Рейтинг
+94.67

Kitablar və mütaliə

140 üzv, 106 topik

BUKkrossinq | Kitabların səyahəti

bookcrossingTəbii ki, kitablar özbaşına gəzə bilməzlər.Onların «səyahətinə» insanlar yardım edirlər. Bunun üçün xüsusi hərəkat olan Bukkrossinq yaradılıb.
Bukkrossinq ingilis sözü olub, «kitab dövriyyəsi» mənasını ifadə edir.
Onun mahiyyəti belədir: bir nəfər hər hansı bir kitabı oxuduqdan sonra onu ictimai yerdə- parkda, kafedə,qatarda, metro stansiyasında «unudur» ki, başqa biri onu tapıb oxusun. Kitabların belə «səyahət»i xüsusi internet saytları tərəfindən izlənilir.

Bukkrossinq təşəbbüsünü amerikalı internet texnologiyaları üzrə mütəxəssis Ron Hornbeker 2001-ci ilin mayında irəli sürmüşdü.
Birinci dəfə o, 20 kitabın içinə təlimat yazılmış vərəqlər qoyaraq onları yaşadığı mehmanxananın foesində yerləşdirmişdi. Yarım ildən sonra onun şəxsi saytında artıq  300 aktiv oxucu vardı.
Ardı →

"Kitab Allahı" | Elman Mustafayev

Heydər Əliyevin sözünü kəsən, DİN mayorunun rütbəsini sökdürən, Orxan Pamuku təəccübləndirən — Elman Mustafayev
 Hələ sentyabr ayında işdə həmkarlarım arasında kiçik bir sorğu keçirib, ölkənin maraqlı adamlarının siyahısını hazırlamışdım. İndiki zəmanədə nə qədər təəccüblü görünsə də, özünə yemək əvəzinə axırıncı pulunu kitab almağa xərcləyən həmkarım Vəfa xanım (bəlkə bu tərifə görə, mənə yenə kitab bağışladı) çox getdiyi bir ünvanda — Qız Qalasının düz yanındakı kitab mağazasında gördüyü həm müdir, həm satıcı, həm də maraqlı həmsöhbət olan Elman Mustafayevin adını çəkdi. «Niyə də yox», dedim. Həm də əlavə etdim ki, Elman müəllim mənim dostumun dayısıdır. Amma «operativ»liyimi nəzərə alsaq, Qız Qalasının yanına getməyim bir xeyli uzandı. İki aydan sonra, noyabrda təsadüfən həmin dostum Zaur Şəkidən Bakıya gəldi. Özü də məndən xahiş elədi ki, dayımın yanına getmək istəyirəm, məni ora apar. Bax, bu lap yerinə düşdü.Zaurla birgə getdik də, Elman müəllimin bir çayını içdik də, müsahibə üçün razılığını aldım da… Demişdim axı, operativ işləyirəm. Yenə aradan bir ay keçdi və nəhayət, Qız Qalasının yanındakı kitab mağazasına getmək mənə nəsib oldu. Guya bir saatlıq getmişdim. Bir də ayıldım ki, bizim söhbətimiz və Elman müəllimin əla likörünün dadı mənə vaxtı unutdurub. Düz dörd saatdan artıq Azərbaycanın və bəlkə də Qafqazın yeganə ən çox təcrübəli KİTAB ADAMI (seçdirmə mənimdir — E.X.) ilə həmsöhbət olmuşam. Uzun-uzadı yazmadan, söhbətimizin yadımda qalan ən maraqlı məqamlarını Sizə də danışacağam.
Davamı →

Dünyanı dəyişən 10 kitab

Kitab müasir dünyanın bir parçasıdır. Hər gün bütün dünyada milyonlarla kitab çap edilir, satılır, müzakirə edilir və s. Amma bəzi kitablar var ki, onlar insanların, xalqların həyatında mühüm rol oynayıb və belə kitablar dünyanı dəyişib. Bu gün sizə dünyanı dəyişə 10 kitabı təqdim edirik.

1. «Quran» 

«Quran» İslam dininin müqəddəs kitabıdır. «Quran» müsəlmanlar tərəfindın Allahın sonuncu kitabı olaraq qəbul edilir. 1 milyarddan çox insan islam dininə tapınır və təbii ki, «Quran» dünyanı dəyişən kitablardan biridir.

2. "İncil"

Şübhəsiz "İncil" qədər dünyanı dəyişən ikinci kitab tapılmaz. Bu kitab yaranmasından 2 əsr sonra bütün Roma İmperiyasını bütpərəstlikdən xilas edib və imperiya əhalisi xristianlığı qəbul edib. O zamandan bəri xristianlıq dünyanın ən çox tərəfdara sahib dinidir.


Ardı →

Oxunmasına qadağa qoyulan kitablar

İndi dünyanın ən şedevr əsərləri kimi tanınan, artıq klassikya çevrilmiş bəzi bədii nəsr nümunələrinin bir zamanlar ən alçaldıcı ittihamlara məruz qalaraq qadağan edildiyini bilirsinizmi? Qadağan edilənlər içərisində kimlər yoxdu ki, Mark Tven, Ceyms Coys, Selincer və digərləri. Onların hansı səbəblərdən dolayı qadağan edildiyini biləndə təəccüblənəcəksiniz. Beləliklə, qadağan edilən 10 klassik bədii nəsr nümunəsini sizlərə təqdim edirik.


