Рейтинг
+94.67

Kitablar və mütaliə

142 üzv, 128 topik

XXI əsrin 20 ən yaxşı romanları

“The Million” saytı jurnalist, yazıçı və tənqidçilərdən ibarət 57 nəfər ekspert qrupu vasitəsilə XXI əsrin 20 ən yaxşı romanını müəyyənləşdirib. 

1. “Orta cins” Ceffri Evqenidis
Bir hermafroditin həyatından bəhs edən açıq və səmimi etiraflar. Onun gözü ilə bir ailənin bir neçə nəslinin tarixçəsi danışılır. Əsər birinci şəxsin dilindən yunan əsilli Amerikan tərəfindən Berlində yazılıb. “Orta cins” 2003-cü ildə Plutser mükafatına layiq görülüb.

2. “Oskar Uonun qısa və təəccüblü həyatı” Juno Dias
Yarı avtobioqrafik roman 2007-ci ildə Dominikan əsilli Amerikalı tərəfindən yazılıb.


Ardı →

Oxu, şəfa tap!

Oxu, şəfa tap!
Gündəlik həyatda qarşımıza çıxan problemləri, bəzi mənfi alışqanlıqlarımızı aradan qaldırmaq üçün müxtəlif kitablar oxuyuruq. Bunların içində əsasən psixoloqların tövsiyələrinin yer aldığı fərdi inkişaf kitabları çoxluq təşkil edir.

Bəs bədii ədəbiyyat necə? Öhdəsindən gəlməkdə çətinlik çəkdiyimiz pis alışqanlıqları aradan qaldırmaq üçün bizə kömək edə bilərmi? Axı bədii ədəbiyyat təkcə oxuyub ani zövq almaq üçün deyil, onun həm də “müalicəvi” əhəmiyyəti də var.


Ardı →

Jurnalistin maraqlı layihəsi

kitablarHər bir yazıçının ən böyük istəyi oxucunu təsirləndirmək, onu kitabı oxumağa elə ilk cümlədən həvəsləndirməkdir. Oxucunun oxuduğu ilk cümlə o kitabın satılması, son cümləsi isə yazıçının daha çox oxucu qazanmasına yardımçı olur. İlk cümləni ilahiləşdirən yazıçılar da az deyil. Məsələn, Nobel mükafatlı şair Oktavio Pasa görə, ilk cümlə ya Yaradandan, ya da gizli bir mənbədən vəhy kimi göndərilir.

Türkiyənin “Zaman” qəzetinin müxbiri Musa İyrek şair Enis Baturun ilk cümlələrlə bağlı maraqlı bir ideyasını reallaşdırıb. İlin əvvəllərində “İncipit” adlı bir institut yaradıb və bütün romanların ilk cümlələrini toplamağa başlayıb.

Saytları əsl arxivi xatırladır; burada eyni vaxtda həm Qustav Floberin “Madam Bovari”sinin, həm Yaşar Kamalın “İncə Məmməd”inin, həm Herman Hessenin “Knulp”unun ilk cümləsini oxumaq mümkündür...

Oxucuların, maraqlananların da gündən-günə artmaqdadır. Musa İyrekin ən yaxşı köməkçiləri də elə onlardır; əllərinə hansı kitab keçsə, ilk cümləsini köçürüb İyrekə göndərirlər.


Ardı →

Aşk | Elif Şafak

Elif Şafak - AşkHəyatlarımızın durğun gölünü dalğalandıran daş kimi, üzləşmək məcburiyyətində olduğumuz çətinliklər, ağrılar… və məhəbbət uğruna keçməli olduğumuz çətin yollar, qurban verdiklərimiz…
“Aşk”- kitab içində kitab, həyatın mənası  axtarışında  bir eşq macərası…
“Aşk “ Elif Şafakdan  axtarışa,  gerçəyə və kəşf etməyə dair bir roman .

Haqqında çox danışılan, çox böyük marağa səbəb olan roman — “Aşk”.
Əsərin müəllifi, əsərləri 30-dan çox dilə tərcümə olunan türk yazar Elif Şafakdır. Roman 2009-cu ildə nəşr edilmiş və orijinal dili ingilis dilidir. Əsər türk ədəbiyyatı tarixində ən qısa zamanda ən çox satılan kitab olmuşdur.

