“Hərb sənəti”ndən sitatlar

Yalnız müharibənin vurduğu ziyanları axıra qədər yaxşı bilən adam onu xeyir gətirəcək üsulla apara bilər.

Bütün hallada düşmənlə vuruşub onu döyüşdə məğlub etmək ən yaxşı nəticə deyil,ən yaxşı nəticə düşmənin iradəsini və müqavimətini vuruşmadan qırmaqdır.

Öz qəzəbini idarə edə bilməyən sərkərdə əsgərlərini qaynaşan qarışqa topası kimi hücuma göndərəcək.

Bacarıqlı insan döyüşsüz qalib gəlir.
Əgər gücün on dəfə çoxdursa. Mühasirəyə al. Əgər beş dəfə çoxdursa ordunu ikiyə böl. Güclər bərabərdirsə vuruşa bilərsən, bir az zəifdirsə yan keç.

Üç halda uğursuzluq olur: bacara bilməyəcəyini bildiyin halda hücum, şəraiti nəzərə almadan idarə, heç kimə fərq qoymadan əmr.

Qərarsızlıq və inamsızlıq qələbəni əldən çıxarır.

Məğlub olma ehtimalını aradan qaldırıb, məğlub etmə imkanını gözləmək. Əsl sərkərdə əvvəl qalib gəlir, sonra döyüşə girir, məğlub olacaq sərkərdə isə əvvəl döyüşə girir, sonra qələbə axtaır.

Qərarın keyfiyyəti qızılquşun öz qurbanı üzərinə şığıyıb onu alması kimidir.

Yaxşı döyüşçü hücumda cəld, qərarı tez verəndir.
Güc yayın dartılmasına bənzəyir; qərar, oxun buraxılmasına.

Rəqibi özünlə çox diqqətlə müqayisə et, hansı yerdə artıq, hansı yerdə əskik olduğunu öyrən. Sənə qələbə gətirmiş bir taktikanı ikinci dəfə təkrar etmə. Metodlarısa müxtəlif variantlarda istifadə et.

Planların qaranlıq gece kimi görünməz olsun.

Çılğınlıq fəlakətə, qorxaqlıq təslimçiliyə aparır.

Çayı keçəndən sonra oradan uzaqlaş.

İtaətli danışıq hücum, kəskin danışıq geri çəkilmə anlamındadır.

İnsanpərvərcəsinə rəftar edib, dəmir intizam tələb etmək.

İrəli gedərkən şöhrət haqqında düşünmə, geri çəkilərkən rüsvayçılıqda qorxma.

Qələbə qazanmağın 5 əsas şərti var:
1. Nə vaxt döyüşmək və nə vaxt döyüşməmək lazım olduğunu bilmək.
2. Üstün və zəif gücü necə istifadə etmək lazım olduğunu bilmək.
3. Bütün heyəti eyni ruh ilə irəli aparmaq.
4. Rəqibi hazırlıqsız yaxalamaq.
5. Özünü və düşmənini tanıyırsansa qələbən şübhə doğurmur.
 
Mənbə: Sun-Tszının «Hərb Sənəti» kitabı

0 şərh