Рейтинг
+85.19

Kişilər

56 üzv, 161 topik

İdeal qadının ifadələri

Bilirsizmi kişilərin ürəyindən nələr eşitmək keçir?  Gəlin ideal qadının ifadələrin eşidək:


  •   — Eybi yox, palçıqda ilişib qalmağımızın heç bir eybi yoxdur. Mən indi enib, maşını itələyərəm.
  •  -Bu gün altıncı gündür əzizim, mən anam gilə gedim, sən isə dostlarınla gəzməyə get, dincəl, kef elə.
  • -Yox, şoppinqdə nə işimiz var? Gəl popkorn alaq, futbola baxaq.

Ardı →
 

Qadınların siqnallarını nece tutmalı?

Kişilərin diqqəti bu yazıya!
Kişilər, adətən, xoşlandıqları qadına bunu birbaşa deməyi üstünlük verirlər.
Ancaq qadınlarda belə deyil. Onlar müxtəlif simvolik davranışlarla siqnal ötürürlər.
Hər kişi də bu siqnalları tuta bilmir.

Ardı →
 

Kişilər haqqında deyimlər

İki kişinin ən çox böyük ortaq nöqtəsi qadınlar haqda sahib olduqları biliklərdir. (Onore de Balzak)
Kişi yaşadığı yerdə deyil, sevdiyi yerdədir. (Latın atalar sözü)
Heç vaxt küçədə keçəl və kök bir qadınla gəzən kişi görə bilməzsiniz. (Eleyn Busler)
Ən dərində yerləşən xəzinələr belə, bir qadının sevgisinə tutulmuş bir kişinin hiss etdiyi duyğu qədər dəyərli deyil. (Tomas Midlton)
Ardı →
 

Və mən yetim qalmışam-qadından yetim...

Sən öləndə kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dünyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq ?!

Ramiz Rövşən


Məzarının baş ucunda oturmuşam… Çoxdan oturmuşam. Soyuqdur.
Donmuşam deyəsən. Tərpənmək istəmirəm. Başdaşındakı şəklinə baxıram. Gülümsəyirsən, amma bəbəklərinə hopub bədbəxtliyin.
Bu şəkli mən çəkmişdim. Fotoaparat hədiyyə olunan gün. Mənim səndən milyon dəfə çox dəyər verdiyim qadınlardan biri bağışlamışdı onu.

Ardı →
 

Kişilərə bir neçə sehrli məsləhət.

*  Xanımınızı başqalarının yanında tənqid etməyin.


*  İmkan daxilində istədiyi kimi xərcləmək üçün xanımınıza ayrıca pul verin.


*  Xəstə olduğu günlərdə ona xüsusi qyğı göstərin.


*  Xanımınızın ev fəaliyyətini ananızın və ya başqa qohumlarınızın evdarlığı ilə müqayisə edib (onlardan üstün olan cəhətlərdən başqa) onu tənqid etməyin.


*  Xanımınızı tərifləyin,onu bəyəndiyinizi göstərmək üçün əlinizə düşən fürsətlərdən istifadə edin.


*  Sizə etdiyi xidmətə görə ona təşəkkür tməyi unutmayın.


*  Evə gələndə xanımınıza salam verməyi,evi tərk edəndə isə onunla sağollaşmağı unutmayın.


*  Xanımınızı onun xoşuna gələn adla çağırın.


 


Davamı →
 

Kişilər nədən qorxur?

Kişilər nədən qorxur?

Üz qırxmaqdan
Saqqalı yalnız bəxti gətirməyən kişilər və pijonlar (şıq geyinən yüngülxasiyyət gənc) saxlayır. Birincilər bunu emosiyalarını gizlətmək üçün edir, ikincilər isə onu bahalı daş-qaş kimi əzizləyirlər. Bir də var sifətində az tük olan kişilər, bu onların problemi olduğundan və xarici görünüşünə vaxt ayıra bilmədiyindən xəbər verir. Bu, yeganə səbəbdir ki, onlara bəraət qazandıra bilər. Əslində, üz qırxmamaqda heç bir müsbət cəhət yoxdur. Yeri gəlmişkən, qadın üçün nəzərdə tutulan ülgüclər istifadədə daha rahatdır. Və yalnız soyuq geli üzə vurandan sonra insana xoş gəlir: beləliklə, gün başladı!
Ardı →
 

Subaylıq sultanlıqdırmı?