 Bütün bu maraq, rekord satışlar əbəs deyil, təbii ki. Oxucuların ürəyindən xəbər verən roman bütün bu şöhrətə laiqdir. Nizami Gəncəvinin dediyi kimi: “Ürəkdən gələn söz, ürəklərə yol tapar.” Elif Şafak da bu romanda “Aşk”ı  ürəyindən necə gəlibsə, elə də ifadə edib. Kitabı oxuyanlar bunu çox yaxşı hiss edib yəqin ki. Öz adıma deyim ki, roman  məndə belə təəssürat yaratdı.

Elif Şafak özü roman haqda bunları deyir:  “...Bu romanda oxucuya öz ürəyimi açdım. Təsəvvüf mənim sirrimdir, o sirri oxucuya aşkar etdim. Bu kitabı Şəms Təbrizi və Mövlanə Rumi haqqında bir kitab yazmaq arzusuyla qələmə almadım. Bu kitabda mən eşqi anlatmaq istədim. Əsas məqsədim bu idi. Həm dünyəvi, həm də mənəvi ölçülərlə eşqdən yazdım.


Ardı →

Çərpələng uçuran | Xalid Hüseyni

Xalid HuseyniKiatabları sevirəm, amma hər kitabı da yox.  Təsirli kitabları daha çox sevirəm. Kafka kimi desəm, gərək kitab mənə “başıma vurulan zərbə” kimi təsir etsin. (Əgər oxuduğumuz kitab bizi başımıza vurulan zərbə kimi sarsıtmırsa, niyə oxumağa vaxt sərf edək ki? F.Kafka)

Oxuduğum kitablar arasında təsirlilərindən biri də Xalid Hüseyninin məşhur əsəri “Çərpələng uçuran”dı. Əsər bestseller də olub, amma nə yalan deyim, əsəri sırf bestsellerdi deyə oxumaq düzgün deyil, məncə. Çünki, elə bestsellerlər var ki, onlar elə də maraqlı deyil. Mənə görə, o kitablar şans əsəri “Gangnam style” kimi məşhurlaşıblar. :)

Əsərin müəllifi Xalid Hüseyni əfqan əsilli Amerika yazıçısıdır, əsas peşəsi həkimlikdir. “Çərpələng uçuran” onun ilk və ən uğurlu romanıdı.(bildiyim qədəri ilə digər romanı da”Min möhtəşəm günəş”di) Düzünü etiraf etsəm, əsərin türkcə adı daha çox xoşuma gəldi-“Uçurtma avcısı”.


Ardı →

Sirr | Ronda Bern

Ronda Bern Diqqətinizi çiçəklənməyə doğru yönəldin.
 Daxildə nə varsa, xaricdə də odur.
 Bu kitab sizə həsr olunur.
 Qoy, bu Sirr sizə ömür boyu sevgi və xoşbəxtlik gətirsin!
 Mən bunu sizə və bütün dünyaya arzu edirəm...
                                                                                    (Ronda Bern)
                                                                                       

 
Bir müddət bundan əvvəl oxuduğum, çoxdandı haqqında paylaşmağı düşündüyüm kitab — Sirr.  Əvvəlcə onu deyim ki, kitab dünyada 19 mln nüsxədən çox satılmış, 45 dilə tərcümə edilmişdir. Ümumilikdə psixoloji kitabdı və insana ancaq pozitiv enerji verir.(tam da ehtiyacımız oln şey)
2007-ci ildə çap olunan bu kitabın müəllifi Ronda Berndir. Kitab Azərbaycan dilinə çox tez 2012-ci ildə tərcümə olunub (buna da şükür).

