Kitab ətri

Bəh-bəh-bəh...telefonlardakı bluetooth adlarına baxırsan və fərqli, fərqli düşüncələrə dalırsan, deyirsən ki, gəl-ha-gəl-ə bax. Əslində hər kəsin öz malı ilə istədiyini etməyə haqqı var, amma, gəlin, boynumuza alaq ki, bu gün başqa şeyi demirəm, elə məhz telefonlara olan maraq kitablara olsa, həyat necə olardı?! Və yaxud da internetdə vaxtı sərf etdiyimiz oyunlar əvəzinə (ya da bu vaxtın daha bir qismini) kitablara, əsərlərə, məlumatlara, məqalələrə və yaxud da elə maraqlı postlara ayırsaydıq.
Hansı cavanlarımız bir araya toplaşdıqda bir-birləri ilə oxuduğu kitablardan söz açır, hansılar əsərləri müzakirə edir, hansılar kitablarını oxumaq üçün dəyiş-düyüş edirlər??? Axı hansılar? Çox azdır..

Haqsızlıq etməyim, təbii ki, oxuyanlar var, buna da yox desəydim ağartmış olardım. Əlbəttə ki var! Amma, əksəriyyətin fikri-zikri, amalı tamam başqadır. Məqsədləri nədir, onu da bilmirik?!
Xarici ölkələrdə, metrolarda, başqa nəqliyyat vasitələrində əllərində telefon, bluetooth-da eşələnən cavanlara az rast gəlmək olar. Çoxluq kitab oxuyur. Yaşlısı da, cavanı da. Hələ yaşlıları qoyum bir kənara, əgər bir ölkədə ki, cavanlar oxuyurlar, elmə-biliyə, mütaliəyə belə maraq göstərirlər, əlbəttə ki, o ölkə hər zaman irəli gedəcəkdir.
kitab oxumaq lazimdir

 

Bizdə isə... Əslində mən belə passivliyə bir nöqteyi nəzərdən yanaşmıram, səbəblər də çox ola bilər. Deyir ki, balıq başdan iy verər. İndi dövrdə ən öndə gedən işlər nədir? Bunları hardan bilirik? Təbii ki, reklamdan. Sırf reklam. Məncə kitablar üçün də müxtəlif həvəsləndirici işlər görülsə, müxtəlif kompaniyalar qurulsa irəli bir addım atılmış olar. Yoxsa çox şeyi itirə bilərik.

Kitabxanalar var, kitab dükanlarımız da var. Amma, içində özümüzünkülər olsa da əksəriyyəti xarici yazarların kitablarıdır. Hərçənd ki, oxuyan şəxs üçün bunun elə də önəmi yoxdur, amma, bizim özümüz üçün bu çox mənfi bir haldır. Yəni əgər bu gün kitab yazanımız yoxdursa, o zaman oxumayanımızı nə deyək?

Bu zaman da ortaya bir sual çıxır? Niyə kitablar istənilən dərəcədə, istənilən sayda çap olunmur? Yəqin ki, buna istənilən dərəcə tələb yoxdur.  Bir çox müasir yazarlar bu gün məhz internet səhifələrində çap olunmçağı daha üstün tuturlar. Çünki, imkanları buna yetir. ATV kanalında izlədiyim bir verlişdə adını xatırlamadığım bir yazıçı qeyd elədi ki, mən əsər yazmıram, çünki, bundan nə xeyir əldə edəcəyəm ki? Baxıb görürsən ki, kişi düz deyir. Balaları ac qalacaqsa hansı əsərdən, hansı romandan söz gedə bilər??? Hərçənd ki, bununla da qismən razıyam, tam yox. Çünki, ədəbiyyat, başqa aləmdir və yazar əgər yazırsa bunu istədiyi üçün yazır, sözlərini sinəsində, ürəyində saxlaya bilmədiyi üçün yazır. Burda pulun nə məsələsi?!

