Рейтинг
+94.67

Kitablar və mütaliə

142 üzv, 128 topik

Kitab Evləri

Bu cür möhtəşəm yerləri yaratmağı bacarmaq nə iqtisadiyyatın yüksəkliyindəndi, nə də ki başqa bir maddi səbəbdən. Bu sadəcə kitaba verilən dəyərdi. Kitabın möhtəşəmliyini anlamaqdı.

 Bibliothèque Interuniversitaire de la Sorbonne, Paris

  
Ardı →

Dünyanı dəyişən 10 kitab

Kitab müasir dünyanın bir parçasıdır. Hər gün bütün dünyada milyonlarla kitab çap edilir, satılır, müzakirə edilir və s. Amma bəzi kitablar var ki, onlar insanların, xalqların həyatında mühüm rol oynayıb və belə kitablar dünyanı dəyişib. Bu gün sizə dünyanı dəyişə 10 kitabı təqdim edirik.

1. «Quran» 

«Quran» İslam dininin müqəddəs kitabıdır. «Quran» müsəlmanlar tərəfindın Allahın sonuncu kitabı olaraq qəbul edilir. 1 milyarddan çox insan islam dininə tapınır və təbii ki, «Quran» dünyanı dəyişən kitablardan biridir.

2. "İncil"

Şübhəsiz "İncil" qədər dünyanı dəyişən ikinci kitab tapılmaz. Bu kitab yaranmasından 2 əsr sonra bütün Roma İmperiyasını bütpərəstlikdən xilas edib və imperiya əhalisi xristianlığı qəbul edib. O zamandan bəri xristianlıq dünyanın ən çox tərəfdara sahib dinidir.


Ardı →

Oxuma sürətini necə iki dəfə artırmaq olar?

Gün ərzində kitabların oxunmasına bir neçə dəqiqə, elektron ünvanınızdakı məktubaların oxunmasına bir dəqiqə yarım vaxt sərf etmək istəyirsiniz? Oxuma sürətini iki dəfə artırmaqla vaxta necə qənaət etmək olar?

Buna nail olmaq çox asandır. Sizə taymer və beyninizdən istifadə etməyin yeni üsullarını kəşf etmək lazım olacaq.

1-ci addım: Fiziki duruş

Düz oturun, çiyinlərinizi boşaldın və döşəmədə ayaqlarınızı rahat şəkildə yerləşdirin. Tədqiqatçılar bu duruşun sizin tez oxumağınıza və yaxşı qavramağınıza kömək edəcəyini bəyan edirlər. Bunu indi edin. Daha sonra isə üzünüzün gərginliyini atın və gülümsəyin. Fərqi hiss edirsiniz?


Ardı →

Biz niyə kitab oxumalıyıq?

Etiraf edirəm ki, mən asılıyam. Bütün həyatım boyu bu asılılıq davam edib. Uşaqlığımdan bəri. Mən asılı olduğuma görə utanmalıyam, amma utanmıram.

Mən sadəcə kitab mağazasına qayıdacam. Kitabxanaya qayıdacam. Sonsuz növbəsi olan elektron kitablarımın arasına dönəcəm. Dolu rəflərimin arasına qayıdacam.

Onlar məni tanıyır və sevirlər. Burda mənə lazım olan hər şey var. Mən niyə dayanmalıyam?

Bəs siz niyə başlamırsınız? Siz çox oxuduqca həyatınız da dəyişəcək. Bu belə baş verir...

Siz uğursuzluqlardan, stressdən və sıxıntıdan qaçmağın ən rahat yolunu tapacaqsınız
Alkoqola və dərmanlara üz tutmağa ehtiyac yoxdur. Pulunuza qənaət edin. Kitab oxumağa başlayın. Kitabxanalarda keçirin boş vaxtlarınızı. Başqa dünyalara baş vurun. Obrazların həyatını yaşayın. Bu daha ekonomikdir, daha sürətlidir.


Ardı →

BUKkrossinq | Kitabların səyahəti

bookcrossingTəbii ki, kitablar özbaşına gəzə bilməzlər.Onların «səyahətinə» insanlar yardım edirlər. Bunun üçün xüsusi hərəkat olan Bukkrossinq yaradılıb.
Bukkrossinq ingilis sözü olub, «kitab dövriyyəsi» mənasını ifadə edir.
Onun mahiyyəti belədir: bir nəfər hər hansı bir kitabı oxuduqdan sonra onu ictimai yerdə- parkda, kafedə,qatarda, metro stansiyasında «unudur» ki, başqa biri onu tapıb oxusun. Kitabların belə «səyahət»i xüsusi internet saytları tərəfindən izlənilir.

Bukkrossinq təşəbbüsünü amerikalı internet texnologiyaları üzrə mütəxəssis Ron Hornbeker 2001-ci ilin mayında irəli sürmüşdü.
Birinci dəfə o, 20 kitabın içinə təlimat yazılmış vərəqlər qoyaraq onları yaşadığı mehmanxananın foesində yerləşdirmişdi. Yarım ildən sonra onun şəxsi saytında artıq  300 aktiv oxucu vardı.
Ardı →

Biz niyə bədii ədəbiyyat oxumalıyıq?

Əgər sizdən “Biz niyə bədii ədəbiyyat oxumalıyıq?” soruşan dostlarınız varsa, onları görkəmli ingilis yazıçısı Nil Heymanın məruzəsi ilə tanış edin. 