Kitabda söhbət həytımızın birbaşa asılı olduğu və əslində özümüzün də xəbərsiz olduğumuz Sirrdən- cazibə qanunundan gedir. Kitaba görə, sizinlə baş verən hər bir hadisəni, əslində siz öz həyatınıza cəzb etmisiniz. Sizin həyatınız sizin düşüncələrinizdir.
Əvvəlcə insana qəribə gəlsə də dayanıb keçmişə nəzər salanda görürsən ki, Ronda Bernin sözlərində həqiqət var. Ona görə də əziz kayzençilər, pozitiv düşünək ki, hər şey yaxşı olsun!
Ardı →

Uşaqlarda oxu vərdişləri yaratmağın yolları

Kitab oxumaq uşaqlar üçün darıxdırıcı hətta dünyanın ən çətin fəaliyyətlərindən biri ola bilər. Amma çətin də olsa da, bu fəaliyyəti bir vərdiş və həyat tərizinə çevirmək lazımdır.

Uşağınız kitab oxumağı sevmirsə, bir neçə kiçik hiylə ilə vərdiş halına gətimrək lazımdır. 

Kitab hədiyyə edin
Bütün uşaqlar hədiyyəni çox sevir. Belə kiçik hiylələr ilə ona kitab oxuma vərdişində dəstək ola bilərsiniz. 
Ardı →

Oxucunun tələbləri

А. Ümumi: 

1. Bütün kitabları bir qaydada oxuma. Oxuma qaydası qiraətin məqsədi (hədəfi) ilə uyğun gəlməlidir. 


B.Maariflənmək üçün oxunan zaman:


2. Yadda saxla, mütaliə — “sözgəlişi”, “bekarçılıq” deyil, vacib, lazım olan, ciddi işlərdən biridir. 


3. Heç olmazsa, oxuduğun kitablardan birini tədqiq edərək, oxu. 


4. Mütaliəyə sərf etdiyin vaxt və qüvvəyə heyfsilənmə: artıqlamasilə ödəniləcək. Bütün qüvvəni mütaliəyə sərf et. 

5. Durmadan təfəkkür və təxəyyül tənbəlliyi ilə mübarizə apar. Bunlar ən pis düşməndir. 

Ardı →

Tarixsiz səhifələr

Məncə ən yaxşısı qeydləri hər gün etməkdir. Gündəlik tutmaq lazımdır ki, məğzinə varasan. Heç bir xırdalığı, kiçik faktları  hətta onlar qeyri mümkün görünsələr belə itirməmək lazımdır,  ən başlıcası onları sistemləşdirmək lazımdır. Bu stolu, küçəni, tənbəki kisəmi necə görürəmsə eləyazmalıyam, çünki məhz BU dəyişilib. Bu dəyişikliyin ölçüsünü və xarakterini dəqiq müəyyən etmək lazımdır. 

 Məsələn elə bu karton qabı götürək, mən onun içində mürəkkəb qabarcıqlarını saxlayıram. Gərək çalışıb onu əvvəl və sonra necə gördüyümü müəyyən edəm. Bax bu fonda görünən düzbucaqlıparallelepiped… Boş şeydir, bu barədə danışmağa dəyməz. Məhz elə bundan qaçmaq lazımdır- ən kiçik qəribəliyin belə olmadığı nəyisə qəribə təsvir etməkdən. 
 

Ardı →

Bahalı kitab evləri və Qaçan oxucu

Kitablar — mənim ən yaxın və ən dəyərli dostlarım, amma kimisinə görə də lazımsız bir yığın kağız parçalarıdır. Dostlarıma qarşı biganəlikdən hər zaman şikayətçi olmuşam. Axı kitab elmin tək açarıdır, biz yalnız onların vasitəsi ilə elmə, təhsilə yiyələnirik. Bu səbəbdən onu oxumaq sadəcə bir həvəs deyil, vərdiş olmalıdır.

Bəs bizdə vərdiş bir kənara,  kitab oxumağa niyə həvəsimiz də yoxdur? Yoxsa kitablara qarşı bizdə fobiya formalaşıb? Kitab oxumağa vaxt tapa bilmirik və ya almağa pul? Bəlkə də kitabxanalarımız yoxdur. Səbəblər müxtəlifdir, ancaq onları aradan qaldırmaq üçün çarə tapmaq gərəklidir.

Əldə etdiyim məlumatlara görə Avropa ölkələrində hər 20 min insana, Ukraynada isə hər 30 min insana 1 kitab evi düşür. Bizdə isə bu göstərici həddindən artıq aşağıdır: 900 min nəfərə bir kitab evi.


Ardı →