Zaman elə zamandır ki, bu saat istədiyin kitabı internetdən yükləyib oxuya bilərsən və ya istədiyin məqalələri, yazıları və s. Bu gün bizim ədəbiyyat əgər toz basmırsa bunda internetin xeyri çox böyükdür, hətta, belə demək olar ki, ədəbiyyatımız internetin sayəsində yaşayır və irəli getməyə çalışır.. Çünki, baxıb, oxuyub görürsən ki, yazanlar, buna səy göstərənlər və öyrənənlər var. Ha doğru, ha yalnış, ha az, ha çox! Amma, var.

***

Bir neçə vaxt bundan öncə metrodan çıxanda, elə çıxışdaca bir satıcının öz “butkasında” necə büzülüb, oturub, yuxulamasının şahidi oldum. 26-27 yaşlarında olardı.. Üzüldüm… İndi düşünürəm ki, səhərdən axşamacan işləyən insanlar hansı həvəslə kitab oxusunlar? Və ya hansı vaxtda? Və ya hansı pulla? Tutaq ki, kişi işlədi, gəldi evə, yedi, içdi- indi guya o əlinə kitab alıb başlayacaq oxumağa??? Yox, bu ayda-ildə bir dəfə görülən iş olar.. Balaları evdə çörək gözləyirsə, geyim gözləyirsə (bu o kişinin gün ərzində olan düşüncəsi) və adamın səhərdən axşamacan canı çıxırs (bu o kişinin vaxtı), hansı maraqdan, hansı kitabdan söz gedir axı?! Kişi gəlib, başını atıb yatacaq. Neyləsin?!

Demək ki, belə nəticəyə gəlinir ki, insan rahat yaşayarsa çox şey həll eləmək olar. Amma, vallah bəzi rahat yaşayanlarımızda da oxumağa heç həvəs yoxdur.” Pul onsuz da hər şeyi həll edir…”

Ehh yuxarı tüpürsən bığ, aşağı tüpürsən saqqal. Deyiləsi isə o qədər şey var ki.. Amma, nə fayda, nəticə ki boşdur?! Çox çalışmaq, çox.. Gələcəyi düşünərək çox çalışmaq, bir çox ideyalara imza atmaq…elə idealar ki, insanların xeyrinə olacaq..

42 şərh

papatürk

Azərbaycanda az-çox kitab oxuyanlar elə deyəsən bu saytdadır bir də kitabxanada.Əksəriyyəti Röyanın çılpaq şəkilləri maraqlandırır. Mark Tven,Şekspir,Dostoyevski tanımayan adamlar günü-günü çoxalır.Demirəm ki kimsə Karamazov qardaşlarını oxusun,amma heç olmasa dostoyevskinin kim olduğunu bilsin.

bloqçu
papatürk, sizi inandırım ki, bu saytdan məhz ona görə xuşum gəldi ki, burda maraqlı postlar yerləşdirilir. İstəməzdim ki, bu pozulsun və bu sayt da bazara çevrilsin. Ümid edirəm ki, belə olmayacaq. Çünki, adminlərdən bir çoxlarına verilmiş bəzi şərhlər səbəbindən belə nəticəyə gəldim ki burda elə olmayacaq.
mr13
Sən nədən dəm vurursan? De ki, heç olmasa özümüzünküləri tanısınlar.
Leyla
Postun adı kitab ətri olduğu üçün deməliyəm. mənim kitab iyindən xoşum gəlir.Özü də qəşəng tərtibatı olan,ağ iri kitabların iyindən xoşum gəlir=)
Yeni zamanda yeni yollarla pul qaznamq lazımdır,ona görə də yazıçılar pul qazanmaq üçün yeni yol fikirləşməlidir. hər yazıçı öz bloqunu açsa maraqlı olar.hər bloqun postu da əsərinin bir fəsili olsun.Reklamdan yaxud kitabı elektron şəkillə satmaqdan pul qazanmaq olar.
bloqçu
Leyla bəzi kitabların ətrini mən də xoşlayıram))))
Pul barəsinə ə düz deyirsən, ən azından hansısa bir cəhd atmaq olar. Amma, alınmayacağı təqdirdə hər kəsin özünə görə bir səbəbi olacaqdır…
mr13
Mən köhnə kitabların ətrin xoşlayıram. Saralmış səhifələr… Oxunmaqdan əzilmiş səhifələr…
fidan
Standart Azərbaycan gənci üsyan edir:

