Рейтинг
+94.67

Kitablar və mütaliə

121 üzv, 88 topik

Professor Douelin başı

Xeyir qalib gələ bilmirsə, heç olmasa Şər cəzasını almalıdır.

Susmaq qızıldır. Öz qiymətinizi itirdikdən sonra heç olmazsa dilsiz heyvan və əsl idiot ləyaqətinizi hifz etmək istəyirsiniz, lakin buna müvəffəq olmayacaqsınız. Susmaqdan sonra partlayış olur. Nitq klapanının qoruyucusunu açmasınız, kindən partlayacaqsınız.

Məsələ burasındadır ki, bu şəhər hər gün insan qurbanı tələb edən müasir dava allahıdır. Mən hələ zavod, fabrik və tikintilərdəki bədbəxt hadisələri demirəm. Hər gün dəyişilməz təbiət qanunlarına əsasən şəhərdə küçə hərəkətindən bir neçə adam tələf olur. Budur, ölümə məhkum olunmuş bu gülərüzli, sağlam adamlar sabah başlarına nə gələcəyini ağıllarına gətirmədən bu axşam arxayınca yerlərinə girəcəklər.
Davamı →
 

E-kitab nədir və necə istifadə olunur?

E-kitab, yazı, şəkillər vəya hər ikisindən ibarət olub rəqəmsal mühitdə yayımlanan bilgisayar vəya elektron cihazlar vasitəsi ilə oxunan kitablardır.
 
Ümumiyyətlə İpad, android planşet, ağıllı telefonlar, kitab oxuyucu cihazlar və bilgisayarlarda oxuna bilən hər növ fayla e-kitab demək olar. Elektron kitabın ən böyük ütünlüyü yüzlərlə kitabı üzünüzlə hər yerə apara bilərsiniz. İstər əlavə bir cihaz istifadə etmədən telefon vəya planşetinizlə, istərsədə çantanızda kiçik bir yer tutacaq xüsusi e-kitab oxuyucu cihazlar ilə 32 GB-lıq bir yaddaş ilə təxminən 10.000-15.000 kitabı özünüzlə hər yerə apara bilərsiniz.
Davamı →
 

Yalquzağın məhvi və Dahiliyə xəyanət

Ümumiləşdirsək…
Kitabı maraqlı edən nüanslardan biri onun həm də avto-bioqrafik olmalısıdır. Əsər 47 yaşlı, demək olar ki həyatdan, cəmiyyətdən qopmuş, dövrün bəsit həyat tərzləri ilə heç cür razılaşa bilməyən Harri Hallerin ruhi axtarışları, çırpınışları haqqındadır. Harri müxtəlif qəzetlərdə siyasi səbatsızlığı və məsuliyyətsiliyi tənqdin edən, öz ailəsini, işini, evini tərk etmiş, itirmiş və yalnızlığı seçən bir ziyalıdır.

Elə bunların nəticəsidir ki, Harri özünün iki kimliyi oduğuna – bir tərəfdən insanlardan uzaq yaşayan və təpəm tək dolaşan “Yalquzaq”, digər tərəfdə isə digərlərinə qaynayıb qarışmaq istəyən, mədəniyyət və sevgi axtarışında olan bir insana – inanır. Və ruhundakı bu çaxnaşmaların nəticəsi olaraq Harri intihar etmək istəyir və əsər onun şəxsiyyətinin haçalanması və daxili konfliktologiyası üzərinə yazılmış möhtəşəm bir iç-monoloq, psixoloji portretdir.
Davamı →
 

"Zəfər tağı"ndan sitatlar

Dost kimi qalmaq? Soyumuş lavanın ortasında sönmüş hisslərlə kiçik bağ salmaq? Xeyr, bizim üçün deyil. Bu, yüngül davalardan sonra olur, lakin çox saxta formada. Sevgini dostluqla ləkələməzlər. Son sondur.