Həm maraqlı həm də çoxlu müzakirələrə səbəb olan bu mövzu fərqli fikir və düçüncələri özündə birləşdirir. Hər birinizin subaylığa baxış tərzi fərqlidir. Bəziləri üçün subay olmaq bir həyat tərzidir. İşdən evə qayıddığında qarşılayacağ kimsənin olması, birlikdə gözəl bir yemək yeyərək gün ərzində baş vermiş hadisələri bölüşmək və rahat bir yuxu yatmaq. Bax bu subay insanların həsrətini çəkdiyi anlardır.  Evə dostlarını və ya qohumlarını çağıraraq belə bir gecə keçirən və bundan zövq alanlar da var əlbətdə.
Ardı →
 

Kişi xarakteri

Cahiliyyə cəmiyyətinin batil ənənələrinin təsirini üzərində daşıyan xarakterlərdən biri də «kişi xarakteri»dir. Yazılı bir tərifi olmasa da, cahiliyyə cəmiyyətini demək olar ki, hər üzvü bu xarakterin bütün xüsusiyyətlərini əzbər bilir.  Hələ uşaq doğulmadan əvvəl ailə üzvləri doğulacaq körpəoğlan olarsa, ona bu xarakteri necə verəcəklərini planlaşdıraraq xəyallarqururlar. Çünki hər şeydən əvvəl bu əxlaqın yaşandığı bir cəmiyyətdə oğlanuşağına sahib ola bilmək böyük bir qürurdur. Cahiliyyə cəmiyyətində hörmət edilən xüsusiyyətlər «kişi dediyin..» ifadəsi ilə başlayır.
Ardı →
 

Daha yaraşıqlı görünmək üçün 10 sağlam vərdiş

Mükəmməl görünmək üçün Hollywood aktyorları kimi bıçaq altına düşmək lazım deyil, bunun üçün daha asan və faydalı yollar var. Həqiqətən,  bu heç də çətin deyil. Çünki hamısı da özünüzə və bədəninizə daha yaxşı baxmanızla əlaqədar şeylərdir. Daha sağlam bir həyat tərzi fiziki baxımdan daha yaxşı görünmənizi təmin edər və dərinizdən göz altı torbalarınıza, hətta saçınızın parlaqlığına qədər hər şey üçün faydalı olar.


Səhərlər aynada gördüyünüz adamın hər zamankından daha cazibəli olmasını istəyirsinizsə, bu 10  sadə sağlamlıq və qidalanma tövsiyələrii tədbiqiniz yetərli.


Ardı →
 

Qadınların kişilərdə sevmədikləri 5 xüsusiyyət

Çoxbilmişlik


Qadınlara görə kişilərin onlarla məsləhətləşməmələri özlərini çoxbilmiş hesab etdiklərindəndir. Belə ki, bu qadınları ən çox hövsələdən çıxaran nüanslardandır. Kişi onlarla hesablaşmır, hər şeyi etdikdən sonra deyir, hətta deməyə də bilər. Qadınlar istəyir ki, kişilər onları ağılsız, adi sevimli gəlincik hesab etməsin.


Unutqanlıq


Necə olur ki, kişilər matç vaxtlarını, kim, nə vaxt «qol» vurub, hətta necə vurub, qapıçı kim idi və s. bu kimi "əhəmiyyətsiz" hətta «lazımsız» məlumatları əla hafizələrində saxlayırlar, amma onların nə vaxt tanış olduğunu, o vaxt yəni ilk görüşdə o nə geyindiyini, ildönümü, ad günlərini unudur.


Ardı →