Bu bir növ maraqlar deklarasiyasıdır. Beləliklə, mən insan həyatında bədii ədəbiyyat oxumağın ən vacib işlərdən biri olduğu haqda danışmaq niyyətindəyəm.

Belə görünür ki, mən qərəzliyəm, çünki mən yazıçıyam, bədii mətnlərin müəllifiyəm. Mən böyüklər üçün də yazıram, uşaqlar üçün də. 30 ilə yaxındır ki, çörək pulumu sözlərin köməyi ilə qazanıram. Şübhəsiz, mən maraqlıyam ki, insanlar bədii ədəbiyyat oxusunlar, kitabxana və kitabxanaçılar yaşasın və oxumağı sevməyə imkan yaratsınlar.

Beləliklə mən yazıçı kimi qərəzliyəm. Lakin mən oxucu kimi daha qərəzliyəm.


Ardı →

"Kitab Allahı" | Elman Mustafayev

Heydər Əliyevin sözünü kəsən, DİN mayorunun rütbəsini sökdürən, Orxan Pamuku təəccübləndirən — Elman Mustafayev
 Hələ sentyabr ayında işdə həmkarlarım arasında kiçik bir sorğu keçirib, ölkənin maraqlı adamlarının siyahısını hazırlamışdım. İndiki zəmanədə nə qədər təəccüblü görünsə də, özünə yemək əvəzinə axırıncı pulunu kitab almağa xərcləyən həmkarım Vəfa xanım (bəlkə bu tərifə görə, mənə yenə kitab bağışladı) çox getdiyi bir ünvanda — Qız Qalasının düz yanındakı kitab mağazasında gördüyü həm müdir, həm satıcı, həm də maraqlı həmsöhbət olan Elman Mustafayevin adını çəkdi. «Niyə də yox», dedim. Həm də əlavə etdim ki, Elman müəllim mənim dostumun dayısıdır. Amma «operativ»liyimi nəzərə alsaq, Qız Qalasının yanına getməyim bir xeyli uzandı. İki aydan sonra, noyabrda təsadüfən həmin dostum Zaur Şəkidən Bakıya gəldi. Özü də məndən xahiş elədi ki, dayımın yanına getmək istəyirəm, məni ora apar. Bax, bu lap yerinə düşdü.Zaurla birgə getdik də, Elman müəllimin bir çayını içdik də, müsahibə üçün razılığını aldım da… Demişdim axı, operativ işləyirəm. Yenə aradan bir ay keçdi və nəhayət, Qız Qalasının yanındakı kitab mağazasına getmək mənə nəsib oldu. Guya bir saatlıq getmişdim. Bir də ayıldım ki, bizim söhbətimiz və Elman müəllimin əla likörünün dadı mənə vaxtı unutdurub. Düz dörd saatdan artıq Azərbaycanın və bəlkə də Qafqazın yeganə ən çox təcrübəli KİTAB ADAMI (seçdirmə mənimdir — E.X.) ilə həmsöhbət olmuşam. Uzun-uzadı yazmadan, söhbətimizin yadımda qalan ən maraqlı məqamlarını Sizə də danışacağam.
Davamı →

Dünya kitabxanaları

Kitabxanalar mədəniyyətin bir qoludur və onlarsız mədəniyyəti təsəvvür etmək mümkün deyil. Bu yazıda dünyanın müxtəlif şəhərlərində yerləşən tanınmış kitabxanaların bir neçəsi haqqında qısa söhbət açacağıq.


Ardı →

Alber Kamyu - "Taun"-dan qeydlər

«Taun» əsərinin müəllifini bilməsəniz belə elə ilk cümlələrindən anlayacaqsınız ki, bu əsər məhz Alber Kamyunun qələminin məhsuludur. Digər əsərlərində olduğu kimi bu əsərdə də yazıçı öz yazı dilinin sadəliyindən və anlaşıqlılığından üz döndərməmiş və bütün obrazlarına bir az özünü qatmışdır. Əsər boyu oxucu olduqca rahat irəliləyir və digər mürəkkəb dilli əsərlərdə olduğu kimi eyni yeri iki dəfə oxumaq məcburiyyətində qalmır. Obrazlar da olduqca təbii və inanılacaq tiplərdir. «Taun» əsəri məzmunca sadə görünsə də dialoqlar zamanı olduqca yüksək anlam kəsb edən cümlələr insanı düşünməyə vadar edir. Əsəri tez bir zamanda oxudum və bəzi yerlərini sizinlə paylaşmaq istərdim. Oxumağa dəyər!

" Siçovul əhvalatı vaxtı dil boğaza qoymayan mətbuat indi susmuşdu. Çünki siçovullar küçədə qırılırdı, adamlar isə evlərdə ölürlər."

" Bir dəfə ona dedim ki, adamlardan ayrı düşməmək üçün ən düzgün yol düzgünlükdür. O isə acıqla mənə baxıb dedi: İş buna qalsa heç kəs birgə olmaz. Bəli, mən belə bilirəm. Adamları birləşdirmək üçün onlara taun xəstəliyi göndərmək lazımdır. Ətrafınıza baxsanız bunu duyarsınız."



" Həqiət elə bir şeydir ki, istər onu görməzliyə vur, istər gözünü bağla, o öz yenilməz qüvvəsi ilə işini görəcək. Məsələn, sevdiyiniz bir adamın dəfn vaxtı çatanda onun dəfnində iştirak etməmək olar mı?"


Ardı →