Qadınlar hər zaman kişilərin unutduqları şeylər üçün narahatlıq keçirir. Kişilər isə bu narahatlığı qadınların xatırladıqları şeylər üçün keçirir.

Mən onun yanında dayanıb, ona qulaq asırdım, gülürdüm və düşünürdüm ki, bu cür qadını sevib, eyni zamanda kasıb olmaq necə də dəhşətlidir.

Adam hərdən inanmaq istəyir ki, çox şeyi unutmağa qadirdir. Bu həm müqəddəs alqış olardı, həm də dəhşətli qarğış.
Davamı →
 

Həbsxanada yazılan əsərlər

Migel de Servantes – “Don Kixot”
Dövlət xəzinəsinin yeyilməsi səbəbi ilə həbsə atılan Servantes dörd divar arasında bəşəriyyətin ən möhtəşəm romanlarından olan “Don Kixot”u yazmağa başlayır. Həbsxana həyatı da elə uzun deyildi. Və yazıçı burda “Don Kixot” kimi əfsanə romanı bitirməyə müvəffəq oldu.

Adolf Hitler – “Mənim mübarizəm”
Hitlerin Landsberq həbsxanasında dostu Rudolf Hess tərəfindən qələmə alınıb. Kitab iki cilddədir. Həyatını, siyasi baxışlarının dəyişilməsində rol oynayan təsirlər, yəhudilər haqqındakı ilk fikirləri, müharibə xatirələri bu kitabın əsas mövzusudur.
Davamı →
 

Joseph Brodskyə görə oxumağın qaydaları

Təbii kitab seçimimiz yaxşı kitabların üzrəində dayanmalıdır. Ancaq paradoks ordadır ki, ədəbiyyatda, hər yerdə olduğu kimi yaxşı və pis müstəqil kateqoriyalar şəklində mövcud deyil: yaxşı ancaq poslə müqaisədə ortaya çıxa bilir. Bundan əlavə, yaxıçı yaxşı kitab yazmaq üçün nəhəng miqdarda maklatura oxumalıdır — əks halda lazımi kriteriyaları müəyyənləşdirə bilməz. Və məhz üsul Qorxunc Məhkəmədə pis ədəbiyyatın mühakiməsini təşkil edə bilər.

Mütaliə sistemi haqda
Son nəticədə biz oxumağın özü üçün deyil, öyrənmək və dərk etmək üçün oxuyuruq. İnsanın hər vəziyyətinə uyğunlaşdırılmış, ən kəskin fokuslara hesablanmış, başqa sözlə ən qısa yola, mətnin yığcamlığına, presslənməsinə, əsərin dolğun və az yer tutmasına olan ehtiyac burdan doğur. Kitab xülasəçiləriylə bağlı rastlanılan üç pis vəziyyət

Davamı →
 

Kitabları sevmək üçün 8 məsləhət

1. Facebooku və ümumilikdə interneti bağlamaq
Oxumağınızın qabağını alan ən mühüm faktordur. Dünyada o Facebookun qırmızı bildirişinin qarşısında duruş gətirə bilən adam çox azdır. Ona görə də telefonun internetini bağlayıb bir kənara qoyun. İndi siz kitabla tək qalmısız…

2. Çantanıza kitab qoymağı unutmayın
Çantanızda mütləq kitab olsun. Yolda oxuyarsız. Növbədə dayananda oxuyarsız. Kafedə dostunuzu gözləyəndə oxuyarsınız. Kitabla vaxt itirməzsiniz. Bunun üçün müqəddəm şərt çantanızda kitab olmasıdır. Kitabsız çölə çıxmayın, sizə soyuq dəyər. Faniliyin qarı tökülər başınıza.