Ay müəllim,mən savadsız olmaq istəyirəm!
Ay papa,mən oxumaq istəmirəm!
Ay qız,kitab almağa pulum yoxdur!
Ay qonşu,Eynşteyn nisbilik nəzəriyyəsinə görə yox,fotoeffekt hadisəsinə görə Nobel alıbsa mənə nə?
Ay,kayzen.az istifadəçiləri,mən sizin elmi-publisistik bloqlarınızı oxumaq istəmirəm!
bankir
Mənə kitab lazım deyil. Yandırın kitabları:
KAyzen11
Kitab yandirmaq en boyuk gunahlardan biri sayilir 
Sufi
Azərbaycan gəncləri nə etdiyini yaxşı bilir.Onlar məşhur atalar sözünə qulaq asırlar:
Oxuma,oxuma,

Düşərsən p..ma
bloqçu

vay-vay Fidan və bankir ilk öz yazım, sonra sizin şərhlərdən sonra bəni bədbinlik lap da bürüdü… Ən dəhşətlisi isə deyilənlər həqiqətdir.((( təəssüf.

Aynur
Bu təhqirdir ki Bakı kimi əhalisi 3 milyondan çox olan şəhərdə cəmi beş-altı normal kitab mağazası var.Özüm çox kitab oxuyan olmasam da bilirəm ki kitab oxumaq istəyənlər kifayət qədər var. amma oxumaq istəyənlərin kitabı almağa pulu yoxdur.gəlin hesablayaq. Bakıda kitab oxuyan az olduğu üçün kitab mağazasının sahibi məcburdur ki maya dəyərinin üstünə çox pul qoyub satsın ki,özünə çörək pulu qazana bilsin.nəticədə Rusiyadan,Amerikadan gələn kitabların qiyməti bizdə çox bahadır,baxmayaraq ki öz vətənində onlar daha ucuzdur.Məncə bu problemin həllində dövlət yardım göstərməlidir.Kitab biznesində işləyənlərə dövlət yardım etsə bəlkə vəziyyət düzəldi.
mr13
Kitab oxumaq istəyən hər yolnan tapar kitabı. Sənə kim deyir ki, Gedib nəfis tərtibatlı kitaba pul verəsən. Bukinistlərdə ucuz qiymətə o qədər oxunası kitablar var ki. Əslində indi mən kitab mağazasına girdikdə lazımlı kitablarla, Lazımsız (Bu sözü kitab sözünün qabağında işlətməyə utansam da) kitablar 30/70 nisbətindədir. Yəni bəzi kitablar ancaq pul qazanmaq xətrinə çap olunur.
bloqçu
Aynur, mən burda təhqirlik bir şey görmürəm. Dediyim kimi oxuyanı da var, oxumayanı da, amma, oxumayanlar çoxdur, həm də lap çox…
Deyirsiniz ki, kitab almağa pul yoxdur, yaxşı razıyam, amma, bəs necə olur ki, bəzi cavanlar iki ayda 3 telefon dəyişir, konturlar yükləyirlər? Kitab oxumağa maraq yoxdur, maraq…