1. «Uliss» — Ceyms Coys


Homerin "İliada" əsərindən təsirlənərək yazılan əsərdə Leopard Blumun Dublində keçirdiyi bir gündən bəhs edilir. Hər iki kitab arasında üstüörtülü və aşkar paralellər var. Kitab nəşr olunan zamandan mübahisələrə və senzuralara məruz qalıb. Kitab Böyük Britaniyada 1930-cu illərə qədər qadağan idi.


Ardı →

Kitab oxumaq insanda stressin səviyyəsini 3 dəfə azaldır

Əksər Avropa ölkələrində istirahət mövsümü kitab oxumaq üçün fürsət hesab olunur. Amma bu gün çoxumuz nəinki istirahət mövsümündə, heç bikarçılıqdan ürəyimiz sıxılanda da kitab oxumaq barədə düşünmürük. Günümüzün çoxunu ya çayxanada, ya kompyuter arxasında, ya da televizor qarşısında keçiririk. Hələ mən kitaba pul xərcləyənlərə cəmiyyətimizdə birtəhər baxılmasından danışmıram. Halbuki kitab oxumağın insan psixologiyasına və səhhətinə bir sıra müsbət təsirləri var… «Kitab oxuyarkən ürək Döyüntüsü normallaşır» Kitab oxumağın orqanizmə faydasını araşdıran britaniyalı mütəxəssislər də maraqlı nəticələr əldə ediblər. Onların qənaətinə görə, cəmi 6 dəqiqə kitab oxumaq insanda stresin səviyyəsini üç dəfə azaldır: «Başqa üsullarla müqayisədə kitab oxumaq insanı daha tez sakitləşdirir və yüngülləşdirir».

Ardı →

Mütaliə

İnsan zəkasının inkişafında müstəsna rol oynayan mütaliə eyni zamanda onun mənəvi inkişafı, digər insanlarla müasibəti, gündəlik hadisələrə baxış tərzi, qərarların verilməsi və s. məsələlərdə də mühüm rol oynayan əsas amillərdən biridir. Qədim zamanlardan bəri oxuma-yazma bilənlər digərlərindən fərqlənmiş, sayılıb-seçilən olmuşdur. Bu da onların mədəni səviyyələrindən qaynaqlanmışdır. Bu səviyyəni isə onun mənəvi zənginliyi və bu zənginliyi ona qazandıran oxuması, elmi olmuşdur. Cəmiyyətdə oxuma-yazma bilənlərin sayı nə qədər çox olduqca o cəmiyyət daha çox inkişaf səviyyəsinə malik olmuş, digər cəmiyyətlərlə təması zamanı öz dəyərləri ilə seçilmişdir.


Ardı →

Boş qalan dolu kitabxanalar

Elm və texnologiyanın inkişafı insanı günbəgün təbiilikdən uzaqlaşdırır. Qabaqlar hamımızın görüş yerimiz, bilgi və  elm ocağı olan kitabxanalar yavaş-yavaş virtual alternativləri ilə əvəzlənir. 5-10 il öncə kitabxana salonlarında “iynə atsan yerə düşməzdi”, amma indi bu məkanlara gedənlər barmaqla sayılacaq qədər azdır. Milli.Az xəbər portalı bu dəfə kitabxanaları araşdırır.

İlk kitabxana eramızdan əvvəl olub
Kitabxanalar yazılmışları bir araya yığan, qoruyan, onlardan insanların faydalanmasını təşkil edən xalq evləridir. Bir çoxumuzun vazkeçilməz qiraət və istirahət yeri hesab etdiyimiz kitabxanalar barədə nə bilirik?
Kitabxanalar xidmət formalarına görə milli kitabxanalar, ümumi və ya xalq kitabxanaları, uşaq kitabxanaları, məktəb kitabxanaları, universitet kitabxanaları, xüsusi kitabxanalar, şəhər kitabxanaları və səyyar kitabxanalar kimi növlərə ayrılırlar.
Əsrlər boyunca yazılan və bu gün nəşr edilən milyonlarla kitab kitabxanalarımızı hər gün bir az zənginləşdirir. Lakin təəssüflə qeyd etməliyik ki, son vaxtlar bu sahədə kəmiyyət artsa da, keyfiyyət azalıb.
Ardı →

Azərbaycanlılar kimin kitabını oxuyur

“Günə 20-30 manatlıq kitab satsaq, bu, böyük şeydir. Oxucuların sayı azala-azala gedir. Ali məktəblərin tətilə getməsi işimizi daha da çətinləşdirir. Cavanlar qurşanıblar mobil telefona, internetə… Nə yaxşı ki, hələ də kitab soraqlayan adamlarımız qalıb” — Elmlər Akademiyası metrosunun həndəvərində 7 ildir səyyar kitab satışı ilə məşğul olan Mərdan kitab bazarının taleyi haqda söhbətimizə bədbin notlarla başlayır. Reportajımızı Mərdan və onun kolleqalarına həsr etməkdə məqsəd kitab bazarını gözdən keçirmək idi.


Ardı →

Ən çətin oxunan əsərlər

Elə kitab və ya əsər olubmu ki, oxumağa gücənəsiniz və yarıda qatlayıb rəfə qoyasınız? Oxunaqlı olmayan əsərlər arasında dünyaca tanınmış müəlliflərin də işlərinə rast gəlmək olur. Hətta “şedevr” adlandırılan əsərlər də. «Listverse.com» portalı dünya ədəbiyyatında ən çətin oxunan 10 əsəri müəyyənləşdirib.
Ardı →