Ən çətin oxunan əsərlər

Elə kitab və ya əsər olubmu ki, oxumağa gücənəsiniz və yarıda qatlayıb rəfə qoyasınız? Oxunaqlı olmayan əsərlər arasında dünyaca tanınmış müəlliflərin də işlərinə rast gəlmək olur. Hətta “şedevr” adlandırılan əsərlər də. «Listverse.com» portalı dünya ədəbiyyatında ən çətin oxunan 10 əsəri müəyyənləşdirib.
1. «Finneqanın yası», Ceyms Coys İnternetdə «ən qəliz oxunan» roman axtarışına çıxsanız, ingiliscə romanlar arasında məhz bu əsərə istinadları görəcəksiniz. Adamın beyninin altını üstünə çevirən mürəkkəb yumoru süni – eksperimental dildə ifadə edən bu əsəri, bir çoxlarının fikrincə, oxumaq qeyri-mümkündür. 17 il ərzində Parisdə yazılan və 1939-cu ildə çap edilən bu əsərin eksperimental dili - ingilis dilinin ayır-ayrı leksik vahidləri, yəni sözləri, - söz oyunu (müxtəlif dillərdə eyni cür səslənən, amma müxtəlif məna verən sözlərlə oynamaq), - yalnız mütəxəssilərin anlayacağı yeni sözlər – neologizmlər, - portmanat-sözlər, yəni iki və daha çox sözün hissələrindən düzəldilmiş süni sözlərdən ibarətdir. Əsərdəki surətlərin isə HCE, ALP kimi adları var... İrland yazıçısı Ceyms Coys Romandan hətta ingilislərin də çətin anlayacağı bir cümlə: The wagrant wind's awalt'zaround the piltdowns and on every blasted knollyrock (if you can spot fifty I spy four more) there's that gnarlybird ygathering, a runalittle, doalittle, preealittle, pouralittle, wipealittle, kicksalittle, severalittle, eatalittle, whinealittle, kenalittle, helfalittle, pelfalittle gnarlybird.
2. «Səs-küy və qəzəb», Vilyam Folkner Bu romanın adı 20-ci əsrin 100 ən yaxşı əsəri sırasında da çəkilib (O cümlədən “Tme” jurnalı tərəfindən). Elə bir çox oxucular da durğu işarələrinin demək olar ki, qoyulmadığı, bir abzaslıq tabeli mürəkkəb cümlələrlə mübarizə aparandan sonra qəlblərinin qəzəblə dolduğunu hiss ediblər. 1929-cu ildə ilk dəfə çap olunandan sonra 16 il ərzində əsərin cəmi 3 minlik tirajı olub. Yalnız Folknerə Nobel mükafatı veriləndən sonra «Səs-küy və qəzəb» də populyarlaşıb və “klassika” adlandırılmağa başlanıb.
3. «Lüt qəlyanaltı etmək”, Uilyam Berrouz: Heç təəccüblü deyil ki, bu kitabı yazanda müəllif heroinin təsiri altında olub, kitabınsa səhifələrini dağıdıb, sonra isə necə gəldi bir-yerə toplayıb, beləcə də nəşr etdirib. Sonradan bu "mozaika yazı texnikası" adlandırılıb - yəni teksti bir neçə sözdən ibarət hissələrə doğramaq və sonradan təsadüfi ardıcıllıqla düzmək. 1959-cu ildə çapdan çıxan «Lüt qəlyanaltı etmək” Amerika ədəbiyyatında mühüm əsərlərdən sayılır. Hərçənd 1960-cı illərdə ona qarşı “ədəbsizlik” ittihamı ilə məhkəmə davası açılıb. Əsərdə pornoqrafik səhnələr və küçə söyüşlərinə tez-tez rast gəlinir. «Lüt qəlyanaltı etmək” siyasi satira nümunəsi sayılır. Orada Amerikanın həyatında mübahisələr doğuran ölüm hökmü, irqçilik, abort kimi məsələlərə də toxunulur.
4. «Bəhərsiz torpaq», T.S. Eliot Bu modernist poema beş hissədən ibarətdir, qəhrəmanlar, vaxt, yer və dillər (İngilis, Latın, Yunan, Alman və Sanskrit) hər hissədə dəyişilir. Bu hissələr arasında əlaqə yaratmaq isə oxucunun erudisiyasının öhdəsinə buraxılır.