Nailə_Rzayeva
Günahkar axtarmaq lazım deyil. Tutaq ki, yeni kitab nəşr olunmur, yaxşı bəs o köhnə nəşr olunmuş kitabları oxuyanlar var?- Xeyr....
Deyirsiniz ki, kitablar bahadır və ya kitab mağazaları çox azdır, məncə kitab oxumaq istəyən yerin dərinliklərində də olsa o kitabı tapar, pulu yoxdusa gedib oxuduğu universitetin kitabxanasından və ya digər kitabxanalardan götürüb oxuya bilər. Əsas istək olmalıdır, bu da təəssüf ki, bir çox gənclərimizdə yoxdur. Amma bəhanələr istənilən qədərdir…
papatürk
Tamamilə razıyam. Kitab mağazasından almağa pul yoxdur,bəs kitabxanalarda elə kitablar var ki,heç kim indiyə kimi oxumub.Leyla demiş,lap kitabın qəşəng iyi də gəlir. Oxuyan yoxdur.İnsanları ya gərək zorla məcbur edəsən ya da hiylə ilə.Çünki normal şəkildə rasional məntiqlə izah etmək mümkün deyil.Ona görə də sayt rəhbərliyinə öz təkliflərimi vermişəm ki,saytda elmi məqalələri oxumaq üçün gəncləri necə həvəsləndirək.Gərək hiylə işlədib yavaş-yavaş cəlb edəsən.Danabaş kəndinə dönür getdkcə Bakı.
Freddie

Problem orta məktəblərdə olan acınacaqlı vəziyyətdən qaynaqlanır. Əgər müəllim hər yazıçının yaradıcılığı haqda dərs keçərkən onların yazdıqları əsərləri oxumağı şagirdlərə tapşırmırsa, təbliğat aparmırsa, sizcə biz kimləri qınamalıyıq? Doğrusu mən bir çox məktəb müəlliminin o kitabları oxuduğuna dair bir o qədər əmin deyiləm. Əgər bu gün kitab oxucularımız azdırsa, gələcəkdə daha da az olacaq. Səbəb isə aydındır. Əgər məktəb müəllimi gəncləri kiatb oxumağa həvəsləndirən ilkin şəxslərdirsə, valideynlər də bir o qədər bu işdə önəmli şəxslərdir. Mənim özümə qalsa, dünya ədəbiyyatını daha çox oxumuşam. Viktor Hüqodan tutmuş Çarlz Dikkensə kimi :)) Amma Həsən Seyidbəylini «Cəbhədən Cəbhəyə» romanı hansı kitaba desən dəyər. Bu gün Salam Qədirzadə, Vidadi Babanlı kimi yazıçıları çox az adam tanıyır. Bizə yeni Martin İdenlər lazımdır. Bu günü yazıb özünə oxucu kütləsi toplasın...

bloqçu
Məncə yaxşıca təbliğat, kopmaniyalar keçirilərsə, belə şeylərin də üstünə yaxşıca maya buraxılıb reklam edilərsə, gənclərdə müxtəlif yarışlarlamı deyim, aksiyalarlamı deyim, bu yollarla həvəs oyadılarsa, inanıram ki, oxuyanıların faizi artar.. 
rokfeller
Çingiz Abdullayev,Seymur Baycan,bir-iki nəfər cavandan başqa Azərbaycanda heç kimin kitabı satılmır.Onların da gücü tükənir. Ç.Abdullayev konveyer yoluyla eynitipli romanlar yazır artıq. Gənclərimiz də ya mühitdən narazılığını yazır,ya da seks qabardılır ki,bəlkə tələbat ola. Freddie düz deyir ki,orijinal ruhlu əsərlər lazımdır.
mr13
Çingiz Abdullayev Yazıçıdan daha çox bədii publisistdir məncə. Demək olar ki, çox əsərlərin oxumuşam, amma artıq tükənməyi ilə tam razıyam. Məsləhət görərdim «Загавор в начале эры» romanını oxuyasız Çingiz Abdullayevin. Bu tamam ayrı bir şeydir.
Cavid
«Kitab»ı da sevmək lazımdır. (Cavid)
Cavid
Ümumiyyətlə bu məsələyə bir çox amillər təsir göstərə bilər. Ən azından xarici ölkələrdə( məsələn Londonda) dərs kitablarının qiymətləri təxminən 40-100 manat arasında dəyişir, amma tələbələr bu kitabları əldə etməkdən çəkinmir, çünki kitabın qiyməti deyil onun dəyəri daha üstün tutulur, bu göstərici bizdə xeyli fəqrli olsa da kitab almağa maraq aşağıdır. Müəyyən faktorlar göstərmək olar və bir çoxu da hamıya məlumdur.
bloqçu

