Kitab oxumayaq, "Facebook"da vaxt öldürək!

Vaxt azlığı bir problemdir. Hamı vaxtın azlığından şikayət edir. İşləyən də, işləməyən də. Tələbə də, müəllim də, fəhlə də.

Vaxt olanda oxuyarıq!
Bizim dəqiq vaxt bölgümüz yoxdur. Eşitmisinizmi ki, bir adam vaxt azlığına görə teleseriala, ya da futbola baxmadığından şikayət edə? Mümkün deyil. Amma həmin o adam “vaxt azlığından” qəzet oxumur, kitab oxumur. Tez-tez görərsiz, adamlardan soruşanda ki, “asudə vaxtınızı necə keçirdirsiz” belə cavab verirlər: kitab oxuyuram. Amma o adama izah etmək gərəkdir ki, kitab oxumaq üçün asudə vaxta ehtiyac yoxdur.

Kitab oxumaq bir borcdur, onu “asudə zaman”da etməzlər.

Sosiologiyada dar bir ixtisas var: Asudə vaxtın sosiologiyası. Onunla ötəri tanışlıq göstərir ki, “asudə vaxt”dan istifadə edilməsində fərqlər ölkələrin inkişaf tempinə uyun gəlir.

Yəni inkişaf etmiş ölkələrin insanları vaxtlarını daha yaxşı keçirirlər, nəinki az inkişaf etmiş ölkələrin. Məşhur türk yazıçısı Əhməd Altan da bu məqama işarə vuraraq yazır: “Almandan bir görüş istəyəndə deyir ki, çərşənbə günü saat 13.45-də görüşək. Türkdən görüş istəyəndə deyir ki, sabah günortadan sonra zəngləşərik”.

Korrekt olmamaq hər zaman vaxt itkisinə səbəb olur.

Bəli, Azərbaycanlı üçün kitab oxumağa vaxt yoxdur. Teatra getmək üçün vaxt yoxdur. Amma toya getməyə vaxt var. Amma çayxanada oturmağa vaxt var. Amma televizora baxmağa vaxt var.
Məsələ heç də vaxtın azlığında da deyil. Bütün dünyada bir gün 24 saatdır. Onlar bu 24 saatda neynirlər, biz neynirik.

Ağrılı fərq

Mənimlə yaşıd olan fransız, ispan, alman dostlarım var. Yaradıcılıqla da məşğul olmurlar, orta səviyyəli, universitet təhsilli gənclərdir. Çantalarında həmişə kitab olur. Klassikləri yaxşı bilirlər, çağdaş ədəbiyyatdan məlumatlıdırlar. Öz dillərindən əlavə ingilis dilini də bilirlər. Azərbaycan dilini də öyrənməyə çalışırlar.
Mən onlara izah edəndə ki, “Azərbaycan dilini bilsəniz, Türkiyə türkcəsini də rahat anlayacaqsınız”, daha həvəslə bu işə girişdilər.
Onlara baxıram, bir də gününü, müxtəlif tanışlıq satlarında "odnoklassik"də, "facebook"da səmərəsizcəsinə keçirən, futbola baxıb saatlarla boğaz yoran öz gənclərimizə.
Azərbaycandakı vəziyyəti izah edən bir nəticəni də özüm üçün çıxardıram.

Hərəyə öz vaxtı

Hərə bir ixtisas yiyəsidir və dünyadakı çap edilən bütün kitabları da oxumaq məcburiyyətində deyil. Lakin hər kəs öz ixtisasında təkmilləşməlidir. Adam var, filologiya məzunudur, amma yeni çıxan kitablardan xəbəri yoxdur. Adam var, iqtisad məzunudur, böhran haqqında taksi şoferi kimi danışır. Adam var, dindardır, amma islamdan xəbəri yoxdur, Babəklə fəxr edir. Bütün bunlar vaxtı amansızcasına xərcləməyin nəticəsidir.
Futbola, teleseriala xərclənən vaxtın onda biri qədər vaxt oxumağa xərclənmir. Nəticədə çoxları ixtisasını da bilmir.
O ki, qaldı ümumi mədəni səviyyələri ola, Hüqonu, Dostoyevskini oxuyalar, Nitsşedən xəbərdar olalar...

Zaman pulsuzdur, amma puldan qiymətlidir!

Zamanı pulla almaq olmaz. Onu uzatmaq olmaz. Zamanı pul kimi yığmaq olmaz. Zamanı saxlamaq olmaz. Zaman bir çay kimi axıb gedər, ona baxıb şeir də yazmaq olar, balıq tutmaq da. Ən pisi isə ona arxa çevirməkdir.
O isə bir gün səni də sel kimi alar ağuşuna...

Müəllif: Qan Turalı
Mənbə: http://www.milli.az/news/society/4618.html

 
loading...

