Рейтинг
+94.67

Kitablar və mütaliə

139 üzv, 105 topik

Tanrı haqqında ən yaxşı 10 roman

Britaniyanın məşhur «The Guardian» nəşrinin saytında Tanrı haqqında kitabların top 10-luğu yer alıb. 
 
Bu mövzuda ən yaxşı kitab reytinqində amerikalı şair Riçmond Lattimorun ingilis dilinə tərcümə etdiyi İncil birincidir. 
 
Tənqidçilər qeyd ediblər ki, bu tərcüməni dini deyil, bədii əsər kimi qiymətləndirirlər.
 
İkinci pillədə Fyodor Dostoyevskinin «Karamazov Qardaşları» romanı, 3-cüdə  Con Apdaykın «Rocerin Versiyası» əsəri qərarlaşıb.
 
Onluğa həmçinin Entoni Bercessin “Dünyavi qüvvələr”, Ayris Merdokun “Mələklərin vaxtı”, Nikos Kazandzakisin “İsa Məsihin sonuncu tamahı”, Uilyam Hovard Hessin “Omensetterin uğuru”, Uilyam Qoldinqin “Qüllə”, Yevgeni Vodolazkinin “Dəfnə ağacı” və Flanneri O’Кonnorun “Yaxşı adam tapmaq asan deyil” əsərləri daxil olub.
 
 
Davamı →

Varlı ata, Kasıb ata

Dahi insanın yolu üzərində ən əhəmiyyətli maneə yersiz qorxu və inamsızlıqdır. Cavabı bilən, lakin onu dilə gətirməkdən qorxan şagirdləri görmək çox acınacaqlıdır. Real həyatda adətən ağıllılar deyil, cəsarətlilər uğur qazanır.

Problemin məndə olduğunu düşünürsənsə məni dəyişməli olacaqsan. Problemin səndə olduğunu dərk etsən, özün dəyişə, nələrsə öyrənə və müdrik ola bilərsən. İnsanların əksəriyyəti bircə onların özlərinin yox, dünyada olan digər hər şeyin dəyişəcəyini gözləyər.

Dinləməyi bacarmaq danışmağı bacarmaqdan daha vacibdir. Əgər bu belə olmasaydı Allah bizə 2 qulaq və 1 ağız verməzdi.

İnsanlar təhlil etmək əvəzinə, tənqid edər.

Gələcəyiniz sabah nə edəcəyinizdən deyil, bu gün nə etdiyinizdən yaranır.
Davamı →

Kitab insanı xoşbəxt edirmi?

«Telegraph» dərgisinin sosiologiya şöbəsinin elmi mətnlər üzrə redaktoru Sara Knaptonun başçılığı altında London İqtisadiyyat və Sosioloji Araşdırmalar Məktəbi və Susseks Universitetinin birgə apardığı araşdırmanı izləmək üçün ayırdığı qrup səkkiz aylıq iş prosesinin yekunlarına dair məqalə yayımlayıb.

İnsanı sabit vəziyyətindən xoşbəxtlik dağlarına qaldıran ünsürlər sorğu, ekspertiza və rəylər əsasında böyük diqqətlə araşdırılıb və proses maraqlı nəticələrlə yekunlaşıb. Ən maraqlı nəticə isə mütaliə ilə bağlı olub – kitab oxumağın insanı xoşbəxt etməsi ilə bağlı, əsrlərdir davam edən mülahizələri dağıdan göstəricilər ortaya çıxıb. 
Davamı →

Haruki Murakami: "Qaynadılmış Möcüzələr Diyarı və Dünyanın Sonu"

1985-ci ildə dərc olunmuş «Qaynadılmış Möcüzələr Diyarı və Dünyanın Sonu» romanı, yazıçının «Siçovul Trillogiyası»-dan sonra ədəbiyyat dünyasında haqqında danışılmasına və tanınmasına səbəb olan əsas amillərdəndir. İki fərqli süjet xətti ilə inkişaf edən hadisələr boyunca, yazıçı həm fantastik, həm elmi, həm nağılvari, həm fəlsəfi bir macəra təqdim edir oxucusuna.