Qələm silahımız, səngər sıramız,
Yarasa düşməni basmış qaramız,
Dəmir, bеton кimi sıхdır aramız,
Biziк maarifin güləş ordusu!
Aydınlıq ordusu, günəş ordusu!
(M.Müşfiq)

İndi bəs bizim ordumuzun gücü nə dərəcədədir, ay Müşfiq?!

fidan
Onu Müşfiqdən yox,mobil telefonların Azərbaycandakı distribyutorlarından soruşmaq lazımdır.
bloqçu

Onlardan soruşsan bizdəki gücə heç bir ordunun gücü yetməz..

KAyzen11
men esgerlikde olanda zabitler essgerlere catasi erzaqgi evlerine dasiyirdilar 
2ral
Hal-hazırda oxuduğunuz kayzen.az saytının yaranmasında proqrammistlər,sayt sahibləri,dostlardan başqa Qız qalası kitab mağazasının direktoru Elman Mustafayev (Elman dayı) da rol oynayıb desəm mübaliğə olmaz. 1967-ci ildən (indi 43 ildir) bu işlə məşğul olan və gözəl xasiyyəti olan Elman dayının mağazasına girəndə heç lazım olmasa da kitab alıram:-) İçərişəhərdə yaxşı ki bu köhnə kitablar satılan mağaza var.
Silen_ce
BDU-nun yanında və Elmlər Akademiyasının bağında da köhnə kitablar satılır. Onların yerini heç nə verməz mənim üçün…
kastanka
Bəli,mən bir neçə peşə dəyişmiş insan kimi deyə blərəm ki, peşələrimdən biri də kitabxanaçılıq olub.Mən kitabxanada işlədiyim müddətdə ora gələn oxucuların sayı heç də az deyildi.Düzdü kitabxana oxucuynan dolub daşmırdı .amma ki oxucu var idi. Özü də sizə deyim ki elə ən çox Azərbaycan şöbəsinə gəlirdilər.Mən haqqın tərəfdarıyam.Ona görə o ki deyirlər ancaq rusdillilər kitaba həvəslidir .heç elə şey yoxdur.Düzdü rus şöbəsinə daha çox böyüklər gəlirdi.Azərbaycan şöbəsinə isə daha çox şagirdlər müəllimin tapşırdığı əlavə oxu üçün gəlirdi.Yay aylarında nədənsə az oxucu gəlirdi.Görünür çoxu istirahətə gedir.
İnsanların kitaba marağının azalmasını bir çox amillərlə əlaqələndirmək olar.
Maddi problemlər
Vaxt azlığı
İnternet
televiziya (xüsusən də bizim kanalların mənasız verilişləri camaatı manqurtlaşdirmaq siyasətidir hamısı)
Nəfis tərtibatlı kitabların baha olması və ya yeni kitabların kitabxanalarda tapılmaması
Oxucunun nəbzini tutan yazarların az olması və s.Bu siayhını davam etmək olar...amma məncə bu qədər kifayətdir.
aseu-boy
Mən o insanları anlaya bilmirəm ki deyir kitab oxumağı sevmirəm.Kitabsız onlar necə yaşaya bilirlər?Mən bir gün oxumasam elə bil nə isə əskiklik hiss edirəm onlar necə insanlardı?! nə bilim vallah
Əliyev

“Araşdırmalar nəticəsində məlum olub ki, Ermənistanda yetkinlik yaşına çatmış insanların 70 faizi kitab oxumur. Ermənistanda indi kitab böhranı müşahidə edilir. Bu strateji məsələdir”. Bunu Yerevanda keçirdiyi mətbuat konfransında Ermənistan Yazıçılar Birliyinin sədri Levon Ananyan bildirib. Çingiz Abdullayevin məlumatına görə isə azərbaycanlıların 92 faizi kitab oxumur.