3. Mütaliəni əyləncəyə çevirmək
Mütaliəni əyləncə kimi qavrayın. Özünüzə ayırdığınız zaman kimi baxın. Əsla mütaliəni bir iş hesab etməyin. Siz başqalarından geri qalmamaq üçün oxumursuz. Siz özünüz üçün oxuyursuz. Kitab oxumaqla keçirtdiyiniz gözəl dəqiqələri, saatları gününüzün bəzəyi sayın.
Davamı →
 

Uşaqlarla kitabxanaya getmək üçün 5 mühüm səbəb

Dünya miqyasında pediatrlar valideynlərə uşaqları üçün kitab oxumağın üstünlüklərini vurğulayırlar. Uşağı ilə birlikdə kitab oxumaqla daha çox vaxt keçirən valideynlər övladları ilə müsbət münasibət formalaşdırır, uşaqların sosial-emosional inkişafına şərait yaratmış olurlar.

Kitab oxumaq hər yerdə mümkündür lakin, bunun üçün yaradılmış xüsusi mühit və şərait daha məhsuldar şəkildə kitab arxasında vaxt keçirməyə səbəb olacaqdır. Kitabxanalar və oxu zalları həm valideyn, həm də uşaqlar üçün tam uyğun bir məkandır. Kitabxanalara ara-sıra baş çəkmək nəinki uşaq hətta bütün ailədə xoş ənənələrin yaranmasına səbəb olacaqdır. Bunun üçün hətta ailə xüsusi bir gün və saatlar da təyin edə bilər- “kitabxana günü”, “qiraət saatı” və s.
Davamı →
 

Cəsur yeni dünya

Oldos Haksli Britaniyada, məşhur Haksli ailəsində 1894-cü ildə doğulmuşdur. Müasirləri onun iki ayrı ruh daşıdığını deyirdilər. Onun bir ruhu qədim şərq fəlsəfəsilə, bilinməyən və mistika ilə maraqlanarkən, digər ruhu son elmi kəşflərlə, rasional zəka ilə və siyasətlə maraqlanırdı.

Müəllifə görə “Cəsur Yeni Dünya” romanı gələcək haqqında kəhanətdən ibarətdir. Antik yunan mifologiyası, polineziya antropologiyası, sanskritcə və çincə buddist mətnləri, bitki və dərman haqqında yüzlərlə elmi araşdırma, neyrofiziologiya, psixologiya. Absurd olan qədim və yeni nə kitab varsa… Haksli “Cəsur Yeni Dünya”nı bütün bunlardan topladığını deyir.

Kitabdan serçmələr:
Və məhz elə bu xoşbəxtlik və məziyyətin sirridir-görməli olduğunuz işi xoşlamaq. Bütün tənzimləmələrin məqsədi budur: insanlara qaçılmaz sosial qismətlərini sevdirmək.

Xoşbəxtlik haqqında insanlar düşünməli olmasa, həyat necə də əyləncəli olardı. Hə, amma mən suni xoşbəxtlikdənsə bədbəxt olmağı daha üstün tuturam.
Davamı →
 

"Hərb və Sülh" romanı haqqında 10 fakt

1. Çoxları düşünür ki, 1300 səhifəlik “Hərb və Sülh” dünyanın ən uzun romanıdır. Əslində isə ən uzun roman 17-ci əsrdə Fransada yazılmış 13 min səhifəlik, 10 cildlik o qədər də tanınmayan “Artamène ou le Grand Cyrus” romanıdır. “Hərb və Sülh” romanın ilk iki nəşri 6 kitaba bölünmüşdü. Günümüzdə isə onu 1873-cü ildə Tolstoyun öz bölgüsü üzrə dörd kitab şəklində çap etmək qəbul olunub.

2. Tolstoy «Hərb və Sülh»ün qaralamasını yazarkən əvvəlcə Napaleon müharibələri haqda yox, köhnə dekabrist üsyançısı, çar I Nikolayı devirməyə uğursuz cəhd etmiş, 30 illik Sibir sürgünündən sonra qayıtmasına icazə verilmiş bir rus zabiti haqda roman yazmağı planlaşdırıbmış. Amma sonra yazıçı fikirləşir ki, Dekabristlər üsyanı haqda kitabı senzura xoşlamayacaq, ona görə də planını dəyişdirir.
Davamı →