” sözü ilə başlayan cümlələriniz (Oğlanların fikrincə, bu cümlə münasibətlərdə ilk sızıntıların meydana gəlməsinin siqnalıdır).


Ardı →