bankir
Nə qədər adamın kitab oxuması vacib deyli.Əsas keyfiyyətdir.Lap bir faiz oxusun amma yaxşı oxusun. Müasir gənclər kitab oxumaq istəmir.
xedice
Kitab kimə lazımdır? Çörəyə pul tapmırıq onda qalmış kitab.
ilham
Kitab intellektual səviyyəli adamlara lazımdır.Ola bilər ki sizə lazım olmasın D
Mobil telefon almağa,gözəllik salonuna getməyə pul tapan kitab almağa da pul tapar.
Tomris
Çörək üçün pul tapmırsansa nə yaxşı internetə girirsən?Niyə internetə girmək üçün kompüter almağa,hər ay internet abunə haqqı verməyə pulun olur amma kitab üçün olmur?
nar1000
Sənin kimi fikirləşənlərə görə millət bu günə qalıb.Baxsaq bəlkə də telefonu en bahalı mobil telefonlardandır.
kastanka
Kitab oxumaq üçün onu almaq vacib deyil.Bəs kitabxanalar nə üçündür.Allah şükür kitabxanalar günü-gündən zənginləşir.Sadəcə bizim gənclərdə bir pis cəhət var ümumiyyətlə bizim insanlarda.Kim nə etdi o də gərək onu etsin.Beləliklə də insanların çoxu əyləncəyə meylli olub.Yəni işdən sonra dincəlməyi yalnız televizora baxmaqla məhdudlaşdırırlar.Oysa kitab oxuyaraq dincəlmək çox gözəldir.O ki kitabı oxuyursan ən maraqlı yerinə çatanda yuxun gəlir amma kitabı bağlamağa ürəyin gəlmir, bax bu kitab oxumanın ən sevdiyim tərəfidir…
puja8

Onu düz dediniz kiç işləyərək oxumaq çox çətindir. insanda həvəs qalmır. məsələn, elə özümü gütürümş mən ali məktəb daxil olmaq istəyirəm (artıq fərq etmir, texnikum da olsa olar. İnşallah!), ancaqü hal-hazırda işləyirəm. özü də səhərdən düz saat 7-yə 8-cən. və həmçinin istirahət günümdə yoxdur.bununla bərbər çalışıram kiç məşğələlərə gedim. gedirəm, amma ala-bitəhər..nə etmək olar. beyin yorulur axı. çox vaxt oxumayıb gedirəm.harada oxuyum ki, və necə, işdə kitab əlimdə kitab görsələr deyəcəklər işləmir, başlayacaqlar maaşımı başıma qaxmağa...eh.nə isə...cavanları qınamaq olmaz..o dediyimiz YAŞLILARIN ƏKSƏRİYYƏTİ buna imkan yaratmadıqdan sonra CAVANLAR NƏ ETSİN AXI?...........


TƏŞƏKKÜRLƏR! YAXŞI MÖVZUDUR.

Diamonds
Həqiqətən də kitab oxuyanlar getdikcə azalır.Kitablar haqqında danışmaq istəsəm də görürəm ki,insanlar belə söhbətlərdən qaçır.İnşAllah bu hal tezliklə düzələr.İnsanlara kitab oxumağı tövsiyə etsəm də ,sözün düzü,heç veclərinə də almırlar.Nəysə,şübhəsiz uzun və müzakirəli bir məsələdir.Çox sağ olun.
kurdamir
Qarabağ alınan da bu məsələ də düzələcək…
name
Qohumlarımızdan birinin kitab tozuna qarşı allergiyası var.:D
Hərdən yaxşı yazılara canlı efirə düşsün deyə şərh yazıram.:) 
Gülnar
Kitaba olan həvəs, kitab oxumaq marağı, istəyini maddi vəziyyət və rahat həyatla az əlaqələndirirəm mən. İnsan elə bir varlıqdır ki, ehtiyacı olan şeyi, istədiyini nə olur olsun təmin etməyə çalışır. Kitaba ehtiyac duyan intellektual insan da belədir. İmkanından, yaşayış səviyyəsindən asılı olmayaraq oxuyan oxuyur.