Mütaliənin faydaları

1. Heç vaxt darıxmazsınız. İctimai nəqliyyatdasınız? Kitabınızı açın. Gözləmə zalındasınız? Kitabınızı açın. Dostlarınız həmişə kitab oxuduğunuza görə sizi qonaqlıqlara, gəzməyə çağırmırsa, kitabınızı açın.

2.  İlk görüşdə qarşınızdakını qiymətləndirməyiniz üçün əlinizdə möhtəşəm bir test var. “Kitab oxumuram” – dedisə, bundan sonra münasibətin ölüm fərmanı imzalandı.

3. Ətrafınızdakı adamlar sıxıcı, monoton, yalnız bir həyat yaşayanda siz yüzlərlə fərqli həyatı təcrübədən keçirə bilər, yüzlərlə insanın beynində gəzişə bilərsiniz.

4. İdman edəndə də nəsə öyrənə bilərsiniz. Murakaminin “1Q84” kimi 1200 səhifədən çox olan romanını oxuyan adamlar nə dediyimizi başa düşür.

5. Hər bir vəziyyəti izah edəcək doğru ifadəni tapıb deyə bilirsiniz. Söz ehtiyatınız kifayət qədərdir.

6. Təbriklər. Sizə hədiyyə almaq çox asandır.

7. Kitablarda qarşılaşdığınız obrazlar sizin üçün bir terapiyadır. Həyata dair çox gözəl tövsiyələr verir bu obrazlar.

8. İnternetiniz kəsilib? Nə vecinizə! Bu gecəni kitab oxuyaraq keçirəcəksiniz.

9. Yaxşı oxucular, daha yaxşı yazırlar.

10. Əldə etdiyiniz zəngin bilgilər sayəsində, saysız-hesabsız söhbət mövzuları aça bilərsiniz.

11. Evinizi bəzəməyə ehtiyac yoxdur. Kitab kolleksiyanız bu işin öhdəsindən gələcək.

12. O qədər çox kitab oxumusunuz ki, artıq həyatınıza necə həyəcan və dramatik anlar qatacağınızı bilirsiniz.

13. Son araşdırmaların birinə görə oxumaq beyin hücrələriniz arasındakı əlaqələri gücləndirir. Bu da sizin daha ağıllı olmanız deməkdir.

14. Dünyanın hər nöqtəsinə, hətta keçmişə və gələcəyə səyahət edə bilərsiniz.

15. Sizin oxuduğunuz romanlar əsasında çəkilmiş filmlər barəsində, hələ ekranlara çıxmamış məlumatlı olacaqsınız.

16. Hər bir situasiya üçün misal gətirə biləcəyiniz dəyərli kəlamlara malik olacaqsınız.

4 şərh

pascal
Razıyam. İsitrahət və ya qısa bekar vaxtı daha gözəl dəyərləndirmək üçün ən gözəl, zövqlü və maraqlı seçənəklərdən biri də kitab oxumaqdır.
azadmamedov90
ehh..Dunyanin en cox kitab oxuyan olkesi sirasina girmek lap ela olardi)) Moskva və Başqa AĞILLI gənclərin üstünlük təşkil etdiyi CƏMİYYƏTlərdə adətən metroda vaqona minən kimi KİTAB açıb oxuyurlar, BİZİMKİLƏR isə əvvəlcə BLUETOOTH- indi isə kim bilir nə AÇIB gic gic işlərlə məşğul olurlar… ehh… dünya dünya…
name
Hədiyyə secimində doğurdan da çox kömək olur. Həmçinin yaddaşı gücləndirir.  Oxunan əsər gözəldirsə dünyanın ən maraqlı işidir kitab oxumaq. Oxumaq dediyim sırf «hava» olsun deyə əldə qalın-qalın kitabları gəzdirmək deyil... 
name
Apollon, çox sağ olun. Sayənizdə gözəl kitabla tanış oldum: 1Q84 (1984).