Dörd tərəfi sarsılmaz qala divarları ilə əhatəli, təkbuynuzlu atların olduğu bir diyarda, kölgəsi kəsilib alınmış, keçmişi ilə bağlı heçnə xatırlamayan, kəllə sümüklərindən qədim yuxuları oxuyan və hekayənin digər tərəfində dünyanın sonunacan sadəcə bir neçə saatı qalmış baş obraz.

Azərbaycan dilinə hələki tərcümə edilməsə də, oxuyub həzz aldığım və Murakamini daha da çox sevməyimə səbəb olan bu kitabdan bəzi yaddaqalan cümlələri paylaşmaq niyyətindəyəm:


Dərin acılar göz yaşı şəklinə belə çevrilməz.

Əslində, ölümün özündən çox da qorxmurdum, Şekspirin də vaxtilə dediyi kimi, bu il ölsəz, gələn il ölməyəcəksiz. Düşüncə şəklinə görə, həqiqətən də çox sadə bir fikir.

Yorğunluğunun qəlbinə girməyinə izin vermə. Yorğunluq insanın vücuduna hökm edə bilər, amma qəlbin qoy mənimçün qalsın.
Davamı →

Dorian Qreyin portreti

— Bazil, artıq gecdir, çox gecdir!
— Yox, Dorian, heç vaxt gec deyil! Gəlin diz üstə çökək və yalvaraq, duaları yadımıza salaq! Məncə, Bibliyada hardasa belə bir ayə var: “Sizin günahlarınız qan kimi qırmızı olsa da mən onları qar kimi ağappaq edəcəm.”
— Bu sözlərin indi mənimçün heç bir mənası yoxdur.

Bir çox yazıçı və fikir adamları kimi Oskar Uayld da qadınlara qarşı ciddi münasibət bəsləmirdi. Oskar Uayld Lord Henrinin dilindən yazır: “Mənim əziz dostum, qadın dahi olmur. Qadınlar yalnız dekorativ cinsdirlər. Onların dünyaya deməyə sözləri yoxdur, amma deyirlər, özü də çox gözəl deyirlər. Qadın materiyanın ruh üzərində qalibiyyət mücəssəməsidi.” Mən bu qərara gəlmişəm ki, qadınlar, əsasən, iki kateqoriyaya bölünürlər: boyasız və boyalı qadınlar.

 Bu söhbətdən bir az əvvəl isə Lord Henrinin arvadı ledi Henri musiqi haqqında söhbət edərkən musiqiyə münasibətini belə ifadə edir: “Mən Vaqnerin musiqisini sevirəm. Onunku o birilərinkindən daha yaxşıdı. O qədər səsli-küylü musiqidir ki, adam teatrda bütün gecəni bir-biriylə söhbət edər və kənar adam da o söhbəti eşitməz. Bu da çox böyük üstünlükdür, elə deyilmi, Mister Qrey”?
Davamı →

Buludların üzərində ölüm

İnsan əgər həqiqəti deyirsə, o, heç nədən qorxmamalıdır.

Ah, bu detektiv müəllifləri! Onlar öz romanlarında həmişə polisi axmaq yerinə qoyurlar.

Axı qətlin təkcə günahkara və qurbana aidiyyatı yoxdur. O, günahsızlara da toxunur.

Təcrübəmdən bilirəm ki, adamların çoxu uçan yarasalar kimi kordurlar, yeri gəlmişkən, bu, bütün xoşbəxt adamlara aiddir, amma necəsə bir hədd var axı!

Siz öz gördükləriniz əsasında nəticə çıxardırsınız. Heç nə adamı birbaşa müşahidə qədər həqiqətdən uzağa apara bilməz.
Davamı →

Sərhəddən cənubda, günəşdən qərbdə

Başqalarına arzu təlqin etmək, təxəyyülünü oyatmaq — bunları həyata keçirmək indi mənim növbəmdir. Məndən tələb olunan, bax, budur. Bəlkə də, bu arzu və fantaziyaların enerjiyə ehtiyacı olacaq. Ola bilsin. Ancaq hər halda, varlığım bir məna kəsb edirsə, gücüm çatana qədər bu işi davam etdirməliyəm.