11 şərh

Angelie

Tamamilə doğrudur...bir çoxumuz vaxtın azlığından, gözlərimizin ağrımasından, kitab almaqçün pulumuzun olmamağından çox şikayət edirik...amma özümüzdə yaxşı bilirik ki, bütün bunlar özümüzə haqq qazandırmaqdan başqa bir şey deyil((...yarımçıq qalmış kitablarımı oxumağa həvəsləndirdiyinizçün təşəkkür edirəm..

Rene
Şəxsən mənim marağımı cəlb edən kitabları çox tez oxuyub qurtarıram. Mənə maraqlı gəlmədisə, lap istiyir bestseller olsun, oxumayacam. Axır vaxtlar Sidni Şeldonla, Aqata Kristinin kitablarını çox böyük həvəslə oxuyuram. A.Kristi sırf detektiv sevənlər üçün nəzərdə tutulsa da, S.Şeldonda konkret bir janr yoxdu, qarışıqdı, sevgi də, detektiv də və s. var. Həm süjet xətti gözlənilməz olduğundan insanı daim həyəcanda saxlayır. Hər kəsə məsləhət görürəm. :)
Shabnam_Ilham
Qan Turalının yazılarını çox bəyənirəm, demək olar fanatıyam :) Facebook demişkən, facebookda birdən nəsə maraqlı bir hekayə və yaxud məlumat paylaşanda çoxusu oxumamış like eliyir. Bunu təbii ki, qısa zaman kəsiyində etdiyindən bilirsən ki oxumuyub hələ bu azmış kimi də arsız arsız da yazırlar ki, hövsələm çatmadı amma maraqlı yazıya oxşuyur. Bir deyən yoxdu ki, " a bala oxumursan oxuma, day niyə yalannan rəy bildirirsən? " Oxumamış hər hansı bir yazıya rəy bildirənləri xoşlamıram. Onu deyə bilərəm ki, bizdə nə oxumağa maraq nə də hövsələ var. Həqiqətən də təəssüfləndirici haldır. Ən əsası hamıya oxumağa maraq və hövsələ arzu edirəm. Facebookda boş vaxt keçirməkdənsə, demirəm yalnız və yalnız bir kitab oxunsun, amma ən azından intellekti yüksəldiləcək bir şeylə məşğul olunsa daha yaxşı olar məncə.
Aysel218
Men de tam bu fikirdeyem ..haqlisiniz.Facebookda menasiz vaxt kecirenler dehset choxdu ,her deqiqe ne yemek yediklerini bele yazirlar artiq,,ama bilmirlerki bu sadece  onlar uchun maraqlidi basqalari uchun yox,
Shabnam_Ilham
Məncə də… Amma bu cür insanlar hələ də anlamırlar ki, necə də mənasız həyat yaşayırlar… Biləndə isə çox gec olacaq :)
Aysel218
herden 1nece deqiqe fikirlesiremki goresen bele heyatdan nece zovg almaq olar? en cox da yazigim gelir ki-- gore nece menasiz heyatlari var
Shabnam_Ilham
Elələrini bir neçə dəqiqə fikiləşmək də vaxt itkisidi, fikirləşməyin ən yaxşısı..Hər kəsin öz işidi özləri bilər :D
Aysel218
ne bilim,,herden olurda:) chalisaram olmasin:)
Natali
raziyam sizinle
Aysel218
Men Kitab oxumagi chox sevirem… o bilirsiz kimlere aiddi--facebooku BAZARa chevirenler varee:) her deqiqe basi duwuk duwuk statuslar yazib menasiz isler gorenlerdi..hele like yiganlardan danismiram… umumyetle mence insanin heyati ele olmalidirki semereli olsun her wey--men intellektual yarislarda istirak edirem her hefte sonlari ,komanda yoldaslarimla mewqlerimiz olur eve geldikde ise hansisa bedii eseri oxuyuram ,internetde maraqli faktlar oyrenirem ,facebook ise sadece hansisa bir tedbir ve ya yenilikleri oyrenmek uchundu mene gore, facebookdan da eger insan istese oyrene biler… her weye vaxt chatdirmaq olur univ. derslerine de hemcinin… '' Vaxtim yoxdu sozu sadece behanedir. (mene gore)
topik ucun tesekkurler,ne vaxtdi bu cur topik gozluyurdum ele :)
IlkinParkEvo
Duzdu oxumaga hevesim olmasada bilmirem bu heves hardan gelib oturub Kayzenin bu maraqli meqalelerin oxuyuram:))menim oxumaga maragim yoxdu ama oxumaga hovselem var.arada cerxi felek tersine dovran eliyir elime kitab aliram.Facebook-a geldikde ise baglamaq istesem bagliyaram.adam var ki cixa da bilmir.inadim inaddi.