5. «Qırmızı hərf», Nataniel Hotorn Kitabı oxumağa başlamazdan əvvəl əmin olun ki, yanınızda lüğət var. Əsərdəki çoxsaylı haşiyələr bəzən bir neçə səhifə "çəkir". Hotorn özü də etiraf edib ki, kitaba tam bir bölməni ona görə əlavə edib ki, çap olunmaq üçün çox qısa olmasın.
6. «Fukonun kəfkiri», Umberto Eko Fanatları Ekonu bir əlində lüğət oxuyurlar. Əsərdə Avropa tarixinin saysız-hesabsız dini təriqətləri, gizli sosial qrupları haqda danışılır. Bundan başqa əsərdə elə uzun dialoqlar var ki, həcmi onlarla səhifəni əhatə edir. Aleksandr Soljenitsın QULAQ-da "yatarkən" üstü yoxlanır. 1953
7. «Qulaq Arxipelaqı», Aleksandr Soljenitsın Bu, nə tam bir tarixi əsərdir, nə də tam bir memuar. Bəlkə də ona «ədəbi araşdırma» demək olar. Bəzilərinin fikrincə, müəllifin sonsuz depressiv hekayələrin nəqli ilə adama "işgəncə verdiyi" bu əsərdə nəsrdən “bir cəza aləti kimi istifadə olunur”. Ümidsizlik və apatiya hissi əsərin məzmunundan daha çox, mətnin çətinliyindən gəlir. Bir çox oxucular buna görə kitabı sonadək oxumaq niyyətindən əl çəkir.
8. «Mobi Dik», Herman Melvill Bu 600 səhifəlik kitab balina ovçusu haqqındadır. Əsərin süjeti çox adi olsa da, burada baş qəhrəman Işmaelin öz inancı, dünyada yeri haqda uzandıqca uzanan düşüncələri yer alıb. Bu monoloqlar balina ovunun özəllikləri haqda detallı məlumatlarla müşayiət olunur. Bununla belə «Mobi Dik» dünya ədəbiyyatı tarixində dahiyanə əsərlərdən sayılır.
9. «Atlant çiynini çəkir», Ayn Rend Oxuyanların bir çoxu deyir ki, bu 1000 səhifəlik kitabı yalnız uzun müddət ərzində fasilələrlə - “kiçik dozalar»la qəbul etmək məsləhətdir. Əsərdə - Amerikada və bütün dünyada hakimiyyətə sosialistlər gəlir, böyük biznesə hücum başlanır, azad bazar iqtisadiyyatı plan iqtisadiyyatı ilə əvəzlənir, xaos başlanır... Əsərdə müəllifin ictimai-siyasi mövzularda fikirləri, qəhrəmanların uzun monoloqları yer alıb.
10. «Hərb və Sülh», Lev Tolstoy Bəziləri deyir ki, bu kitabın əvvəlcə gərək bir neçə fəslini oxuyasan, qeydlər götürəsən, sonra kasetini tapıb filminə baxasan və nəhayət kitabı oxuyub qurtarmağı əməlli-başlı qeyd edəsən. Əsərdə 500-cən surət var. Əslində bir çoxları «Hərb və Sülh»ü - «oxudum» demək üçün oxuyurlar. Axı bir çox reytinqlərdə o dünya ədəbiyyatı tarixinin ən sanballı əsəri sayılır...
Mənbə Azadlıq radiosu,müəllif Durna Səfərli, http://listverse.com/2010/06/07/top-10-difficult-literary-works/
 

5 şərh

Türkəl
Paolo Koelyonun «11 Dəqiqə» romanı. Əsər qısa olsa da, gənc fahişənin gündəliyini oxumaq məni bezdirirdi və özümə hörmətimi azaldırdı…
aran
Əsrlərin sınağından çıxan kitablar da var. Heç də onu çoxları oxmur.
Silen_ce
Viktor Hüqo — Səfillər

Bu əsərin heç birinci cildini axıra qədər oxuyub qurtara bilməmişəm…
Nobody
He bu eser cox uzundu ve hasiyeler heddinden artiq coxdu.Ama meslehet gorurem ki tezlikle oxuyub bitiresen cunki cox maraqlidi :)
Gülnar
Vaxtilə google.da nəsə axtaranda bu topiki tapmış və sayta üzv olmuşdum. İndi yenə axtarış prosesində qarşıma bu topik çıxdı :)