— Mənə yenə əzab verə bilərsən. Bilmirəm, gələn dəfə necə reaksiya verəcəm. Hərçənd, gələn dəfə əzab verən tərəf mən də ola bilərəm. Söz verə bilmərik. Nə sən, nə mən. Ancaq mən hələ də səni sevirəm. Bu qədər. Onu özümə sıxdım, saçlarını sığalladım.
— Yukiko, gəl sabah hər şeyi əvvəldən başlayaq. Öhdəsindən gələrik. İndi artıq gecdir. Səhər yeni gündür. Onda da başlayarıq. Yukiko diqqətlə mənə baxdı və dedi:
— Sən hələ də heç nə soruşmursan.
— Sabah yeni həyata başlayıram. Nə deyirsən?
— Məncə, bu yaxşı fikirdir.
— Üzü güldü.
Davamı →

Yarpaq tökümü

Qalib insanlar üçün səmimi və mərhəmətli olmaq ən asan və təbii bir hərəkətdir.

Səsini ucaltmaq canı yanan insanların ən ibtidai haqqı idi.

İnsanın səadətini uşaqlarından gözləməsi nə boş xəyalmış, ya rəbbi! Nə edəsən ki, Allah insanları bir cür yaradıb. Uşaqlarımızın hamısını məsud etməyə qüdrətimiz də olsa, əlbəttə birinin səadəti o birisininkindən hansı cəhətdənsə axsayacaqdır…
O məsudları dərhal unudacağıq. Övladlarımız içində hansı bədbəxtsə, yalnız onun səsini duyub ağlayacağıq. Bəli, uşaqdan, övladdan səadət gözləmək boş bir xəyaldır.

Bir sözlə, insan olmağa çalışmaq sənə də, mənə də zərərdən başqa bir şey gətirmədi. Baxaq, bir az da heyvanlığı təcrübə edək!..
Davamı →

Professor Douelin başı

Xeyir qalib gələ bilmirsə, heç olmasa Şər cəzasını almalıdır.

Susmaq qızıldır. Öz qiymətinizi itirdikdən sonra heç olmazsa dilsiz heyvan və əsl idiot ləyaqətinizi hifz etmək istəyirsiniz, lakin buna müvəffəq olmayacaqsınız. Susmaqdan sonra partlayış olur. Nitq klapanının qoruyucusunu açmasınız, kindən partlayacaqsınız.

Məsələ burasındadır ki, bu şəhər hər gün insan qurbanı tələb edən müasir dava allahıdır. Mən hələ zavod, fabrik və tikintilərdəki bədbəxt hadisələri demirəm. Hər gün dəyişilməz təbiət qanunlarına əsasən şəhərdə küçə hərəkətindən bir neçə adam tələf olur. Budur, ölümə məhkum olunmuş bu gülərüzli, sağlam adamlar sabah başlarına nə gələcəyini ağıllarına gətirmədən bu axşam arxayınca yerlərinə girəcəklər.
Davamı →

E-kitab nədir və necə istifadə olunur?

E-kitab, yazı, şəkillər vəya hər ikisindən ibarət olub rəqəmsal mühitdə yayımlanan bilgisayar vəya elektron cihazlar vasitəsi ilə oxunan kitablardır.
 
Ümumiyyətlə İpad, android planşet, ağıllı telefonlar, kitab oxuyucu cihazlar və bilgisayarlarda oxuna bilən hər növ fayla e-kitab demək olar. Elektron kitabın ən böyük ütünlüyü yüzlərlə kitabı üzünüzlə hər yerə apara bilərsiniz. İstər əlavə bir cihaz istifadə etmədən telefon vəya planşetinizlə, istərsədə çantanızda kiçik bir yer tutacaq xüsusi e-kitab oxuyucu cihazlar ilə 32 GB-lıq bir yaddaş ilə təxminən 10.000-15.000 kitabı özünüzlə hər yerə apara bilərsiniz.
Davamı →